logo
RU

Manşet xəbərləri

Adil Vəliyev hasarlama üçün icazə verdiyi vətəndaşı niyə təkrarən incidir?

img




Adil Vəliyevin qoçuları yenidən Sidqi Abbasovun başının üstünü kəsdirdilər…

Bu günlərdə QAFQAZXEBER.AZ-da “Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir?” başlıqlı yazı dərc olunmuşdu.
Həmin yazıda bildirilirdi ki, Ləyiş bağları ərazisində alqı-satqı yoluyla torpaq sahəsi əldə edən və öz torpaq sahəsini hasarlamağa çalışan vətəndaş Sidqi Abbasov Sabunçu RİH-in süni maneələriylə üzləşib.
Bunu QAFQAZXEBER.AZ saytına şikayətində vətəndaş Sidqi Abbasov bildirib. O qeyd edib ki, sentyabrın 22-də notariusda alqı-satqı müqaviləsi əsasında Quluzadə Nəcəf Məmməd oğlu və Nəzərov Seyavər Məmməd Rza oğlundan ayrı-ayrılıqda iki torpaq sahəsi əldə edib. “Bu torpaq sahələri ümumilikdə 0,37 hektardır. Mənsə, vicdanlı alıcı olaraq, qanunvericiliyə uyğun şəkildə öz mülkümü hasarlamaq işlərinə başlamaq istədim. Lakin o ərazidə torpaq sahibi olan digər vətəndaşlar bildirdilər ki, sən Sabunçu Rayon İcra Hakimiyyətinin xəbəri olmadan burda hasarlama apara bilməyəcəksən.
Ona görə də, biz Sabunçu RİH-də kimdən “icazə” alacağımızı öyrənməyə çalışdım. Bir neçə gün sonra, mənimlə RİH-də memarlıq şöbəsində çalışan Həbib adlı şəxs görüşdü. O dedi ki, “hörmət” olmadan tikintiyə başlamaq olmaz. Mən dedim ki, iki min manat verə bilərəm, amma Həbib müəllim 30 min manat tələb etdi. Daha sonra ancaq 20 minə qədər düşdü, lakin mənə heç cür imkan verilməyəcəyini dedi. Həbibin sözlərinə görə, bu rəqəmlər RİH başçısı Adil Vəliyevin tapşırığıdır. Həbib mənlə danışığında RİH başçısı Adil müəllimin və onun müavini Güloğlan müəllimin adından istifadə edirdi”, – deyə S.Abbasov qeyd edib.
Onun sözlərinə görə, Həbib adlı RİH işçisi 30 min manatı verməyəcəyi təqdirdə, onun torpaq sahəsində heç bir tikinti apara bilməyəcəyini deyib. “Mən onların tələbi ilə razılaşmadım və məhkəməyə müraciət etdim. Bundan xəbər tutan RİH isə məni qabaqlamaq üçün bələdiyyə adından məhkəmədə iddia ərizəsi qaldırıb, guya 1964-cü ildə çıxarışla alınmış bu torpaq sahələrinin sənədləri qanunsuzdur. Mən vicdanlı alıcıyam, lakin onlar zorla məndən qisas almağa, pulu vermədiyimə görə torpaq sahələrini də əlimdən almağa çalışırlar”, – deyə S.Abbasov qeyd edib.
Biz məsələ ilə bağlı Həbib adlı şəxslə əlaqə saxladıq. “Onun dedikləri tamamilə yalandır. Bizə şər-böhtan atır. Başqa torpaq sahəsinin orderini oturdub bu torpaq sahəsinin üstünə, istəyir ki, onun qanunsuz əməllərinə göz yumulsun. Məhkəməyə verilib, ona görə də, bu yolla özünü haqlı çıxarmağa çalışır”, – deyə Həbib müəllim bildirib.
Sabunçu RİH başçısının müavini Müslüm Mahmudov isə Sidqi Abbasovu dələduzluqda ittiham edib. O, Sidqi Abbasovun RİH tərəfindən məhkəməyə verildiyini deyib. Lakin biz öyrəndik ki, məhkəmə iddiası Kürdəxanı Bələdiyyəsi tərəfindən açılıb.
Biz dəfələrlə Kürdəxanı Bələdiyyəsinə zəng etsək də, məsələ ilə bağlı münasibət ala bilmədik. Noyabrın 10-da isə Sidqi Abbasov bizimlə əlaqəs saxlayaraq bildirdi: “İki gün öncə Sabunçu RİH başçsının imzası ilə məktub aldıq ki, hasarlama işlərinə başlaya biilərik.
Bu gün isə hasarlama işləri aparılarkən, əraziyə Elnur və Pərviz adlı şəxslər gəldi, dedilər ki, bizi Həbib müəllim göndərib, işi dayandırmaq lazımdır. Onlar dedilər ki, “Ağsaqqal deyib, burda daş üstə daş qoyulmayacaq”. Mən soruşdum ki, “ağsaqqal” kimdir? Dedilər, icra başçısı Adil müəllim. Həbibə zəng etdim, telefonu açmadı. Xahiş edirəm, araşdırın, biz də bilək.
Sabunçu RİH-in “ağsaqqal”ı bizə hasarlama üçün icazə verdiyi halda niyə maneəçilik törədir? Adil Vəliyev niyə bizi təkrarən incidir?”.
Biz adıkeçən Həbib müəllimə zəng etdik, o isə “Məni orda mane olan halda gördünüzmü, mənə zəng etməyin” deyib dəstəyi asdı.
Pərviz adlı şəxs də jurnalist olduğumuzu biləndə dəstəyi atdı.
Sabunçu RİH başçı köməkçisi Müslüm Mahmudov isə bizə Təsərrüfat şöbəsinə zəng etməyi tövsiyə etdi. Şöbədə isə zənglərimizi açan olmadı.

