logo
RU

Manşet xəbərləri

“İnanıram ki, DTX-nin idarə rəisi şantaj və hədə-qorxu ilə karyera quranları himayə etməyəcək” - MÜSAHİBƏ (I Hissə)

img




Rəfael Hümmətov: “Anar Məhərrəmovun oyunları məni Altay Şükürov və Ziya Əzizlinin toruna salana qədər davam etdi"

Son günlərdə ölkə mətbuatında sabiq MTN bölgə rəislərindən olan, hazırda DTX-nin daşkəsəndə xüsusi idarə rəisinin müavini  olan Anar Məhərrəmovla bağlı yazılar dərc olunmaqdadır. Bu yazılar əsasən Tovuzlu iş adamı, Rusiya vətəndaşı Rəfail Hümmətovun şikayətlərini əhatə edir. İş adamı DTX zabiti barəsində yetərincə ciddi ittihamları dilə gətirir, lakin sanki gözəgörünməz bir qüvvə hələ də bu məsələnin cəmiyyətin diqqət mərkəzinə çıxmasına imkan vermir.

Biz bu və digər məqamlara aydınlıq gətirmək üçün, Rəfail Hümmətovu tapıb onunla danışmağa qərar verdik. Rəfail Hümmətovun Azərbaycanda, doğma rayonu Tovuzda olduğunu eşitdik. Lakin Tovuzun Düz Qırıqlı kəndinə çatdığımızda onun müalicə məqsədilə Göygölə yollandığını öyrəndik. Nəhayət ki, Göygöl kənarında Rəfail Hümmətovla görüşə bildik.

- Rəfail müəllim, siz Rusiyada nə işlə məşğulsunuz?


- Mən uzun müddətdir Rusiyaya köçərək, orda ticarətlə məşğulam. Lakin ailəm və övladlarım Azərbaycandadır, hər zaman da qazandığımı vətənimə gətirərək, ailəmin burda güzəranını yaxşılaşdırmağa çalışmışam. Həmçinin, bir müddət öz doğma kəndimdə iş qurmağa, həmkəndlilərim üçün iş yerləri açmağa çalışdım. Təəssüf ki,  bəzi məmurlar, xüsusilə də öz vəzifə səlahiyyətlərindən sui-istifadə edən Anar Məhərrəmov mənə imkan vermədi, müflislik həddinə çatdırdı.

- Anar Məhərrəmovu hardan tanıyırsız? Yollarınız harda kəsişdi?

