logo
RU

Manşet xəbərləri

“Optimal electronics”ə məxfi kredit tarixçələrini hansı bank ötürür? – FOTOFAKT

img




“Optimal electronics” mağazalar şəbəkəsi daxili kreditlə audio-video və rəqəmsal teknikanın, iri və xırda məişət texnikası məhsullarının daxili kreditlə satışını təşkil edir. Daxili kredit isə bank krediti deyil və mağazaların, şirkətlərin kredit mütəxəssisləri tərəfindən rəsmiləşdirilir.
LEGİON.AZ xəbər verir ki, “Optimal electronics”də isə vəziyyət fərqlidir. Belə ki, bu şirkət kredit üçün müraciət edənlərlə bağlı araşdırma apararkən potensial müştərinin banklardakı kredit tarixçəsini də yoxlayır.
Bu barədə məlumatı Finans.az-a mağazalar şəbəkəsinin müştərilərindən biri verib. Onun sözlərinə görə, mağazalardan birinə kredit üçün müraciət etdikdə kredit mütəxəssisi bildirib ki, kredit ayrılması üçün onun Mərkəzləşmiş Kredit Reyestrindəki kredit tarixçəsi də nəzərdən keçirilməlidir. Mağazanın reyestrə çıxışı olmadığından, bunu banklardan birinin köməkliyi ilə edir. Daha doğrusu, mağaza müştəri barədə məlumatları sıx əlaqədə olduğu banklardan birinin əməkdaşına göndərir, o isə kredit tarixçəsindən çıxarışı mağazaya təqdim edir. Yalnız bundan sonra müştəriyə müsbət və ya mənfi cavab verilir. Faktı dəqiqləşdirmək üçün “Optimal electronics”in internet saytı vasitəsilə onlayn məsləhətçiyə müraciət etdik. Jalə adlı onlayn məsləhətçi faktı təsdiqlədi və müştərinin kredit tarixçəsinə həqiqətən baxıldığını bildirdi. Əməkdaşımızın bir mağazanın Mərkəzləşdirilmiş Kredit Reyestrindən çıxarışı necə alması barədə sualını isə Jalə xanım cavabsız qoydu.
Qeyd edək ki, vətəndaşlar barədə kredit hesabatlarını almaq hüququna aşağıdakılar malikdir: kredit təşkilatları, kredit tarixçəsinin subyekti, müvafiq qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanları, məcburi icra orqanı, əməliyyat-axtarış fəaliyyətinin subyektləri, nəzarət orqanı (kredit tarixçəsi subyektinin nəzarət orqanına daxil olmuş şikayətin araşdırılması üçün), notariuslar (borc müqavilələrin, vəsiyyətnamələrin təsdiqi və vərəsəlik işləri üzrə), kredit tarixçəsi subyektinin vərəsələri (varisləri). Sadalananlar istisna olmaqla kredit tarixçəsini təşkil edən məlumatın üçüncü şəxslərə açmamaq qanunla qadağandır. Buna baxmayaraq, “Optimal electronics” gizli əlaqələrdən istifadə etməklə vətəndaşlar barədə kütləvi şəkildə belə informasiyaları əldə edir və bu işdə bəzi bankların əməkdaşlarının da rolu var.
Bir müddət əvvələdək bank sektorunda çalışmış şəxslərdən biri Finans.az-a deyib ki, “Optimal electronics” və bank əməkdaşları arasındakı münasibətlər qanunsuz əsaslarla və müəyyən maraqlar qarşılısında qurulur. Belə ki, bank əməkdaşı maddi marağı üçün Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumatları uçucu tərəfə – “Optimal electronics”ə ötürür, bununla da ciddi qanun pozuntusuna yol verir.
Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
“Tamam” şirkətinin inşa etdiyi binanın sakinləri çıxılmaz vəziyyətdədir

2018-10-18 / 20:57:15
img Video xəbərlər
Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO

2018-10-18 / 14:58:00
img Günün xəbərləri
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI

2018-10-18 / 13:49:52
img Sosial
“MedEra”da həkimlər arasında DAVA – Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)

2018-10-18 / 12:28:39
img Ölkə
Badamdarda uçqunların sayı artıb

2018-10-18 / 11:31:04
img Manşet xəbərləri
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

2018-10-18 / 11:22:03
img Cəmiyyət
Xarici dil fənni üzrə nümunə audio MATERİALLAR

2018-10-18 / 11:10:18
img Hadisə
Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

2018-10-18 / 11:00:43
img Dünya
İŞİD-dən ŞOK ƏMƏLİYYAT: 700 nəfər girov götürüldü

2018-10-18 / 10:54:35
img Günün xəbərləri
Müstəqilliyimizin bərpasının 27 illik tarixi...

2018-10-18 / 10:43:12
img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18

Bütün xəbərlər