Bizim üçün də maraqlıdır, “ağsaqqal” Adil Vəliyev vətəndaşlarla məzələnirmi?


Araşdırmamız davam edir.


Tamerlan Zeynallı


QAFQAZXEBER.AZ

Sabunçu RİH mətbuata danışan sabiq bələdiyyə sədrinə təzyiq göstərir? – ARAŞDIRMA

Sabunçu RİH vətəndaşdan hasar çəkmək üçün 30 min manat “haqq” tələb edir? – ŞİKAYƏT














Xəbər lenti

img Dünya
Sürücünün qəzadan sonrakı hərəkəti görənləri güldürdü - Video

2017-11-18 / 19:01:37
img Manşet xəbərləri
RUSİYALI İŞ ADAMI “QAFQAZ HÜQUQ MƏRKƏZİ” VASİTƏSİ İLƏ MTN RƏİSİNDƏN PREZİDENTƏ MÜRACİƏT ETDİ – ŞOK FAKTLAR AÇIQLANDI

2017-11-18 / 18:11:32
img Günün xəbərləri
Piyadalar qaçın, “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

2017-11-18 / 17:30:51
img Manşet xəbərləri
Şorsu bələdiyyəsinin sabiq katibi hazırkı sədri ifşa etdi

2017-11-18 / 16:45:35
img Sosial
“Kontakt Home”un daha bir dələduz əməli ifşa olundu – FOTO

2017-11-18 / 16:03:49
img Manşet xəbərləri
Pedaqoji universitetdə özbaşınalıq – “Kafedra müdiri arvadının istəyi ilə…”

2017-11-17 / 18:00:53
img Sosial
İncəsənət adamı intihar həddinə çatıb — Məmur özbaşınalığı

2017-11-17 / 17:11:21
img Ölkə
Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçıb – VİDEO

2017-11-17 / 16:38:25
img Cəmiyyət
Məşhur azərbaycanlı modelin oriyental rəqsi sosial şəbəkələri "partlatdı" (VİDEO)

2017-11-17 / 16:11:04
img Günün xəbərləri
Eldar Mahmudovun evində “gözlənilməz qonaqlar”: Hesab sormaq üçün getdilər (FOTO/VİDEO)

2017-11-17 / 15:46:13
img Manşet xəbərləri
Qafqaz Xəbər Agentliyinin rəhbəri Yapı Kredi Bank-dan Rüfət Aslanlıya şikayət etdi

2017-11-16 / 20:29:52
img Günün xəbərləri
Gəncədəki 2 milyonluq yeyinti və Elxan Məmmədov — TƏHLİL

2017-11-16 / 19:15:35
img Manşet xəbərləri
“Atilla Hamam & Fitness”in sahibi Dövlət Neft Şirkətinin ərazisini kimin köməyi ilə zəbt edib?

2017-11-16 / 18:08:18
img Manşet xəbərləri
Nəsiminin icra başçısı “MTN şəbəkəsi”nin məşhur adamına pilot layihə etibar edib

2017-11-16 / 17:32:39
img Sosial
“Ərim əməliyyat zamanı ölmüşdü, pulu qaytarmamaq üçün səhərə kimi saxladılar” – Bakıda məşhur klinikadan ŞİKAYƏT – FOTO

2017-11-16 / 17:00:36
img Dünya
Kabildə partlayış: 18 nəfər həlak olub

2017-11-16 / 16:45:22
img Qafqaz
Ərdoğan Soçidə keçirilən “Suriya” sammitində iştirak edəcək

2017-11-16 / 16:33:43
img Hadisə
Bərdədə avtomobil ər-arvadı vuraraq öldürüb

2017-11-16 / 16:14:28
img Günün xəbərləri
"Azərbaycan dünyada idman dövləti kimi tanınır” - İlham Əliyev

2017-11-16 / 16:00:28
img Manşet xəbərləri
650 minlik “Lamborghini”, Türkiyə səfirliyi qarşısında atışma və Şərurdan gələn oliqarx… – FOTOLAR

2017-11-15 / 18:27:57
img Sosial
“Səba Broyler” şirkətinin rəhbərindən Prezidentə şikayət – FOTOLAR

2017-11-15 / 17:33:16
img Foto xəbər
İcra başçısı sahibkarı Gədəbəydən didərgin salmaq istəyir – FOTOLAR

2017-11-15 / 16:47:25
img Ölkə
Cahangir Əsgərov erməni yeməyi verən “Aeroflot”a hələ də göz yumur? – Detallar/Video

2017-11-15 / 16:00:06
img Sosial
“Yüksəliş-C” MTK sədrinin 26-cı dələduzluğu da üzə çıxdı

2017-11-15 / 15:05:15
img Manşet xəbərləri
Xaləddin İsgəndərov “Heydər Əliyev parkı”nı hissə-hissə satır — UTANCVERİCİ MƏNZƏRƏ (FOTOLAR)

2017-11-15 / 13:23:31

Bütün xəbərlər