- Mən bir neçə il əvvəl vətənə qayıtdım, kənddəki parkın yaxınlığında kiçik bir ərazi alaraq orda ticarət üçün kiçik bina tikdirdim, yaxınlıqda abadlaşdırma işləri apararaq çayxana düzəldirdim. Lakin çay evi bir müddət fəaliyyət göstərmədi. O zaman bacımgillə qohum olan Seyidəli mənimlə yaxınlaşmağa başladı. Sonradan onun Anar Məhərrəmovla əlbir olaraq, Rusiyada pul qazanan bir çox tovuzlu iş adamlarını tora saldığını öyrəndim.  2012-ci ilin may ayı idi, bir gün çay içərkən Seyidəli dedi ki, onun MTN-in Göygöl rayon şöbəsində rəis keçən Anar Məhərrəmov adlı bir dostu var, mənimlə tanış etmək istəyir. Mən dedim ki, Anar Məhərrəmovla mənim hər hansı işim ola bilməz, ehtiyac yoxdur. Lakin Seyidəli inad göstərdi və bir bazar günü mənə dedi ki, Anar Məhərrəmov kəndə gəlib, gedək səni tanış edim. Mən könülsüz olaraq razılaşdım, gedib tanış olduq. Bir müddət sonra Seyidəli dedi ki, Ananr Məhərrəmov səni Göygölə qonaq çağırıb. Gedəndə Seyidəli dedi ki, Rusiyadan gələn bütün tovuzlular onun stolunun üstünə “şirinlik” üçün pul qoyur, sən də 1000-1500 dollar qoymalısan. Mən etiraz etdikdə Seyidəli dedi ki, yox, qoymalısan. Dedim ki, o qədər pula imkanım çatmaz, ancaq 500 dollar qoya bilərəm. Biz onun iş otağına getdik, sonra Anar Məhərrəmov məni rayon kənarında bir kafeyə apardı, yeyib-içdik, hesabı özü verdi. Bir müddət keçəndən sonra, Anar Məhərrəmov yenidən xəbər göndərdi. Seyidəli gəldi ki, Anar səni görmək istəyir. Anar Məhərrəmov məndən soruşdu ki, çay evini niyə işlətmirsən? Dedim hələ obyektə qoymağa etibarlı bir adam tapa bilmirəm. O da qayıtdı ki, etibarlı adam Seyidəli, ver o işlətsin. Mən tərəddüd etdikdə, Anar Məhərrəmov təzyiq göstərdi ki, ya orda Seyidəli işləyəcək, ya da çay evini açmağa imkan verməyəcəm. Mən artıq tora düşdüyümü anladım, amma çarəsiz olaraq razılaşdım. Seyidəli növbəti gün çay evini işlətməyə başladı, bir il sonra isə mənə cəmi min manat pul gətirib verdi. Mən ondan çay evini almaq istədikdə isə Anar Məhərrəmov mənə hədə-qorxu gəldi ki, o obyektdə Seyidəli işləyəcək, nə versə qane olacaqsan, Seyidəliyə bir söz deyən məni qarşısında görsün. Qorxdum ki, başıma müxtəlif işlər gətirilə bilər. Seyidəli özü də danışmışdı ki, tovuzlu iş adamı, Qara adlı bir şəxs Rusiyadan gələndə Anar Məhərrəmov onu aeroportda qandallayıb aparmış, əziyyət vermişdi... Anar Məhərrəmovun verəcəyi əziyyətlərdən uzaq olmaq üçün, Seyidəlinin mənə aid çay evini mənimsəməsinə göz yumdum. Bu müddətdə Anar Məhərrəmov tez-tez xəbər göndərir, müxtəlif bəhanələrlə pul istəyirdi.

- Nə kimi bəhanələr dilə gətirirdi?


- Məsələn, 2013-cü ildə oğlum əsgər getmişdi, Beyləqanda xidmət edirdi. Anar Məhərrəmov məni yanına çağırdı ki, uşağın başına hər iş gələ bilər, 10 min dollar ver, onu tapşıraq, xidməti yaxşı keçsin. Mən dedim ehtiyac yoxdur, qoy uşaq bərk-boş görsün, xidmətini çəksin... Lakin Anar Məhərrəmov mənə təzyiq göstərdi ki, verməsən uşağın başına cürbəcür işlər gələ bilər. Hiss etdim ki, Anar Məhərrəmov məni təhdid edir. Nəticədə qorxub pul verməyə razılaşdım, dedim ki, 7 min manata imkanım çatır. Anar Məhərrəmov məndən 7 min manatı aldı, bir müddət sakitləşdi. Amma oğlumun xidmətində heç nə dəyişmədi, yenə də Beyləqanda, əvvəlki hərbi hissədə qaldı. Mən başqa şey də gözləmirdim, istədiyim sadəcə Anar Məhərrəmovun məndən və oğlumdan əl çəkməsi idi. Ondan sonra mən Rusiyaya qayıtdım.

- Siz Rusiyada olanda Anar Məhərrəmov sizlə əlaqə yaradırdımı?


