logo
RU

Sosial

CƏLİLABADDA GƏNC MÜƏLLİMLƏR “GƏLMƏ” DEYƏ SIXIŞDIRILIR – FOTOLAR

img




Onlar Alar kəndindəki 2 saylı məktəbə qonşu Günəşli kəndindən gəliblər
Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin iki müəllimi – Bakı şəhər sakini Elçin Abbasov, onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova redaksiyamıza şikayət ediblər.
LEGİON.AZ “Sherg.az” saytına istinadən xəbər verir ki, şikayət Alar kənd 2 saylı orta məktəbinin rəhbərliyi, məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini səlahiyyətlərini icra edən Həsənağa Əliyevdəndir.
Şikayətdə bildirilir ki, Bakı şəhər sakini Elçin Abbasov “Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” proqrama əsasən 2006-cı ildən bu məktəbdə çalışır. Onun həyat yoldaşı, Biləsuvar rayon sakini Ülkər Abbasova da ADPU-nu bitirib və təyinatla 2006-cı ildən həmin məktəbdə işləyir. Hər iki müəllim Müəllimlərin Diaqnostik Qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb (E.Abbasov ixtisasdan 40, kurikulumdan 16 – toplam 56, həyat yoldaşı isə ixtisasdan 38, kurikulumdan 16 bal – toplam 54).
Müəllimlərin şikayəti dərs bölgüsündən və maaşın azlığındandır. E.Abbasovun 2017-ci ilin oktyabr üçün aylıq maaşı 318 manat, Ü.Abbasovanın maaşı isə ondan da az olub.
Şikayətçilərin yazdığına görə, onlar dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə, gənc müəllim ailəsi olaraq üzləşdikləri bu ayrı-seçkiliyin nədən qaynaqlandığını aydınlaşdırmağa çalışıblar. Məktəbin direktoru səlahiyyətlərini icra edən Lətif Seyfullayev hər dəfə bəhanə kimi eyni ailədən iki nəfərin bir müəssisədə çalışdığını, bu müəllimlərin Alar kəndinin sakinləri olmadığını göstərib və 2 saylı Alar kənd orta məktəbindəki işlərindən çıxaraq, qeydiyyatda olduqları yerlərdə işləməyi məsləhət görüb.
Qeyd edək ki, adı çəkilən müəllimlər qonşu Günəşli kəndində yaşayırlar.
Dərs saatları ilə bağlı edilən şikayətdən sonra isə L.Seyfullayev nəinki məsələnin həlli istiqamətində tədbir görüb, əksinə, 2017-ci il noyabrın 22-də məktəbin pedaqoji şurasının iclasını çağırıb, həmin iclasda E.Abbasovun üzərinə hücum edib, onu müəllimə, ziyalıya yaraşmayan ağır sözlərlə söyərək təhqir edib.
Sözügedən məktəbdə çalışan digər müəllim Azad Dadaşov da alarlı direktorun “kənd ayrı-seçkiliyi”ndən nəsibini alıb. O da qonşu Günəşli kəndindəndir və buna görə də o da iclasda hücuma məruz qalıb. Onu bir dəfə işindən kənarlaşdırıblar, ancaq Azad Dadaşov məhkəməyə müraciət edərək haqını alıb və işinə geri qayıdıb.
Şikayətçilər qeyd edir ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Ancaq heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev 65 yaşda direktorluqdan çıxarılsa da, sonradan vəzifəsinə qayıdıb. Hazırda isə direktor müavini vəzifəsini icra edir.
Məktubda qeyd olunur: “Həsənağa Əliyev 2010-cu ildən indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub (bunun 3 dəfəsi nöqsanlarla, biri isə yaş məhdudiyyəti ilə bağlı olub). Özü direktor olmadığı vaxtlarda isə bir müddət onun vəzifəsini qohumları tutub”.
Şikayət edən gənc müəllimlər qeyd edirlər ki, hazırda məktəb rəhbərliyi onların bu və ya digər formada işlərindən uzaqlaşdırılmasına nail olmağa çalışır. “Bizi hər an məktəb rəhbərliyinin təxribatı gözləyir”. Qarşı tərəfin deməyə sözü varsa, redaksiyamıza məktub ünvanlaya bilər.

LEGİON.AZ








Xəbər lenti

img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07
img Günün xəbərləri
İcra başçısı fəhlələri öz zavodunda işlədib, pullarını vermir: “Pulum yoxdur”

2018-07-13 / 17:24:41
img Qafqaz
Rusiyaya "qırmızı yağış" yağdı

2018-07-13 / 17:22:01
img Hadisə
Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

2018-07-13 / 17:17:23

Bütün xəbərlər