logo
RU

Foto xəbər

Bakıda deputatın şirkətinin məhəlləyə gecə basqını: “Bir də gördük evin damını uçururlar…”

img




Səbail rayonu, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi, 42 ünvanda köhnə evlərin bir qismi sakinlər köçmədiyi halda dağıdılıb, yaşanmaz hala gətirilib. Dekabrın 19-na keçən gecə  yatmağa hazırlaşan sakinlər səs-küyə küçəyə çıxıblar, bəlli olub ki, evlərin damı uçurulur. Söküntünü aparan fəhlələr deyiblər ki, narahatçılığa əsas yoxdur, divarlar şirkətlə sakinlər razılığa gələndən sonra uçurulacaq. İndi sakinlər söküntüdən qəzalı vəziyyətə düşmüş evlərində qorxu altında yaşayırlar.
Həmin evlər Nazirlər Kabinetinin təsdiqlədiyi, köhnə evlərin sökülərək yerində yenil yaşayış binalarının tikintisini nəzərdə tutan, “pilot layihə” adlandırılan proqram çərçivəsində sökülür. Sakinlərə yeni mənzillər hazır olana qədər kirayə mənzillərdə qalmağı təklif edirlər. Lakin sakinlərin bir qrupu bu təkliflə razı deyil, kompensasiya və ya hazır mənzil tələb edirlər.
Virtualaz.org saytının əməkdaşları  narazı sakinlərlə görüşüb, onların şikayətini dinləyiblər.
Sakinlərdən Sara Poladova deyir ki, söküntünü aparan “Dönüş 1” MMC-nin rəhbəri Əli Həsənovu əvvəllər dəllal kimi tanıyıblar. Həmin şəxs bir neçə il  əvvəl Qurban Abbasov küçəsində 13 evin yerləşdiyi məhəlləni satın alıb. İlk söküntü də həmin məhəllədən başlayıb.  virtualaz.org araşdırıb ki, həmin MMC Milli Məclisin deputatı Adil Əliyevə bağlıdır.
“Evimizin sağında və solunda yaşayan sakinlər köçürülüb, dərhal da söküntü aparılıb. İndi 8 ev ortada qalıb. Bu evlər elə tikilib ki, bünövrəsi, sütunları bir-biri ilə birləşir. Söküntü aparılarkən evlərin hamısına zərər dəyib, dərin  çatlar yaranıb”
, -şikayətçi deyib.
Söküntü aparılarkən işıq, su xətti də kəsilib. Sakinlərin şikayətindən sonra elektrik enerjisinin verilməsi bərpa edilsə də, su vaxtlı-vaxtında gəlmir. Söküntü aparılan evlərin tör-töküntüsü daşınmayıb, elə məhəllənin ortasına atılıb. Sakinlərin evlərinə gediş-gəlişi çətinləşib. Şikayətçilər hesab edirlər ki, qəsdən belə şərait yaratmaqla onlara təzyiq edirlər, onları evlərini tərk etməyə məcbur etməyə çalışırlar.
Sakinlərdən biri isə əlavə edir ki, Səbail rayon İcra Hakimiyyətinə şikayət ediblər. Bundan sonra icra başçısının birinci müavini Abid Əliyev məhəlləyə gəlib. Amma sakinlərin şikayətlərini dinləmədən söküntü əmrini verib: “Dedi ki, guya şirkət rəhbərindən fantastik məbləğ istəmişik. Bildirdik ki,  sizə yalan məlumat verilib, bizə ümumiyyətlə kompensasiya təklif olunmayıb. Əliyev onunla narazı tonda danışmaqmağımıza əsəbləşdi, “evləri sökün” əmrini verib getdi”.
Sakinlərdən Minayə Məmmədova isə deyir ki, gəlini yolka bəzəyirmiş, birdən ev sirkələnib, zəlzələ olduğunu düşünüb küçəyə qaçıblar. Məlum olub ki, qonşu evi sökürlər, bunların evinin də damını uçurublar. Söküntüyə polis əməkdaşları nəzarət edir, hətta əşyaları da çevik polis alayının əməkdaşları daşıyır. Sakinlərin mətbuata şikayətindən sonra Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov da məhəlləyə gəlib, şikayətlərin araşdırılacağını vəd edib. Amma hələ də onlarla danışıq aparan yoxdur. İndi sakinlər qəfildən evlərinin başlarına uçuracaqlarının qorxusu ilə gecə-gündüz küçədə növbə çəkirlər….

