logo
RU

Foto xəbər

Bakıda bu parkı hissə-hissə satırlar – İcra başçısının gəlir mənbəyi – FOTOLAR

img




Bakıda insanların istirahət etməsi üçün yeni parklar tikilib istifadəyə verilir. Lakin bəzi belə məkanlar baxımsızlıqdan bərbad duruma düşür.
Təmir-tikintisinə xeyli vəsait ayrılan parklar qısa müddətdən sonra istirahət zonasından daha çox, tüfeyli həyat keçirənlərin məkanına, xarabalığa çevrilir. Yerli mətbuatda bəzi parkların tamamilə yararsız vəziyyətə düşdüyü barədə xəbərlər dəfələrlə dərc edilib.
Bu dəfə Bakı metrosunun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında yerləşən parkın acınacaqlı durumundan söhbət açacağıq. Haqqında mətbuatda bir neçə dəfə danışılmasına baxmayaraq, görünür, heç kəs istirahət məkanına diqqət etmək niyyətində deyil.
LEGİON.AZ xəbər verir ki, sözügedən ərazidə tikinti işləri gedir, amma bunun parka aiddiyyatı yoxdur. Belə ki, parkda yerləşən ticarət obyektlərinin bəzilərinin işləri bitib, bəzilərində isə hələ davam edir. Bu da istirahət məkanının ərazisini daha da yararsız vəziyyətə gətirir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov buranı deyəsən şəxsi gəlir mənbəyinə çevirib. Çünki park şokoladlı tort kimi hissə-hissə kəsilir və satılır.
Bu park artıq istirahət yeri yox, gəlir mənbəyidir. Məlumat üçün qeyd edək ki, mütəxəssislər burada tikilən binaların metrostansiya üçün təhlükəli olduğunu bildirmişdi.
Parkda zibil qablarını baxımsız dəmir qutular əvəz edib. Amma bu qablar da olmaya bilərdi. Ona görə, “buna da şükür” – deyib keçək.
İstirahət məkanına cütlüklər üz tutur, onların bir yerdə əyləşməsi üçün skamyalar gözə dəymir. Sevgililər isə çıxış yolunu daşların üzərində oturmaqda görürlər.
Daşlardan söhbət düşmüşkən deyək ki, parkın döşəməsi, pilləkənlərin üstü, üzlüklər tamamilə bərbad durumdadır. Nəzarətsizlikdən parkın divarlarının üzəri ara saytların adları ilə “bəzədilib”. Arabalar üçün ayrılan hissə belə, keçilməz vəziyyətdədir.
İstirahət məkanınında tikilən hovuzu isə çoxdandır “işdən çıxarıblar”.

Azyaşlı uşaqlarını parka gətirənlər var, lakin onların istirahəti elə parkın imkanları daxilindədir. Park isə göz qabağındadır.
İstirahət məkanının aşağı hissəsi bir qədər normaldır, amma elə də ciddi dəyişiklik yoxdur. Sadəcə, ayaqyolu normal vəziyyətdədir.
Onu bildirək ki, parkın inşasına 2009-cu ildə 2,5 milyon manat xərc çəkilib.Minval.info

LEGİON.AZ







































Xəbər lenti

img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07
img Günün xəbərləri
İcra başçısı fəhlələri öz zavodunda işlədib, pullarını vermir: “Pulum yoxdur”

2018-07-13 / 17:24:41
img Qafqaz
Rusiyaya "qırmızı yağış" yağdı

2018-07-13 / 17:22:01
img Hadisə
Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

2018-07-13 / 17:17:23

Bütün xəbərlər