logo
RU

Manşet xəbərləri

İlqar Mahmudovun əldə etdiyi milyonlar tikinti sektorunda - (FOTO+VİDEO)

img




MTN-nin keçmiş naziri Eldar Mahmudov “vurulandan” sonra onunla “vurulanlardan” biri də onun əmisi oğlu, Səbail RPİ-nin rəisi İlqar Mahmudov oldu.
Vurulanların arasında İlqar Mahmudovun doğma qardaşı, eks-nazirin köməkçisi Vüqar Mahmudov da vardı və onun barəsində prokurorluq orqanları tərəfindən həbsqətiimkan tədbiri seçildi.
Amma nədənsə İlqar Mahmudovun da adı bir neçə qalmaqallı işlərdə hallanmağına baxmayaraq o hələ ki, cinayət məsuliyyətinə cəlb olunmayıb.
LEGİON.AZ-a daxil olan məlumata görə Bakının Səbail rayonuna icra başçısı Eldar Əzizov təyin olunan gün onun həmyerlisi Respublikanın baş pediatırı Asim Uluxanov öz kürəkəni Hüseyn Hacıyevi ona tapşırır və istəkli kürəkəndən muğayat olmasını xahiş edir.
Eldar Əzizov da öz növbəsində Hüseyn Hacıyevi Səbail RPİ-nin polis rəisi İlqar Mahmudova tapşırır ki, Hüseyn Hacıyev qaranlıq işlərini görməkdə rəis ona yardımçı olsun. Və sonda elə olur ki, polis rəisi özü Hüseyn Hacıyevlə şərik olur.
Hüseyn Hacıyevin Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi 2 ünvanda yaşayan sakinlərə verdiyi zülmdən ölkə mətbuatı çox yazıb.
Məsələn, yerli mətbuatda uzun müddət gündəmdən düşməyən bu məsələdə sakinlər iş adamı Hüseyn Hacıyevin özbaşınalığından bəhs edirdi: “Sakinlərin yaşadığı bina iş adamı Hüseyn Yaqub oğlu Hacıyev və onun şəriki Azəri Yusifzadə tərəfindən inşa olunub. Və hazırda hər bir sakin yaşadığı mənzili özəlləşdirib. Lakin Hüseyn Hacıyev sakinlərdən əl çəkmək istəmir. Sakinlərə hədə-qorxu gəlməklə binada “komendant sistemi” yaradıb. Və sakinləri məcbur edir ki, hər ay xeyli miqdarda pul ödəsinlər. Hüseyn Hacıyev sakinlərin etirazına baxmayaraq binaya istədiyi şəxsi komendant təyin edir, ona istədiyi maaşı verir. Dəfələrlə sakinlər Hüseyn Hacıyevə bildiriblər ki, binanın idarə olunması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə sakinlərin müstəsna hüququdur. Ancaq Hüseyn Hacıyev qanunları vecinə almır, özünü zorla binanın sahibi kimi aparır. Bütün bunlar azmış kimi Hüseyn Hacıyev binanın xərcləri barədə sakinlərə heç bir məlumat vermir. Xərcləri yalandan şişirdir və arada özü üçün külli miqdarda pul qazanır.
Məsələnin digər neqativ tərəfi odur ki, Hüseyn Hacıyevin “təyin elədiyi komendant” Roman İsmayılov özünə, işçilərinə, mühafizəçilərə, xadimələrə və s. istədiyi maaşı yazır və üstəlik vergidən yayınır. Heç kim bilmir ki, Roman İsmayılov bu işçilərə görə sosial müdafiəyə, vergiyə nə qədər pul ödəyir…
Hüseyn Hacıyev öz qanunsuz əməllərini guya “qanuniləşdirmək” üçün “CLUB HOUSE” adlı “kontor” da yaradıb. Və Fiziki şəxs qismində (VÖEN N 1901875122) Roman İsmayılovu “kontor”a komendant da təyin edib.
Məlumdur ki, Bakı şəhərində mənzillərin xərcləri 1 kv.m-ə görə ən çoxu 30-35 qəpik arasındadır. Ancaq Roman İsmayılovun sakinlərə zorla imzalatmaq istədiyi müqavilədə 1 kv.ə görə sakinlərdən 85 qəpik alınır, yəni real qiymətdən təxminən 3 dəfə baha. Binanın xərcləri arasında duz xərcinə də (1150 manat ) rast gəldik.