- Bəli, hər dəfə müxtəlif sifarişlər verirdi, nə vaxt gələcəyimi soruşur, bahalı araqlar sifariş verirdi. Bir gün zəng elədi ki, Moskvaya gəlirəm istirahət üçün, bizə yaxşı bir oteldə yer tut, bilet də al. Özü, oğlu və Əli Rzayev adlı şəmkirli dostuyla gəlirdi. Dedim sənin qaynın Vüsal Bağırov özü bilet satır, o alsın. Dedi yox, sən almalısan.
Onlar üçün “VALS” mehmanxanasında yer tutdum. Mən onları “Domodedovo”da qarşıladım, ora Anarın Moskvada yaşayan qaynı Nofəl də gəlmişdi, o bacısıoğlunu götürüb apardı. Əli və Anar isə mənimlə otelə getdilər. Sonra Anar məni məcbur etdi ki, hər gün onları müxtəlif klub və restoranlara aparım, əyləncələrinə pul xərcləyim. Beləcə onlar məni günlərlə xərcə saldılar. Oteldə isə 10 gün üçün qabaqcadan pul keçirmişdim. Onların bilet, qalmaq və əyləncəsinə 8 min dollardan çox pul xərcləmişdim. Bir neçə gün keçmişdi, mənə zəng edib dedi ki, qardaşım Natiqin Ufada ölməsi xəbərini almışam, mənə 1 milyon rubl – 35 min dollar verməlisən. Dedim ki, meyit gətirtmək xərcdir, dedi özün verərsən, Azərbaycanda haqq-hesab edərik. Dedim ki, getməyə imkanım yoxdur, dedi yox e gedib gətirməlisən. Axır oturub maşına getdim gətirməyə. Beləliklə, Anar Məhərrəmov öz qardaşının meyitini Ufa şəhərindən kəndlərinə gətirməyə məni göndərdi, öz adamı və köməkçisi kimi təqdim etdiyi Əli Rzayevi də meyiti gətirmək üçün mənə qoşub, özü isə oteldən qalan 3-4 günün pulunu alıb Azərbaycana qayıtdı. Meyiti gətirmək üçün də mən 9 min ABŞ dolları xərc çəkdim. Azərbaycana gələndən sonra bir neçə gün gözlədim, Anar Məhərrəmov mənə söz verdiyi pulu vermək üçün əlaqə saxlamadı. Mən isə zəng edib pulumu istəməyə çəkindim.

Bir müddət sonra isə mənə yenə sifarişlər verməyə başladı. Tez-tez mənə bahalı araqlar, şokoladlar, kolbasalar gətizdirirdi. Bəzən də başqalarıyla, xüsusilə də Gəncə avtobuslarıyla ona pay-puş göndərirdim. Bunu könüllü etmirdim, o məcbur edirdi. Daha sonra mənə dedi ki, Göygöllə Gəncə arasında, Üçtəpədə ev tikdirirəm, mənimçün daş almalısan. 2014-cü ilin sonlarında gəldik Seyidəliylə daş bazarına, mənə zəng etdi ki, siz daşı baha alacaqsız, pul gətir ver. Məndən 3 min istədi, mənsə dedim ki, uzağı min dollar verə bilərəm. Amma Anar Məhərrəmov 2500-dən aşağı razılaşmadı. Mənsə əlimdə olan, ailəm üçün gətirdiyim 2200 dolları aparıb ona iş otağında verdim. Sonra “Niva” aldı, maşın üçün “şirinlik” daha 2000 ABŞ dolları tələb etdi.

- Ümumilikdə Anar Məhərrəmov sizdən nə qədər pul alıb?


- Məndən çox alıb, bir dəfə 130 min ABŞ dolları bir aldı, sonra da maşınımı satdırıb 20 min 600 dollar da bir aldı, dedi ki, ferma almışam, kömək elə heyvan alım, sənə də xeyri olacaq.

- Siz 130 min dolları hansı adla vermisiz ona?


