logo
RU

Manşet xəbərləri

2018-də 10 məmur bankı çökəcək: “Unibank” və “NBC bank” da bağlanır – ÖZƏL

img




LEGİON.AZ xəbər verir ki, Azərbaycanın bank sektoru 2014-dən düşdüyü seytnot vəziyyətindən çıxa bilmir 
Palitika.Az-ın İqtisadiyyat Şöbəsinə verilən xəbərə görə, yaxın vaxtlarda “Unibank” və “NBC bank” da bağlanacaq.
Hazırda bankların sayı 45-dən 30-a enib. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın “qurbanı” olub.
Nəticədə iqtisadi geriləmə başlayıb, kreditləşmə kəskin olaraq aşağı düşüb. 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər.
Siyahıda iki kommersiya bankının – MBANK (1992) və PROMTEXBANK-ın (1994) birləşməsi nəticəsində 2002-ci ildə yaranmış “Unibank”ın da adı çəkilir.
Beynəlxalq reytinq agentliklərinin son açıqlamalarında Azərbaycanın zəif, problemlərin çox olduğu bankların adları yer alıb. O siyahıda “Unibank”ın da adı var. Deməli həmin bankla bağlı da problemlər var.
Bu il sağlamlaşdırma başa çatmasa, dövlət dəstəyilə banklarla vətəndaşlar arasında yaranan problemlər aradan qalxmasa, “çürük banklar” öz gücləri hesabına bu məsələləri həll edə bilməyəcəklər. Ona görə bu problem tezliklə öz həllini tapmalıdır.
Bir neçə kiçik bankın birləşdirilərək, sağlam bank yaradılması daha məqsədəuyğundur. Azərbaycanda isə bu, çox nadir görülən praktikadır. Bu səbəbdən 2018-ci ildə daha bir neçə bankın bağlanmasının şahidi olacağıq”.
“Unibank”ın lisenziyasının ləğvi qərarı rəsmən elan oluna bilər. Son zamanlar vətəndaşların ən çox narazılıq etdiyi banklardan biri kimi ad çıxarmışdı.
Əhalini daha çox qəzəbləndirən müştərilər arasında ayrı-seçkilik salınması, vətəndaşlarla kobud davranışdır. Bank işçiləri özlərini hüquq-mühafizə orqanı əməkdaşları kimi aparırlar. Sanki onlara müştəri ilə qabaq rəftar səlahiyyəti verilib.
Bu barədə verilən məlumata görə, bank əməkdaşlarının saymazyana hərəkətlərindən, müştəriyə yuxarıdan aşağı baxmaqdan, vətəndaşlara qarşı yekəxanalıqdan mərkəzi ofisə müraciətlər daxil olurdu.


Palitika.Az-ın İqtisadiyyat Şöbəsinə verilən xəbərə görə, “Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov müəmmalı şəkildə Malta vətəndaşlığı alıb.
Yəni, bank sədri ölkədən qaçmağa hazırlaşır. Belə iddialar var ki, E.Qəribov böhran yaşayan bank sektorunun vəziyyətinə vaqif olduğu üçün ölkədən getməyə hazırlaşır.
Son illərdə zərərlə fəaliyyət göstərən “Unibank”ın bank sektorunda mövqeyi ürəkaçan deyil. Hətta yeni ildə lisenziyasına xitam veriləcək banklar sırasında onun da adı var.
Kreditləri ödəmək çətinləşib, əmanətlərin qaytarılmaması riski var, adı müxtəlif dələduzluq, saxtakarlıq işlərinə qarışımış bir bankdır və bu halda E.Qəribov planlar cızmağa başlaya bilər.
Həmçinin, NBC Bank” Mənfəət və Zərər haqqında hesabatını açıqlayıb. Bankın 2017 -ci ilin yanvar ayından il sonunadək faiz və gəlirləri 2016 -ci ilin yanvar – dekabr aylarına nisbətən azalıb.
Belə ki, faiz və gəlirlərin bu qəbildən olan növləri 2 min 314 manat və ya 14,2% azalaraq , qeyri-faiz gəlirləri 122 manat və ya 3,7% azalaraq 3 min 142 manata bərabər olub.
Bu bankın da bağlanmaq təhlükəsi var. İndi də bank sektorunda süni şəkildə təmərküzləşmə meylləri yaradırlar.
Məqsəd bank kapitalının bir əldə cəmlənməsi və bir mərkəzdən idarə olunmasıdır. Onsuz da bu proses bir neçə ildir davam edirdi. İri müəssisələrin hesabları bir neçə bankın əlində cəmlənib.
Qalan banklar kiçik müəssisələrə və əhalinin kiçik bir qrupuna xidmət edirdi. Normal rəqabət mühiti davam etsəydi, böyük ehtimalla müəyyən zaman kəsiyindən sonra bu banklar təbii yolla sıradan çıxacaqdı.
Ancaq bank monopolistlərinin buna səbri çatmadı – nizamnamə kapitalının həcmini birdən-birə 5 dəfə artırmaqla qısa zaman kəsiyində onlarla üzülüşməyə qərar verdilər.

LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR

2018-01-22 / 21:14:16
img Manşet xəbərləri
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?

2018-01-22 / 18:01:13
img Foto xəbər
Azərbaycanlı məmurun kral həyatından fotolar yayıldı – GÖRÜNTÜ

2018-01-22 / 17:51:39
img Manşet xəbərləri
“UniBank”dan müştərilərə “komissiya haqqı” kələyi — İpoteka kreditində yalan vəd

2018-01-22 / 16:06:28
img Sosial
Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır

2018-01-22 / 15:20:45
img Günün xəbərləri
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş… – EMİN PULLARI BELƏ TALAYIRDI

2018-01-22 / 14:10:12
img Foto xəbər
Bülent Ersoydan sonra Sibel Tüzün Aygün Kazımovanın paltarından tikdirdi

2018-01-22 / 12:38:16
img Video xəbərlər
Gözlənilən "Bimar" dueti təqdim olundu - Video

2018-01-22 / 11:14:04
img Ölkə
Yeganə Sadıxovanın əl işləri Parisdə nümayiş ediləcək

2018-01-22 / 10:56:28
img Günün xəbərləri
“Azərişıq”ın Şirvan qaranlığı: Baba Rzayev üçün Hikmət Həsənov müəmması

2018-01-22 / 10:42:18
img Ölkə
Azərbaycanlı müğənni tanınmaz hala düşdü - Foto

2018-01-22 / 10:30:59
img Cəmiyyət
"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Gülnar

2018-01-22 / 10:13:43
img Manşet xəbərləri
Qorxmaz Hüseynovun qorxmazlığı

2017-08-22 / 10:03:58
img Cəmiyyət
Bu dəfə "Crystal Hall"da hansı ulduz konsert verəcək?

2018-01-22 / 09:54:41
img Manşet xəbərləri
“TuranBank”a 36 aylıq əmanət yerləşdirənlərin nəzərinə — PULLARINIZ BATA BİLƏR

2018-01-22 / 09:43:26
img Dünya
Damla sahibini xaricdə üzə çıxaracaq

2018-01-22 / 09:35:50
img Ölkə
Renka məşhur seriala çəkiləcək – foto

2018-01-22 / 09:30:10
img Günün xəbərləri
“Azərsu” ASC-dən yoxa çıxan 8 milyona aydınlıq gəldi

2017-07-07/ 09:47:57
img Dünya
“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

2018-01-20 / 13:17:56
img Foto xəbər
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - Foto

2018-01-20 / 12:25:42
img Manşet xəbərləri
Prezident Şəhidlər Xiyabanını ziyarət edib

2018-01-20 / 10:35:18
img Günün xəbərləri
20 Yanvar faciəsindən 28 il ötür

2018-01-20 / 10:07:34
img Sosial
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?: Rəsmi qurumları “aldatdı” (FOTO)

2018-01-19 / 18:35:00
img Günün xəbərləri
Nazir müavini işdən çıxarıldı – 30 min “paket”, yeyinti və intihar…

2018-01-19 / 15:44:21
img Manşet xəbərləri
OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVİ HƏBS ETDİRƏ BİLMƏDİ

2018-01-19 / 13:50:21

Bütün xəbərlər