logo
RU

Sosial

“Kontakt Home” 1640 manata telefon alan müştərinin başına oyun açdı (ŞİKAYƏT)

img




“Kontakt Home” mağazalar şəbəkəsindən şikayət var.
Qaynarinfo xəbər verir ki, bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun məlumat yayıb.
Ekspert bildirib ki, vətəndaşlardan biri onlara müraciət edərək mağaza tərəfindən ciddi şəkildə aldadıldığını iddia edib. Şikayət əsasında “Kontakt Home” mağazalar şəbəkəsi ilə əlaqə saxlanılıb danışıqlar vasitəsilə problem həll olunmağa çalışılsa da, konstruktiv danışıq aparan olmayıb.
Eyyub Hüseynov artıq onların əlin bir şey gəlmədiyini və köməyi müvafiq dövlət strukturlarından gözlədiklərini bildirib.
Şikayətçinin ərizəsini sizə təqdim edirik:
“28.09.2017-ci il tarixində 14:54-də Nəsimi rayonu Azadlıq prospekti, ev 33 ünvanında yerləşən “ABC-Telecom” MMC Əlizadə Daşqın Fərrux oğluna məxsus “Kontakt Home” mağazasından satıcıdan İphone 7 Plus 128 GB modeli olan mobil cihazı 1 illik Qızıl zamanət ilə vitrindən 18 aylıq kreditlə almışam. 1640 AZN lik telefona ilkin olaraq 404 AZN ödədim.
Telefonu aldığımız gündən problemlər aşkar etdik. Belə ki, video izləyərkən kadrları 50 dəfəyə qədər geriyə atır.
02.10.2017-ci il tarixində “Kontakt-Home”dan aldığım məhsulu gətirib Vüqar adlı satıcıya göstərdim, problemi danışdım. Şikayətimi qəbul etmədən məni Nizami metro stansiyasının yanında, Şıxəli Qurbanov 19 ünvanında yerləşən “Servis Link” texniki servis mərkəzinə göndərdilər. Orada mənə bildirdilər ki, proqram yazıb, problemi aradan qaldıracaqlar. Həmin gün 17:45-də “Servis Link”də cihazı mənə təhvil verəndə əmin etdilər ki, lazımi qaydada işləyəcək. Həmin günün gecəsi problemlə yenə rastlaşdım, hətta digər bir problem aşkar olundu. Batareya yükləmə dərəcəsini pis saxlamağa, vaxtından tez qurtarmağa başladı. Yenidən Nəsimi rayonu, Azadlıq prospekti, ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına yaxınlaşdım və onlardan yenə mənə kömək etmələrini istədim. Yenidən məni “Servis Link”ə yolladılar.
Cihazı yenidən diaqnostikaya saxladılar. Təxmini 40 dəqiqə ərzində mənə cihazı qaytarıb dedilər ki, cihazı açdırıb yoxlamaq lazımdı. Amma əmin edə bilmədilər ki, problem yox olacaq. Mən onların təkliflərindən razılaşmadım və cihazı alıb “Kontakt Home”a qayıtdım. Cihaz normal işləmədiyinə görə aldığım Qızıl zamanətdə olan təklifləri tələb etdim. Aydın oldu ki, Zamanət talonunda qeyd olunmuş təkliflərdə telefonu dəyişdirmə, qaytarma maddəsi yoxdur. Yalnız təmir bura daxildir. Telefonun eyni həmin modelin yenisi ilə əvəzlənməsini, mobil telefonun toplam dəyərin 30%-ni ödədiyim halda mümkün olduğunu bildirdilər. Qeyd edim ki, mənim birinci telefona ödədiyim aylıq ödənişləri ləğv edib, yeni eyni model telefon üçün 30%-i başdan hesablayacaqdılar. Bizə təklif etdikləri eyni modelin isə aşağı yaddaş tutumuna malik olduğu, həm də 30% ilkin ödəniş etməli olduğumuz üçün bu təkliflə razılaşmadıq. Zəmanət talonun mənə kömək etmədiyi halda özümə lazımsız hesab etdim, ləğv etmək qərarına gəldim.
23.12.2017-ci il tarixində cihazımın kredit ödənişini etdiyim zaman “Kontakt Home”dan cihazı aldığım Əlizadə Daşqın Fərux oğlunun yanına yaxınlaşıb zamanəti ləğv etmələrini istədim. O mənə 24.12.2017-ci il tarixdə zəng vurub zamanəti ləğv etməyin yollarını deyəcəkdi. Amma həmin gün ondan zəng gəlmədi.
25.12.2017-ci il tarixində Azadlıq prospekti ev 33 ünvanında yerləşən “Kontakt Home” mağazasına gedib direktorla görüşüb şikayətlərimi dedim və zamanəti ləğv etməyi istədim. Lakin o imtina edib, buna hüququnun olmadığını bildirdi. Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom” ofisində işləyən hüquqşunasın qəbuluna yolladı. Həmin günün səhəri 26.12.2017 tarixdə Şəfayət Mehdiyev 96 ünvanında olan “ABC-Telecom”da işləyən Yusif adlı hüquqşunasa yaxınlaşıb şikayətlərimi bildirdim. Həmin şəxs, “Kontakt Home”da işləyən Əlizadə DaşqınAğa adlı şəxs və “Servis Link”də olan işçilər mənim bütün sorğunlarımdan imtina edib hüquqlarının olmadığını bildirdilər. Sonda mənim heç bir şikayətim nəzərə alınmadı və kömək göstərilmədi.
Bu halda mən 26.12.2017-ci il tarixində Nəsimi rayon Polis İdarəsinə yaxınlaşıb qəbul edilməyən şikayətlərimi söylədim. Polis işçisi bu işlərə baxmadığını deyib məni həmin ünvanda olan Azad İstehlakçılar Birliyinə yolladı.
Sizdən xahiş edirəm ki, mənə Azərbaycan Respublikasının vətəndaşı olaraq öz hüquqlarımın yerinə yetirməsinə kömək edəsiniz, hər ay ödədiyim pullar geri qaytarılsın (toplam 803 AZN ), kredit müqaviləsi ləğv olunsun. İnternet resurslarından aldığım mənfi xarakterli məlumatlar bu şirkətə inamımı azaldıb. Qızıl zəmanət üçün əlavə ödədiyim ödəniş isə heç bir əhəmiyyət kəsb etmir. 4 ay ödədiyim kredit puluna daxil olan zəmanət ödənişi mənasızdır. Məhz ona görə də telefonun dəyişdirilməsini istəmirəm. Xahiş edirəm, bu barədə dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz ki, əhali aldadılmasın”.