Görəsən, Hüseyn Hacıyev 1150 manat dəyərində duzu nə üçün işlədir. Biz hələ 2041 manat dəyərində “sair xərclər”i demirik.
Görəsən, bu balaca “kontor”da 2041 manat “sair xərc” nə ola bilər?
Hər ay bu binadan külli miqdarda pul yığılır. Bina sakinləri tələb edir ki, bu qanunsuzluğa son qoyulsun və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi buradakı korrupsiya hallarını araşdırsın (kavkaznews.az).
2014-cü ilin fevralında Qafqaznews.az-a daxil olan məlumatda bildirilirdi ki, 18 fevral 2014-cü il tarixdə təxminən saat 10:00 radələrində Səbail rayonu ərazisində zorakılıq hadisəsi baş verib.
Belə ki, Dövlət Dəniz Adminstrasiyasının yaxınlığındakı binanın sakini Fariz Şahbazov əslən şəmkirli iş adamı Hüseyn Hacıyev və onun RİAD Təhlükəsizlik Xidmətinin əməkdaşları olan mühafizəçiləri tərəfindən vəhşicəsinə döyülüb. Hadisəyə müdaxilə etmək istəyən binanın komendantı, məcburi köçkün Anar Səttarzadə də mühafizəçilərin hücumuna məruz qalıb.
Qafqaznews.az
əməkdaşı zərərçəkən Fariz Şahbazovla telefon əlaqəsi saxlayıb. Zərərçəkən bildirdi ki, baş verən hadisə əvvəlcədən ona qarşı planlaşdırılmış təxribat idi: “Belə ki, mənim yaşadığım bina iş adamı Hüseyn Hacıyevlə digər şəxsin şərikliyi ilə tikilib. Hüseyn Hacıyev hər ay binanın sakinlərindən qanunsuz olaraq pul yığır, belə demək mümkündürsə, reketlik edir, məndən hər ay 150 manat pul tələb edir. Mən dəfələrlə buna etiraz etmişəm və sakinlərə demişəm ki, qanunsuz pul verməyin. Mənim bu hərəkətlərim Hüseyn Hacıyevin xoşuna gəlmirdi. Digər tərəfdən Hüseyn Hacıyev istəyirdi ki, öz istədiyi adamı binaya komendant təyin etsin. Biz sakinlər isə şəffaf qaydada Anar Səttarzadənin binanın komendantı olmasına razılaşdıq. Ona görə də Hüseyn Hacıyev mənə qarşı təxribat hazırlamışdı. Bütün bunlara görə Hüseyn Hacıyev guya maşını orada saxlamaq səbəbindən mənə söyüş söydü və məni vurdu. Mən özümü müdafiə eləmək istəyəndə onun RİAD-ın əməkdaşları olan mühafizəçiləri məni vəhşicəsinə döyməyə başladılar. Sonra səs-küyə gələn binanın komendantına da hücum etdilər. Hazırda mən və binanın komendantı məhkəmə-tibb ekspertizasına müraciət etmişik, hər ikimiz ağır kəllə-beyin travması almışıq. Səbail RPİ-nin 8-ci Polis Bölməsi işi araşdırır”, – deyə F.Şahbazov vurğulayıb.
Zərərçəkən onu da bildirdi ki, Hüseyn Hacıyevin ikili vətəndaşlığı var, o, eyni zamanda Almaniyanın vətəndaşıdır: “Və alman banklarının birindən götürdüyü kreditlə qanunsuz olaraq həyat yoldaşının adı ilə tikinti biznesi ilə məşğul olur. Bu qanunlara ziddir”.
Məlumat üçün qeyd edək ki, Fariz Şahbazov MSK-nın keçmiş sədri mərhum Cəfər Vəliyevin nəvəsidir. Hüseyn Hacıyevin adamları tərəfindən döyülən Anar Səttarzadə 2014-cü ilin may ayında Baş prokuror Zakir Qaralova da müraciət etmiş, həmin ilin fevral ayının 18-də Səbail rayonu, Xanlar küçəsində komendantı olduğu binanın həyətində iş adamı Hüseyn Hacıyev və onun mühafizəçiləri tərəfindən vəhşicəsinə döyüldüyünü bildirmişdi. Müraciətdə bildirilirdi ki, işi aparan Səbail RPİ-nin baş müstəntiqi Ziya Əliyev iş adamı Hüseyn Hacıyevin və onun “qoçu”larının tərəfini saxlayır, işə obyektiv baxmır, hətta zərərçəkəni təhqir edir, alçaldır, telefonla zəng edərək hədə-qorxu gəlir.      
