logo
RU

Günün xəbərləri

Fazil Məmmədovun “Qara qutu”ları sonadək açılacaqmı? – Gözlər Mikayıl Cabbarovda

img




Habil Məmmədov niyə Mikayıl Cabbarovun 64 nəfərlik “Qara siyahı”sından kənarda qaldı?


Cəmiyyət islahatçı nazirdən peşəkar şahmatçı gedişi ilə vergi başkəsənlərini mat qoymasını gözləyir…

“Yeni Müsavat” qəzeti 9 şirkət və bir fiziki şəxsin Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verməsini ötən ay işdən qovulan vergilər naziri Fazil Məmmədovun həbsi istiqamətindəki növbəti addım kimi qiymətləndirib.
Qəzet yazır: “Məsələ ondadır ki, Lokal Gəlirlər Departamenti orta və kiçik sahibkarlara divan tutan əsas qurum olub. Məhz həmin orqanın əməkdaşları iş adamlarını aylıq, illik “haqq”a oturdublar,  dövlət büdcəsinə çatmalı olan pulları mənimsəyiblər. Fakt isə ondan ibarətdir ki, bu qurumun rəhbər şəxsləri birbaşa Fazil Məmmədovun ən yaxın adamları olub. Şübhəsiz ki, buradakı proseslər nazirdən xəbərsiz həyata keçirilməyib”.
“Qafqaz Xəbər” 
qəzeti xəbər verir ki, qəzetin iddiaları ilə razılaşmamaq mümkün deyil və adıçəkilən qurumun ölkə sahibkarlığına divan tutması heç kimə sirr deyil. Heç də təsadüfi deyil ki, üzləşdikləri vergi repressiyalarına görə bu günədək susmağa məcbur olan bir neçə sahibkar Moderator.az-a müraciət edərək dövlət başçısının Fazil Məmmədovun işdən qovulması haqqında sərəncamını alqışlamışdı (moderator.az/news/205506.html).
Sahibkarlar az qala fəryad edərək Lokal Gəlirlər Departamentinin rəisi İlqar Əhmədovun onlara zülm etdiyindən bəhs etmişdilər. Üstəlik, onlar hələ bir müddət də səbrlə gözləyəcəklərini və vergilər naziri Fazil Məmmədovun özünün və talançı komandasının rəsmi olaraq məhşər ayağına çəkilməyə başlamasından sonra üzə çıxaraq tükürpədici faktları açıqlayacaqlarını bildirmişdilər. Odur ki, indi 9 şirkətin və 1 fiziki şəxsin rəsmi olaraq məhkəməyə müraciət etməsi başadüşüləndir və gözləmək olar ki, tezliklə zərərçəkmişlərin uzun-uzadı siyahısı mətbuata ayaq açacaq və obrazlı ifadə olunsa, “MTN işi” çərçivəsində rəsmi olaraq zərərçəkmiş kimi tanınanların sayı vergi başkəsənlərinin qurbanlarının sayının yanında toya getməli olacaq.
Ancaq qəzet adıçəkilən departamenti sahibkarlara divan tutan “əsas qurum” kimi təqdim etməkdə bir az qeyri-dəqiqliyə yol verib. Məsələ burasındadır ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin, sonradan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi, ən sonda isə nazirin müşaviri təyin olunmuş Habil Məmmədov İlqar Əhmədovdan daha betər bir soyğunçuluq kampaniyasına rəhbərlik edib. Bir sözlə, Habil Məmmədov böyrü üstə düşmüş ölkə sahibkarlığının nəzərində daha böyük günahlar sahibi kimi tanınır və “Yeni Müsavat”ın İlqar Əhmədovun rəhbərlik etdiyi departamenti “əsas qurum” kimi təqdim etməklə özü də bilmədən Habil Məmmədovun günahına girib və onun seriallar bəzəyi olacaq bir əsrə sığmayan “xidmətlər”ini kiçiltmiş olub.
Əslində cəmiyyətdə çaşqınlıq yaradan amilllərdən biri də ölkədə islahatçı məmur kimi ad çıxarmış yeni vergilər naziri Mikayıl Cabbarovun iki gün öncə açıqlanmış 64 nəfərlik “qara siyahı”sına məhz Habil Məmmədov başçılıq etməli olduğu halda onun adına rast gəlinməməsidir. Doğrudur, bəzi müşahidəçilər iddia edir ki, Mikyıl Cabbarov Habil Məmmədovu məqsədli şəkildə bir müddət öz postunda saxlayıb, bununla da Fazil Məmmədovun cinayətkar şəbəkəsinin əməllərini təfərrüatı ilə ortaya qoyacağı, nazirlə səmimi davranacağı, gizli dosyeləri deşifrə edəcəyi halda həbs edilməyəcəyinə zəmanət almaqla işindən kənarlaşdırılacaq.
