logo
RU

Hadisə

Sürücülük vəsiqəsi olmayan sürücü 20 nəfərin ölümünə səbəb olacaqdı – Şirkət sahibi məsuliyyətdən qaça biləcəkmi?

img




Yanvarın 6-da, saat 17:00 radələrində Zığ şossesində 175 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “99 XM 581” dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yoldan kənara çıxaraq dərəyə aşıb.
Hadisə nəticəsində 20 nəfər sərnişin xəsarət alıb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, sonradan polis tərəfindən saxlanılıb. Minval.İnfo xəbər verir ki, qəza törədən şəxsin sürücülük vəsiqəsi olmayıb. Sürücü Ağayev Kamran Hüseynağa oğlu Cinayət Məcəlləsinin 180.2.2-ci (soyğunçuluq) maddəsi ilə məhkum olunmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Buna baxmayaraq o, uzun müddətdir ki, sürücü işləyirmiş.
Kiçik araşdırmamız zamanı məlum oldu ki, 175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə sərnişindaşıma xidməti göstərən daşıyıcı ilə bağlanan müqaviləyə ötən ilin avqust ayında Bakı Nəqliyyat Agentliyi tərəfindən xitam verilib.
Bununla bağlı agentlik həmin dövrdə bu açıqlamanı verib:
 “175 nömrəli müntəzəm şəhərətrafı marşrut xətti üzrə fəaliyyət göstərən avtobusların texniki cəhətdən istismara yararsız olması, onlara vaxtı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin reysə buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, avtobusun salonunun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması qeyd olunan marşrutdan istifadə edən sərnişinlərin ciddi narazılığına səbəb olurdu. Sərnişinlərin Bakı Nəqliyyat Agentliyinin “ALO 141” Çağrı Mərkəzinə etdiyi (ümumilikdə 157 müraciət) müraciətlər, həmçinin, Agentliyin əməkdaşları tərəfindən aparılan monitorinqlər əsasında 175 nömrəli marşrut üzrə sərnişindaşıma xidmətinin mövcud tələblərə əməl olunmadan, daşıyıcı şirkət tərəfindən marşrut xəttinə istifadəyə yararsız və texniki cəhətdən nasaz avtobuslar buraxılmaqla həyata keçirilməsi müəyyən edilib. Dəfələrlə  Agentlik tərəfindən müvəqqəti istismarı həyata keçirən daşıyıcı şirkətə edilən yazılı və şifahi xəbərdarlığa baxmayaraq, daşıyıcı şirkət tabeliyində olan nəqliyyat vasitələrinin yenilənməsi istiqamətində hər hansı ciddi addım atmayıb. Məhz qeyd edilən amillər nəzərə alınaraq, 175 nömrəli xətt üzrə müvəqqəti istismarı həyata keçirən daşıyıcı ilə olan müqaviləyə xitam verilərək xətt üzrə müvəqqəti sərnişindaşımanı həyata keçirmək digər daşıyıcıya həvalə olunub.
Dəyişiklikdən əsasən, 01.09.2017 tarixindən 175 nömrəli xətt üzrə sərnişindaşımada əsaslı təmir edilmiş avtobuslardan istifadə olunacaq. Yeni daşıyıcıya avtobuslararası intervala ciddi riayət edilməsi, sürücülərin müəyyən olunmuş təlimatlara əməl etməsi, həmçinin, müvəqqəti sərnişindaşımanı müvafiq qanunverciliyin tələblərinə uyğun olmaqla təşkil edilməsi ilə bağlı ciddi tapşırıqlar verilib”.
Maraqlıdır ki, düzgün xidmət olmadığı üçün 175 nömrəli xətt üzrə sərnişindaşıma xidməti digər daşıyıcıya verilib. Bu daşıyıcı da sürücülük hüququ olmayan şəxsə onlarla insanın canının tapşırıb və nəticədə 20 nəfər xəsarət alıb. Həmin daşıyıcı şirkət haqqında heç bir məlumat yoxdur. Ümumiyyətlə sürücülük vəsiqəsi olmayan birini işə götürmüş şirkətin adı rəsmi açıqlamalarda hallanmır.
Hansı ki, sürücü qədər onlar da bu qəzaya görə, məsuliyyət daşıyırlar. Daşıyıcı şirkət Bakı şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğunun “Sürücünün nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur” açıqlamasına da reaksiya verməyib.
Bakı Nəqliyyat Agentliyindən sürücünün işə qəbul olunması ilə bağlı heç bir məsuliyyət daşımaqlarını bildiriblər:
 “Mövcud qanunvericiliyə əsasən, sürücülərin işə qəbulu daşıyıcılar tərəfindən həyata keçirildiyindən Bakı Nəqliyyat Agentliyi prosesə müdaxilə etmir. Bu isə sərnişin avtobuslarının qeyri-peşəkar sürücülər tərəfindən idarəedilməsinə şərait yaradır.
Bir daha bildiririk ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı Bakı Nəqliyyat Agentliyinin önəm verdiyi əsas məsələlərdəndir. Sərnişinlərin təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə əməl etməyən, bu işdə səhlənkarlığa yol verən şəxslər marşrut şəbəkəsindən kənarlaşdırılacaq”.

LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
“Tamam” şirkətinin inşa etdiyi binanın sakinləri çıxılmaz vəziyyətdədir

2018-10-18 / 20:57:15
img Video xəbərlər
Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO

2018-10-18 / 14:58:00
img Günün xəbərləri
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI

2018-10-18 / 13:49:52
img Sosial
“MedEra”da həkimlər arasında DAVA – Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)

2018-10-18 / 12:28:39
img Ölkə
Badamdarda uçqunların sayı artıb

2018-10-18 / 11:31:04
img Manşet xəbərləri
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

2018-10-18 / 11:22:03
img Cəmiyyət
Xarici dil fənni üzrə nümunə audio MATERİALLAR

2018-10-18 / 11:10:18
img Hadisə
Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

2018-10-18 / 11:00:43
img Dünya
İŞİD-dən ŞOK ƏMƏLİYYAT: 700 nəfər girov götürüldü

2018-10-18 / 10:54:35
img Günün xəbərləri
Müstəqilliyimizin bərpasının 27 illik tarixi...

2018-10-18 / 10:43:12
img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18

Bütün xəbərlər