logo
RU

Ölkə

"Çudo Peçka”nın sahibinin və övladlarının 7,3 milyon manatlıq əmlaklarına həbs qoyulub - YENİLƏNİB-2

img




Müşavirədən qayıdan məhkəmə kollegiyası qərarı elan edib.
Qərara əsasən, məhkəmə Çingiz Cəlilovun vəkilinin vəsatətini təmin etməyib.
Məhkəmənin baxış iclası yanvarın 18-nə təyin olunub.



*** saat 16:03

Bakı. 11 yanvar. REPORT.AZ/ "Report"un əldə etdiyi məlumata görə, Çingiz Cəlilov və övladlarının əmlaklarının ümumi dəyəri 7 milyon 300 min manatdır. Onların bütün əmlaklarına həbs qoyulub.
*** saat 15:06

Bakı. 11 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Çingiz Cəlilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra ləğv edilmiş "Bank Standard" QSC-nin zərərçəkmiş qismində tanındığı elan olunub. Onun nümayəndəsi isə Azər Tanrıverdiyevdir.
Məhkəmədə Ç.Cəlilovun vəkili Janna Bağırova vəsatət qaldırıb. O, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyib. Həmçinin vəkil qeyd edib ki, Ç.Cəlilovun özünün və övladlarının adına olan əmlaklarına həbs qoyulub.
Hazırda məhkəmə heyəti müşavirəyə yollanıb.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata əsasən, müxtəlif hüquqi və fiziki şəxslərin adından bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olmuş, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Ç.Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
Yeni hökumət tam tərkibdə - Prezident sərəncam imzaladı

2018-04-23 / 19:44:29
img Sosial
Ağalar Vəliyevin “Kristal Abşeron”unda özbaşınalıq

2018-04-23 / 17:03:23
img Manşet xəbərləri
“Çıxarışdan” Əmlak Komitəsinə gedən yol

2018-04-23 / 16:05:45
img Dünya
Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

2018-04-23 / 14:07:18
img Qafqaz
Sarkisyanın son saatları: Rusiya Ermənistana ordu yeridir - Aprel döyüşçüləri MEYDANDA - CANLI YAYIM (YENİLƏNİR)

2018-04-23 / 13:35:49
img Hadisə
Göygöldə qar uçqunu altında qalanlar xilas edildi

2018-04-23 / 12:52:07
img Manşet xəbərləri
Prezident Oreşkini qəbul etdi

2018-04-23 / 12:31:26
img Cəmiyyət
Dar paltar geyməyin QORXUNC NƏTİCƏLƏRİ - İnanmayacağınız 6 FƏSAD

2018-04-23 / 12:17:55
img Ölkə
Bakıda azyaşlıların da cəlb edildiyi gizli ibadət yeri aşkarlandı

2018-04-23 / 12:03:11
img Video xəbərlər
Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)

2018-04-23 / 00:56:09
img Günün xəbərləri
“Quska”nı Türkiyədə tutub, Bakıya gətirdilər – günün sensasiyası (YENİLƏNDİ)

2018-04-23 / 00:03:03
img Manşet xəbərləri
Özünü “yetim-yesir anası” adlandıran qızıl alverçisi pula görə bir çoxlarını məhkəməyə çəkib…

2018-04-21 / 18:38:23
img Manşet xəbərləri
“Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib

2018-04-21 / 18:15:38
img Günün xəbərləri
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI

2018-04-21 / 18:01:51
img Cəmiyyət
“Atena” şirkətində QALMAQAL – Çıxarılan 250 işçi aksiyaya hazırlaşır

2018-04-21 / 17:36:37
img Sosial
“Rahat”da narahatlıq: Supermarketdə baş verən cinayət gizlədilir – VİDEO

2018-04-21 / 12:47:37
img Günün xəbərləri
Milli Məclis təsdiqlədi: Yeni baş nazir çıxış etdi

2018-04-21 / 12:37:46
img Hadisə
Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

2018-04-21 / 12:33:26
img Ölkə
Milli Məclisin toplantısı başladı: Baş nazirin təsdiqi

2018-04-21 / 12:16:22
img Qafqaz
Ordu ağır hərbi texnikanı Moskvaya yeritdi

2018-04-21 / 12:11:26
img Dünya
Bütün dünya BU TOYDAN danışır - 100 aşpaz, 40 müğənni, 20 ölkədən gələn qonaqlar - VİDEO

2018-04-21 / 12:05:48
img Ölkə
Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi

2018-04-20 / 19:13:03
img Sosial
“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

2018-04-20 / 18:34:31
img Hadisə
Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: Hər gün zorla... - DƏHŞƏT

2018-04-20 / 17:24:46
img Günün xəbərləri
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır

2018-04-20 / 14:05:01

Bütün xəbərlər