LEGİON.AZ
 

























Xəbər lenti

img Günün xəbərləri
Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR

2018-01-22 / 21:14:16
img Manşet xəbərləri
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?

2018-01-22 / 18:01:13
img Foto xəbər
Azərbaycanlı məmurun kral həyatından fotolar yayıldı – GÖRÜNTÜ

2018-01-22 / 17:51:39
img Manşet xəbərləri
“UniBank”dan müştərilərə “komissiya haqqı” kələyi — İpoteka kreditində yalan vəd

2018-01-22 / 16:06:28
img Sosial
Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır

2018-01-22 / 15:20:45
img Günün xəbərləri
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş… – EMİN PULLARI BELƏ TALAYIRDI

2018-01-22 / 14:10:12
img Foto xəbər
Bülent Ersoydan sonra Sibel Tüzün Aygün Kazımovanın paltarından tikdirdi

2018-01-22 / 12:38:16
img Video xəbərlər
Gözlənilən "Bimar" dueti təqdim olundu - Video

2018-01-22 / 11:14:04
img Ölkə
Yeganə Sadıxovanın əl işləri Parisdə nümayiş ediləcək

2018-01-22 / 10:56:28
img Günün xəbərləri
“Azərişıq”ın Şirvan qaranlığı: Baba Rzayev üçün Hikmət Həsənov müəmması

2018-01-22 / 10:42:18
img Ölkə
Azərbaycanlı müğənni tanınmaz hala düşdü - Foto

2018-01-22 / 10:30:59
img Cəmiyyət
"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Gülnar

2018-01-22 / 10:13:43
img Manşet xəbərləri
Qorxmaz Hüseynovun qorxmazlığı

2017-08-22 / 10:03:58
img Cəmiyyət
Bu dəfə "Crystal Hall"da hansı ulduz konsert verəcək?

2018-01-22 / 09:54:41
img Manşet xəbərləri
“TuranBank”a 36 aylıq əmanət yerləşdirənlərin nəzərinə — PULLARINIZ BATA BİLƏR

2018-01-22 / 09:43:26
img Dünya
Damla sahibini xaricdə üzə çıxaracaq

2018-01-22 / 09:35:50
img Ölkə
Renka məşhur seriala çəkiləcək – foto

2018-01-22 / 09:30:10
img Günün xəbərləri
“Azərsu” ASC-dən yoxa çıxan 8 milyona aydınlıq gəldi

2017-07-07/ 09:47:57
img Dünya
“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

2018-01-20 / 13:17:56
img Foto xəbər
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - Foto

2018-01-20 / 12:25:42
img Manşet xəbərləri
Prezident Şəhidlər Xiyabanını ziyarət edib

2018-01-20 / 10:35:18
img Günün xəbərləri
20 Yanvar faciəsindən 28 il ötür

2018-01-20 / 10:07:34
img Sosial
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?: Rəsmi qurumları “aldatdı” (FOTO)

2018-01-19 / 18:35:00
img Günün xəbərləri
Nazir müavini işdən çıxarıldı – 30 min “paket”, yeyinti və intihar…

2018-01-19 / 15:44:21
img Manşet xəbərləri
OFELİYA MAHMUDOVA ARAZ DADAŞEVİ HƏBS ETDİRƏ BİLMƏDİ

2018-01-19 / 13:50:21

Bütün xəbərlər