Çünki əslində Habil Məmmədovla İlqar Əhmədov Fazil Məmmədovun “qara qutu”ları hesab olunur və onların bu illər ərzində törədilən tükürpədici cinayətlərin 50 faizini deşifrə etmələri kifayət edər ki, keçmiş vergilər nazirini uzunmüddətli, bəlkə də ömürlük həbsə göndərmək mümkün olsun. Çünki dövlət başçısı İlham Əliyev vaxtilə keçirdiyi müşavirədə vergi orqanlarını ittiham edərkən onların əməllərini dövlətə, Vətənə xəyanət kimi qəbul etdiyini vurğulamışdı. Cinayət Məcəlləsinə görə Vətənə xəyənət maddəsi ilə ittiham olunanlar ömürlük həbs cəzası ilə cəzalandırılır. Bu baxımdan Mikayıl Cabbarovun 64 nəfərlik qara siyahısını obrazlı olaraq onun cəmiyyətə hələ də təfərrüatı bəlli olmayan şahmat gedişi kimi də xarakterizə etmək olar.
Doğrudur, Şahmat Federasiyasının rəsmi prezidenti Mərkəzi Banklın sədri Elman Rüstəmovdur. Amma Badminton və Qılıncoynatma Federasiyalarının prezidenti olan Mikayıl Cabbarovun da yaxşı şahmatçı olduğu və onun 64 xanalıq şahmat taxtasında gözlənilməz gedişlər etdiyi deyilir. Odur ki, məhz bu məntiqlə onun Habil Məmmədovla bağlı son qərar vermədiyini proqnozlaşdırmaq olar. Çünki məhz Habil Məmmədov sahibkarlara çoxpilləli torba tikmə kampaniyasına əsas rəhbərlik edənlərdən olub və kimlərə ağılasığmaz vergi borcu yükləmək, kimləri qabaqcadan tasa oturdaraq iki il öncədən vergi istəməyi bilir və bu şəbəkənin işlək mexanizminin uzmanı kimi tanınır. Ona görə də onun silkələnərək qara qutunun içərisindəkilərin heç olmasa yarısının üzə çıxarılması lazımdır və cəmiyyətin də əslində dörd gözlə islahatçı nazirdən gözlədiyi budur. Hamı yeni vergilər nazirindən peşəkar şahmatçı gedişləri gözləyir və ümid edilir ki, o ölkə sahibkarlığının qəbirqazanı olmuş şəbəkəni ifşa etməklə başda Fazil Məmmədov olmaqla ölkə iqtisadiyyatının qara yarasına çevrilmiş vergi başkəsənlərini mat qoyacaq qərarlara imza atacaq. Əks halda cəmiyyətin özü mat vəziyyətinə düşəcək.Moderator.az

LEGİON.AZ 







Xəbər lenti

img Günün xəbərləri
“Tamam” şirkətinin inşa etdiyi binanın sakinləri çıxılmaz vəziyyətdədir

2018-10-18 / 20:57:15
img Video xəbərlər
Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO

2018-10-18 / 14:58:00
img Günün xəbərləri
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI

2018-10-18 / 13:49:52
img Sosial
“MedEra”da həkimlər arasında DAVA – Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)

2018-10-18 / 12:28:39
img Ölkə
Badamdarda uçqunların sayı artıb

2018-10-18 / 11:31:04
img Manşet xəbərləri
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

2018-10-18 / 11:22:03
img Cəmiyyət
Xarici dil fənni üzrə nümunə audio MATERİALLAR

2018-10-18 / 11:10:18
img Hadisə
Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

2018-10-18 / 11:00:43
img Dünya
İŞİD-dən ŞOK ƏMƏLİYYAT: 700 nəfər girov götürüldü

2018-10-18 / 10:54:35
img Günün xəbərləri
Müstəqilliyimizin bərpasının 27 illik tarixi...

2018-10-18 / 10:43:12
img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18

Bütün xəbərlər