Qey edək ki, Eldar Mahmudov MTN başçısı təyin olunandan bir müddət sonra, İlqar Mahmudov Səbail RPİ-nin rəisi vəzifəsinə gətirilib və İlqar Mahmudovla birbaşa bağlılığı barədə iddialarda adı ən çox hallanan iş adamlarından Hüseyn Hacıyev olub.
Bakının müxtəlif rayonlarında, o cümlədən də, Mahmudovların birbaşa nəzarətdə saxladığı Səbail rayonunda inşaat işlərilə məşğul olub varlanan Hüseyn Hacıyev əslən Şəmkir rayonundandır, həmçinin, Respublikanın baş pediatrı Asim Uluxanovun kürəkənidir. Hüseyn Hacıyevin adının İlqar Mahmudovla hallandırılmasında başqa nüanslar da diqqəti çəkir.
Belə ki, davamlı olaraq ölkə mətbuatına Hüseyn Hacıyevdən şikayət edən vətəndaşlar sonra müxtəlif şəkillərdə “cəzalandırılmış”, döyülmüş, hətta onlardan bəzilərinə Səbail RPİ-də cinayət işi də açılmışdı (!).
Araşdırma zamanı mənbələrdən məlumat əldə etdik ki, 2014-cü ildə baş vermiş hadisədə Hüseyn Hacıyevin binanı şərikli tikdiyi şəxs “NLT Telekom”un sahibi Azəri Yusifzadədir. Azəri Yusifzadənin hazırda Mayamidə yaşadığı, Azərbaycandakı biznesinə isə qardaşı Ülvi Yusifzadənin nəzarət etdiyi haqda məlumat da redaksiyamıza daxil oldu.
Həmçinin, mənbələr bildirirlər ki, vaxtilə İlqar Mahmudov Azəri Yusifzadə və Hüseyn Hacıyevə Səbaildə şərait yaradıb, tikilən binaların maliyyə xərclərini isə əsas olaraq Azəri Yusifzadə qarşılayıb.
Apardığımız araşdırma zamanı, həmçinin, Azəri Yusifzadənin qayınatası (həm də dayısı) Ramiz Həsənoğlu ilə də bağlı məlumat əldə etdik. Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1989), Azərbaycan Respublikasının Xalq artisti (2006), tanınmış teatr, kino və televiziya rejissoru olan R.Həsənoğlu həmçinin Ramiz Drazi və Jorj Mirzəyev adları ilə də tanınır (vikipedia)”.
Onu da qeyd edək ki,bütün bu işləri görməkdə İlqar Mahmudov özü şəxsən yardımçı olub. Bu gün daha İlqar Mahmudov yoxdur, ancaq buna baxmayaraq o vaxtı ilə Səbail rayonundan yığdığı milyonları əlində cəmləşdirə bilib və bu günləri Xocəsən qəsəbəsində tikdiyi villada təqaüdçü günlərini yaşasa da, əldə etdiyi həmin milyonları tikinti biznesinə yönəltməyi də “unutmayıb”. Ona bu işdə yardımçı olanlar isə şəriki Hüseyn Hacıyev və Hüseynin qaynatasının eloğlusu Səbail rayon icra başçısı Eldar Əzizovdur. Bu üç nəfər şəxs bu günləri “Fortis-Bayıl” tikinti şirkətinin bayrağı altında iş görürlər,daha dəqiq desək şərikdirlər.
Qeyd etmək istərdik ki, keçən il Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bir sıra tikinti şirkətlərinin adlarını çəkərək mətbuatda onların yarıtmaz fəaliyyətindən söz açmışıdır. “Təəssüf ki, 100-dən çox mənzil-tikinti kooperativi və şirkət barəsində daxil olan şikayətlər vətəndaşların haqlı olduğunu bir daha təsdiq edir. 2016-cı ildə daxil olmuş şikayətlərin bir qismində vətəndaşlar inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsindən, müqavilə şərtlərinin kobud surətdə pozulmasından, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxmasından, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsindən, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsindən, yol