- Mənə 2014-cü ilin noyabrında dedi ki, Bakı şəhərinə Nizami rayonuna vəzifəyə gedirəm, şadlıq evlərindən pul yığacam, səni də görəcəm, mənə 200 min dollar verməlisən ki, tələb olunan pulu tamamlayım. Onun dediyinə görə, guya təyinat üçün rəhbərliyə 500 min dollar verməliydi. Mən dedim o qədər pulum yoxdur, zorla məni məcbur etdi ki, borca-xərcə girim, 130 min ABŞ dolları verdim ona. Pulu da qardaşım aparıb Əliyə verdi. Amma vəzifəyə getmədi, heç pulu da yadına salmadı.

Daha sonra isə ferma üçün məndən 30 minə yaxın pul istədi, maşınımı satdırdı, bütün pulunu isə özü götürdü. Məndən oğlum üçün Bakıda aldığım mənzilin də kupçasını almışdı ki, satıb vəzifəyə gedəcəm. 2015-ci ildə onun Ağstafaya getməsini eşitdim. Evimin sənədlərini isə ancaq 2017-ci ildə ondan ala bildim.

- Bu pulları nə vaxt tələb etdiniz ondan və nə cavab aldınız?


- Mən ondan bir neçə dəfə bu pulu istədim, mənimlə hədə-qorxu ilə danışdı, pulu yada salmağa da imkan vermədi. Nəhayət, 2017-ci ilin əvvəllərində onunla əlaqə saxladım, dedim müflis vəziyyətdəyəm, pulumu qaytar. Onunla görüşdük, dedi ki, Bakıda bir neçə mənzilim var, get bax, qiymət qoyaq, 130 mini “raşot” edək. Gedib mənzillərə baxdım, balaca və təmirsiz mənzillərə görə 100-150 min qiymət qoydu. Yasamalda iki-üç yerdə mənzili vardı, bir də Gəncədə 0,03 ha ərazisi olan sənədsiz torpaq sahəsi təklif etdi. Mən onun bu fırıldağını anladım və dedim ki, pulları qaytarmalısan, məni pis vəziyyətə qoymusan. Qayıtdı ki, pulum yoxdur, get hara şikayət edirsən et. Mən çarəsiz qalıb DTX-yə şikayət ərizələri yazdım. Düz altı dəfə şikayət ərizəsi yazmışam.

- Araşdırma aparıldımı? Nə cavab aldınız?


- Yazdığm şikayət ərizələri əsasında da DTX-də qeyri-obyektiv araşdırılma aparılaraq İdarə rəisi Faiq Şamilovun imzaladığı 05.08.2017-ci il tarixli cavab məktubunda yazılmışdı ki, sadaladığım faktlar yoxlama nəticəsində təsdiqini tapmayıb. Guya o pulu məndən Şəmkir sakini Rzayev Əli Müseyib oğlu alıb,  pulları biznes fəaliyyətinə sərf etdiyini və həmin maddi vəsaitin Anar Məhərrəmovla heç bir əlaqəsi olmadığını bildirib. Məktubda yazılmışdı ki, pulu Əli Rzayevdən istəmək üçün məhkəməyə getməliyəm. Sonradan isə DTX-nin Tovuz rayon şöbəsində də həyat yoldaşım Məhərrəmova Məhbubənin və oğlum Hüseynin də izahatları alınarkən yenə də “sizin tələbləriniz haqlıdır, bütün pullarınızı qaytaracağıq” deyə söz verildi.

Lakin, bir neçə müddət keçdikdən sonra, şikayət etdiyimə görə Anar Məhərrəmov mobil telefonla “Watsapp” vasitəsi ilə mənə söyüş, hədə-qorxu olan və sonluğu “Nə bilirsən elə, eləməsən kişi deyilsən!” sözləri də olan səs yazıları yolladı. Mən  Bakı şəhərinə gəlib araşdırma aparan DTX-nin əməkdaşı ilə telefon əlaqəsi saxladım, Anar Məhərrəmovun “Watsapp”la ona yolladığı səs yazısını təqdim etmək istədiyimi bidirdim. Həmin şəxs, telefonda mənə: “İşə baxılıb qurtarıb, hər şeyi Əli öz boynuna alıb, mülki işdir, Anarlıq orda heç bir şey yoxdur”, deyib dəstəyi asdı.

