logo
RU

Günün xəbərləri

Xaləddin İsgəndərov Almaniyadan qayıtdı, Sulutəpəni qarışdırdı

img




Binqədinin icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.
Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib.
Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub.
LEGİON.AZ xəbər verir ki, narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib.
Rayon sakinləri iddia edir ki, Xaləddin İsgəndərovun söküntü işlərini gerçəkləşdirən dəstələrinə ümumi rəhbərliyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramov həyata keçirir. Atası Həsən Bayramov Binəqədi Seçki Dairəsinin sədridir. Həsən Bayramov Azərbaycan Beynəlxalq Universitetində Elşad Abdullayevin müavini olub. Qüdsi Bayramov əvvəl Binəqədi Gənclər və İdman İdarəsinin müdiri olub. Sonra Xaləddin İsgəndərov onu Binəqədi Rayon Təsərrüfat Şöbəsinin müdiri vəzifəsinə gətirib və tikintilərdən qeyri-rəsmi pul yığımı işlərini də ona tapşırıb. İddiaya görə, Binəqədi rayonu ərazisində aparılan bütün tikintilərdən pullar Qüdsi Bayramovda toplanır. Vətəndaşın tikinti aparmağa sənədi var, yoxdur – bu, Qüdsi Bayramovu maraqlandırmır. Deyir ki, tikinti aparılırsa, rəsmi icazə ilə yanaşı, qeyri-rəsmi icazə də alınmalı, buna görə pul verilməlidir. Verilmirsə, vətəndaşı tikinti aparmağa qoymurlar, işinə mane olurlar. Tikinti-söküntü ilə əlaqəli maliyyə məsələlərinə Sulutəpə qəsəbəsində Ramin, Fuad, Azər, Biləcəridə Orxan, Novxanıda Rəşad, Binəqədi kəndində Pərviz, Zaur, Arif nəzarət edirlər. Orxan başçının vaxtilə sürücüsü olan Azər Kazımovun oğludur. 26 yaşlı Orxan Kazımov Biləcəri qəsəbəsi icra nümayəndəsinin müavinidir. Bu şəxslərin qeyri-rəsmi icazəsi olmasa, kimsə tikinti apara bilməz. Binəqədi rayonunda vəziyyət belədir və əhali arasında da haqlı narazılıqlara səbəb olur. Başçı rayonda vəziyyəti sanki bilərəkdən gərginləşdirməyə, xalqı ayağa qaldırmağa çalışır. Musavat.com

LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
Yeni hökumət tam tərkibdə - Prezident sərəncam imzaladı

2018-04-23 / 19:44:29
img Sosial
Ağalar Vəliyevin “Kristal Abşeron”unda özbaşınalıq

2018-04-23 / 17:03:23
img Manşet xəbərləri
“Çıxarışdan” Əmlak Komitəsinə gedən yol

2018-04-23 / 16:05:45
img Dünya
Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

2018-04-23 / 14:07:18
img Qafqaz
Sarkisyanın son saatları: Rusiya Ermənistana ordu yeridir - Aprel döyüşçüləri MEYDANDA - CANLI YAYIM (YENİLƏNİR)

2018-04-23 / 13:35:49
img Hadisə
Göygöldə qar uçqunu altında qalanlar xilas edildi

2018-04-23 / 12:52:07
img Manşet xəbərləri
Prezident Oreşkini qəbul etdi

2018-04-23 / 12:31:26
img Cəmiyyət
Dar paltar geyməyin QORXUNC NƏTİCƏLƏRİ - İnanmayacağınız 6 FƏSAD

2018-04-23 / 12:17:55
img Ölkə
Bakıda azyaşlıların da cəlb edildiyi gizli ibadət yeri aşkarlandı

2018-04-23 / 12:03:11
img Video xəbərlər
Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)

2018-04-23 / 00:56:09
img Günün xəbərləri
“Quska”nı Türkiyədə tutub, Bakıya gətirdilər – günün sensasiyası (YENİLƏNDİ)

2018-04-23 / 00:03:03
img Manşet xəbərləri
Özünü “yetim-yesir anası” adlandıran qızıl alverçisi pula görə bir çoxlarını məhkəməyə çəkib…

2018-04-21 / 18:38:23
img Manşet xəbərləri
“Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib

2018-04-21 / 18:15:38
img Günün xəbərləri
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI

2018-04-21 / 18:01:51
img Cəmiyyət
“Atena” şirkətində QALMAQAL – Çıxarılan 250 işçi aksiyaya hazırlaşır

2018-04-21 / 17:36:37
img Sosial
“Rahat”da narahatlıq: Supermarketdə baş verən cinayət gizlədilir – VİDEO

2018-04-21 / 12:47:37
img Günün xəbərləri
Milli Məclis təsdiqlədi: Yeni baş nazir çıxış etdi

2018-04-21 / 12:37:46
img Hadisə
Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

2018-04-21 / 12:33:26
img Ölkə
Milli Məclisin toplantısı başladı: Baş nazirin təsdiqi

2018-04-21 / 12:16:22
img Qafqaz
Ordu ağır hərbi texnikanı Moskvaya yeritdi

2018-04-21 / 12:11:26
img Dünya
Bütün dünya BU TOYDAN danışır - 100 aşpaz, 40 müğənni, 20 ölkədən gələn qonaqlar - VİDEO

2018-04-21 / 12:05:48
img Ölkə
Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi

2018-04-20 / 19:13:03
img Sosial
“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

2018-04-20 / 18:34:31
img Hadisə
Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: Hər gün zorla... - DƏHŞƏT

2018-04-20 / 17:24:46
img Günün xəbərləri
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır

2018-04-20 / 14:05:01

Bütün xəbərlər