logo
RU

Sosial

Mərkəzi Neftçilər Xəstəxanasında qanunsuzluq: Xəstənin pulunu alıb, həkim qəbuluna buraxmadılar

img




Mərkəzi Neftçilər xəstəxanasına burun-boğaz-qulaq xəstəlikləri ilə bağlı müraciət edən İbrahim Quliyev səhiyyə ocağında qanunsuzluqla üzləşib.
A24.Az xəbər verir ki, vətəndaş həkim-otolorinqoloq Tural Hüseynovun əvvəlcədən qəbuluna yazılıbmış.
Buna baxmayaraq vətəndaş uzun müddət növbə gözləməli olub.
“Saat 9-30-da xəstəxananın 4-cü mərtəbəsində vəzifəsinin nədən ibarət olduğu bəlli olmayan bir qadın mənim də adımı əlindəki uzun qəbul siyahısına yazıb, məni koridordan pilləkən meydançasına çıxardı və qapını arxadan bağlayaraq gözləməyi tapşırdı. Doğrudur, dar meydançada iki oturacaq var idi, amma onlar məndən qabaq gələnlər tərəfindən tutulduğu üçün çoxları kimi mən də pilləkənlərin üstündə ayaq üstə dayanmalı oldum. Burada qocalar və uşaqlı qadınların əksəriyyəti pilləkənlərin üstünə qəzet sərib oturmuşdu. Düzünü deyim, bu mənzərə mənim yadıma XX əsrin başlanğıcındakı Bakı qul bazarlarını saldı. Düz iki saat gözləyəndən sonra, nəhayət, bayaqki siyahıtutan qadın mənə yaxınlaşıb, ödəniş eləməyi buyurdu. Nə qədər? 30 manat! Dinmədən çixarib verdim, amma əvəzində mənə nə qəbz, nə bir sənəd verdilər. Xanım çox sakitcə pulu alıb cibinə qoydu və məni həkimin yanına ötürmək istədi. Elə bu zaman balacaboy, arıq bir mühafizə işçisi aşağıdan bir xəstə gətirib, dedi ki, bunu filankəs tapşırıb, növbəsiz içəri keçməlidir. Mən etiraz elədim, dedim ki, düz iki saatdır növbə gözləyirəm, mən növbəmi niyə başqasına verməliyəm? Mühafizəçi çox saymazyana şəkildə: – Mən mühafizəçiyəm, – dedi və qabağa keçdi. Başa düşdüm ki, artıq burada mübahisə eləmək yersizdir və əsəblərim getdikcə tarım çəkilir. Ona görə bayaq qəbzsiz, filansız 30 manatımı alıb cibinə basan xanıma yaxınlaşıb pulumu geri istədim. Dedim, mənə sizin həkim lazım deyil. Sənədsiz, qəbzsiz pula alıb cibinə qoyan xanım əvvəl imtina eləmək istədi (imtina etsəydi də, heç bir şey edə bilməyəcəkdim, çünki əlimdə heç birsənəd yox idi), amma insaflı çıxdı. Daha doğrusu, yanındakı digər qadınların təkidi ilə pulu cibindən çıxarıb mənə qaytardı. Doğrusu, bu Tural Hüseynovun necə həkim olmasını deyə bilmərəm, deyirlər, Türkiyədə də olub. Bəlkə də işinin öhdəsindən gələ bilir. Məni sadəcə olaraq narahat edən xəstəxanadakı qanusuzluq, dərəbəylik, vergidən yayınma hallarına imkan verən sənədsiz pul yığımı, insanlara etinasız münasibətdir. Həkim xəstəni toz-torpaqlı pilləkənlərin üstündə saatlarla oturub gözləməyə vadar etməməlidir. Mühafizə xidməti əməkdaşları xəstəxananın mühafizəsi ilə məşğul olmalıdır, həkim-xəstə münasibətinə müdaxilə etməməlidir. Ölkə başçısı insanlara xidmət, sosial sahələrin inkişafı ilə bağlı ardıcıl tədbirlər gördüyü bir halda, kimlərsə öz maraqlarına görə xəstəxananı bazara çevirməməlidir”- deyə İbrahim Quliyev şikayətində bildirib.

LEGİON.AZ 







Xəbər lenti

img Günün xəbərləri
Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR

2018-01-22 / 21:14:16
img Manşet xəbərləri
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?

2018-01-22 / 18:01:13
img Foto xəbər
Azərbaycanlı məmurun kral həyatından fotolar yayıldı – GÖRÜNTÜ

2018-01-22 / 17:51:39
img Manşet xəbərləri
“UniBank”dan müştərilərə “komissiya haqqı” kələyi — İpoteka kreditində yalan vəd

2018-01-22 / 16:06:28
img Sosial
Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır

2018-01-22 / 15:20:45
img Günün xəbərləri
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş… – EMİN PULLARI BELƏ TALAYIRDI

2018-01-22 / 14:10:12
img Foto xəbər
Bülent Ersoydan sonra Sibel Tüzün Aygün Kazımovanın paltarından tikdirdi

2018-01-22 / 12:38:16
img Video xəbərlər
Gözlənilən "Bimar" dueti təqdim olundu - Video

2018-01-22 / 11:14:04
img Ölkə
Yeganə Sadıxovanın əl işləri Parisdə nümayiş ediləcək

2018-01-22 / 10:56:28
img Günün xəbərləri
“Azərişıq”ın Şirvan qaranlığı: Baba Rzayev üçün Hikmət Həsənov müəmması

2018-01-22 / 10:42:18
img Ölkə
Azərbaycanlı müğənni tanınmaz hala düşdü - Foto

2018-01-22 / 10:30:59
img Cəmiyyət
"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Gülnar

2018-01-22 / 10:13:43
img Manşet xəbərləri
Qorxmaz Hüseynovun qorxmazlığı

2017-08-22 / 10:03:58
img Cəmiyyət
Bu dəfə "Crystal Hall"da hansı ulduz konsert verəcək?

2018-01-22 / 09:54:41
img Manşet xəbərləri
“TuranBank”a 36 aylıq əmanət yerləşdirənlərin nəzərinə — PULLARINIZ BATA BİLƏR

2018-01-22 / 09:43:26
img Dünya
Damla sahibini xaricdə üzə çıxaracaq

2018-01-22 / 09:35:50
img Ölkə
Renka məşhur seriala çəkiləcək – foto

2018-01-22 / 09:30:10
img Günün xəbərləri
“Azərsu” ASC-dən yoxa çıxan 8 milyona aydınlıq gəldi

2017-07-07/ 09:47:57
img Dünya
“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

2018-01-20 / 13:17:56
img Foto xəbər
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - Foto

2018-01-20 / 12:25:42
img Manşet xəbərləri
Prezident Şəhidlər Xiyabanını ziyarət edib

2018-01-20 / 10:35:18
img Günün xəbərləri
20 Yanvar faciəsindən 28 il ötür

2018-01-20 / 10:07:34
img Sosial
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?: Rəsmi qurumları “aldatdı” (FOTO)

2018-01-19 / 18:35:00
img Günün xəbərləri
Nazir müavini işdən çıxarıldı – 30 min “paket”, yeyinti və intihar…

2018-01-19 / 15:44:21
img Manşet xəbərləri
OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVİ HƏBS ETDİRƏ BİLMƏDİ

2018-01-19 / 13:50:21

Bütün xəbərlər