Mən başa düşdüm ki, Anar Məhərrəmov MTN-dən sonra DTX-də müəyyən dayaqlar tapıb deyə, arxayınlaşaraq “Watsapp”la ona göndərdiyi özünün səs yazılarında hədə- qorxu gələrək deyir ki: “Nə bilirsən elə, eləməsən kişi deyilsən!”.

- Siz Əli Rzayevə hansı səbəbdən pul verə bilərdiniz?


- Heç bir səbəbdən. Əli Rzayevi hamı Anar Məhərrəmovun əlaltısı kimi tanıyırdı. Onun qardaşının meyitini gətirərkən, Əli Rzayevi də Moskva-Ufa-Tovuz marşrutu ilə bir həftə özümlə maşınımda daşıdım. Əli Rzayevin heç yerdə işləmədiyini, yəni pul qazanmadığını, günlərini ancaq Anar Məhərrəmovun yanında keçirdiyini öyrəndim. Və “şəmkirli Əli” kimi tanıdığım bu Əli Rzayevi 2014-2017-ci illlər ərzində həmişə Anar Məhərrəmovun yanında boş-bekar hərlənib qulluq edən, onun müəyyən tapşırıqlarını yerinə yetirən biri kimi görmüşəm.

Bütün bunları bildiyim halda 130.000 dollar pulu Əli Rzayevə heç bir halda verməzdim, o ki, qaldı hansısa “şəxsi biznes qurmaq üçün” pul verim.

Heç nəyə baxmayaraq, ümid edirəm ki, bir gün həqiqət qələbə çalacaq, dövlət başçısının etimadından sui-istifadə edən Anar Məhərrəmov kimi şəxslər cəzalandırılacaq. İnanıram ki, DTX-nin idarə rəisi Faiq Şamilov  şantaj və hədə-qorxu ilə karyera quranları himayə etməyəcək. Bu adam indiyə kimi mənə qarşı oyunlar qurur, bu oyun məni Altay Şükürov və Ziya Əzizlinin toruna salıb Şəmkir Rayon Məhkəməsində Əli Rzayevə mülki iddia qaldırana qədər davam etdi. Amma şükürlər olsun, gec də olsa gözüm açıldı və o işi bağlayıb, mübarizəmi düzgün istiqamətdə aparmağa qərar verdim.

(Ardı var...)


Rüfət Əhmədzadə


LEGİON.AZ







Xəbər lenti

img Günün xəbərləri
“Tamam” şirkətinin inşa etdiyi binanın sakinləri çıxılmaz vəziyyətdədir

2018-10-18 / 20:57:15
img Video xəbərlər
Ordumuz “İQLA”dan döyüş atışları icra etdi - VİDEO

2018-10-18 / 14:58:00
img Günün xəbərləri
Milyonlarla dollar dövlət məmurunun... qolunda - KORRUPSİONERİN İFŞASI

2018-10-18 / 13:49:52
img Sosial
“MedEra”da həkimlər arasında DAVA – Xəstəni səhv müalicə etdiyinə görə (FOTO)

2018-10-18 / 12:28:39
img Ölkə
Badamdarda uçqunların sayı artıb

2018-10-18 / 11:31:04
img Manşet xəbərləri
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti sədrinin müavinini qəbul edib

2018-10-18 / 11:22:03
img Cəmiyyət
Xarici dil fənni üzrə nümunə audio MATERİALLAR

2018-10-18 / 11:10:18
img Hadisə
Metroda sıxlıq yarandı - Sərnişinin ayağı əzildi

2018-10-18 / 11:00:43
img Dünya
İŞİD-dən ŞOK ƏMƏLİYYAT: 700 nəfər girov götürüldü

2018-10-18 / 10:54:35
img Günün xəbərləri
Müstəqilliyimizin bərpasının 27 illik tarixi...

2018-10-18 / 10:43:12
img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18

Bütün xəbərlər