verilən süründürməçilikdən, qazın və suyun vaxtında verilməməsindən, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılmasından şikayətlənirlər”,- deyə vətəndaşların ən çox şikayət etdikləri tikinti şirkətləri ilə bağlı açıqlamasında PA-nın rəsmisi bildirmişdir. PA rəsmisinin sözlərinə görə, son illər vətəndaşlar üçün ciddi problemlər yaradan belə MTK, MMC və şirkətlərin bir çoxu barəsində cinayət işi açılıb. Vətəndaşlara dəymiş ziyan tam və ya qismən ödənilib.
Ən çox şikayət olunan həmin şirkətlərin siyahısında bu üçlüyün şərik olduğu “Fortis-Bayıl” şirkətinin də adı var. Bayılda 60 ailəninin hasara alınması ilə bağlı tikinti qalmaqalında da “Fortis-Bayıl”ın adı hallanır. Bu haqda yazıların birində bildirilir ki,Səbail Rayonunda aparılan abadlıq işləri ilə əlaqədar Bayıl qəsəbəsində plana düşən evlərin sahibləri ilə tikintini aparacaq şirkət arasında narazılıq yaranıb: “Qəsəbə sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Qurban Abbasov 27 ünvanında yerləşən iki mərtəbəli yaşayış binasının sökülməsi ilə bağlı onlara məlumat verilib: "Bizə bildiriblər ki, sahəsi 0,25 ha olan ərazidə çox mərtəbəli "Park-Bayıl" yaşayış kompleksi tikiləcək. Bununla əlaqədar olaraq bizə evlərimizi boşaltmaq üçün 1 ay vaxt veriblər. Şirkət rəsmisi bizə bildirib ki, yeni yaşayış kompleksi tikilənədək binanın sakinləri müvəqqəti olaraq evlərindən köçürülməlidir". Sakinlər qeyd edib ki, onlar təkliflə razılaşmasalar da, artıq prosesə start verilib: "Tikinti işlərini FORTİS-BAYIL" MTK adlı şirkət aparacaq. Onlar bizə müvəqqəti olaraq kirayə mənzillər tutmağımızı məsləhət görürlər. Deyiblər ki, kirayə pulları şirkət tərəfindən ödəniləcək. Bundan əlavə isə guya bizə yeni tikiləcək binada mövcud mənzilin ölçülərinə əsasən, 10 % artıq sahə nəzərə alınmaqla təmirli mənzillərin ayrılacağını da deyiblər. Amma arada heç bir müqavilə yoxdur. Bir rəsmi adam tapılmır ki, onla söhbət edək, şirkətin bizi aldatmayacağına zəmanət versin. Biz etiraz etsək də, şərtlərlə razılaşmasaq da, şirkət artıq işlərə başlayıb, binanı hasarlamağa başlayıblar". Buna görə də sakinlər aidiyyəti qurumlara müraciət ediblər: "Lazımı qurumlara müraciət edirik, amma eşidən yoxdur. Bizi dinləmək əvəzinə binamızın kənarlarını hasarlayıblar". Qeyd edək ki, binada 50-yə yaxın ailə yaşayır”. Sonda onu da qeyd edək ki, bu üçlüyün şərikli işində hərəsinin öz funksiyası var; Eldar Əzizov vəzifə sahibi kimi himayıdarlıq edir, İlqar Mahmudov milyonları ilə proyekti maliyyələşdirir, Hüseyn Hacıyev isə tikinti aparılan ərazidə sakinləri aldatmaq funksiyasını yerinə yetirir...
Araşdırmamız davam edir, bizi izləyin...
Murad İbrahimli
LEGİON.AZ









Xəbər lenti

img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07
img Günün xəbərləri
İcra başçısı fəhlələri öz zavodunda işlədib, pullarını vermir: “Pulum yoxdur”

2018-07-13 / 17:24:41
img Qafqaz
Rusiyaya "qırmızı yağış" yağdı

2018-07-13 / 17:22:01
img Hadisə
Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

2018-07-13 / 17:17:23

Bütün xəbərlər