LEGİON.AZ   







Xəbər lenti

img Sosial
Ağalar Vəliyevin “Kristal Abşeron”unda özbaşınalıq

2018-04-23 / 17:03:23
img Manşet xəbərləri
“Çıxarışdan” Əmlak Komitəsinə gedən yol

2018-04-23 / 16:05:45
img Dünya
Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

2018-04-23 / 14:07:18
img Qafqaz
Sarkisyanın son saatları: Rusiya Ermənistana ordu yeridir - Aprel döyüşçüləri MEYDANDA - CANLI YAYIM (YENİLƏNİR)

2018-04-23 / 13:35:49
img Hadisə
Göygöldə qar uçqunu altında qalanlar xilas edildi

2018-04-23 / 12:52:07
img Manşet xəbərləri
Prezident Oreşkini qəbul etdi

2018-04-23 / 12:31:26
img Cəmiyyət
Dar paltar geyməyin QORXUNC NƏTİCƏLƏRİ - İnanmayacağınız 6 FƏSAD

2018-04-23 / 12:17:55
img Ölkə
Bakıda azyaşlıların da cəlb edildiyi gizli ibadət yeri aşkarlandı

2018-04-23 / 12:03:11
img Video xəbərlər
Arvadını kişi ilə yataqda tutan kişi: Bağışlayın narahat etdim – ŞOK VİDEO (+18)

2018-04-23 / 00:56:09
img Günün xəbərləri
“Quska”nı Türkiyədə tutub, Bakıya gətirdilər – günün sensasiyası (YENİLƏNDİ)

2018-04-23 / 00:03:03
img Manşet xəbərləri
Özünü “yetim-yesir anası” adlandıran qızıl alverçisi pula görə bir çoxlarını məhkəməyə çəkib…

2018-04-21 / 18:38:23
img Manşet xəbərləri
“Azərsu”da korrupsiya xərçəng xəstəliyinə çevrilib

2018-04-21 / 18:15:38
img Günün xəbərləri
Nazirlər Kabinetinin yeni tərkibi təsdiqləndi - SİYAHI

2018-04-21 / 18:01:51
img Cəmiyyət
“Atena” şirkətində QALMAQAL – Çıxarılan 250 işçi aksiyaya hazırlaşır

2018-04-21 / 17:36:37
img Sosial
“Rahat”da narahatlıq: Supermarketdə baş verən cinayət gizlədilir – VİDEO

2018-04-21 / 12:47:37
img Günün xəbərləri
Milli Məclis təsdiqlədi: Yeni baş nazir çıxış etdi

2018-04-21 / 12:37:46
img Hadisə
Evə silahlı basqın oldu, ev sahibi bıçaqlandı

2018-04-21 / 12:33:26
img Ölkə
Milli Məclisin toplantısı başladı: Baş nazirin təsdiqi

2018-04-21 / 12:16:22
img Qafqaz
Ordu ağır hərbi texnikanı Moskvaya yeritdi

2018-04-21 / 12:11:26
img Dünya
Bütün dünya BU TOYDAN danışır - 100 aşpaz, 40 müğənni, 20 ölkədən gələn qonaqlar - VİDEO

2018-04-21 / 12:05:48
img Ölkə
Nazirlik bələdiyyə sədrini 4000 manat cərimələdi

2018-04-20 / 19:13:03
img Sosial
“Unibank” əhalini təşvişə salır: Dollar “bahalaşdırılır”

2018-04-20 / 18:34:31
img Hadisə
Bakıda 6 yaşlı qıza qarşı valideynlərindən İYRƏNC ƏMƏL: Hər gün zorla... - DƏHŞƏT

2018-04-20 / 17:24:46
img Günün xəbərləri
Oqtay Şirəliyev jurnalisti döyən şəxsləri gizlədir – Nazir çıxılmaz durumdadır

2018-04-20 / 14:05:01
img Manşet xəbərləri
Özünü spikerə bənzədən Müşfiq Tükanov kimdir?

2018-04-20 / 13:21:31

Bütün xəbərlər