logo
RU

Manşet xəbərləri

İlham Əliyev “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib

img




Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur.
Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq.
Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.
Ümumilikdə son 2 ildə 89 min abonenti olan Gəncə Elektrik Şəbəkəsinin xidməti ərazisində elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisi verilişində yaranan fasilələrin qarşısının alınması məqsədi ilə 35 kV-luq “Nizami” yarımstansiyası inşa olunub, şəhər ərazisində yüksək gərginlikli 110/35 kV-luq hava xəttinin əvəzinə 3,1 kilometr, aşağı gərginlikli 10/6 kv-luq hava xəttinin əvəzinə isə 75,5 kilometr yeraltı kabel və Gəncə şəhərində 4 kilometr 110 kV-luq, 2 kilometr 35 kV-luq, 20,2 kilometr 10/6 kV-luq hava xətləri çəkilib, 305 kilometrdən çox magistral, 92 kilometrə yaxın abonent xətti özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz edilib. Şəhərdə 75 yeni komplekt transformator məntəqəsi, eyni zamanda, 4211 sayğac quraşdırılıb. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm Gəncədə, həm də digər bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.
“Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb.
Stansiya ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

LEGİON.AZ







Xəbər lenti

img Ölkə
Məşhur bacılar niyə Azərbaycanı tərk ediblər?

2018-01-23 / 10:27:17
img Cəmiyyət
Günün qoroskopu: sifarişçi və ya icraçı sizi aldada bilər

2018-01-23 / 10:09:03
img Günün xəbərləri
Əziz Əzizovdan 20 yanvar şəhidlərinə sayğısızlıq: “Xoşbəxt olun…” – FOTOLAR

2018-01-22 / 21:14:16
img Manşet xəbərləri
Qoşqar Təhməzov niyə Qoşqar Təhməzli oldu?

2018-01-22 / 18:01:13
img Foto xəbər
Azərbaycanlı məmurun kral həyatından fotolar yayıldı – GÖRÜNTÜ

2018-01-22 / 17:51:39
img Manşet xəbərləri
“UniBank”dan müştərilərə “komissiya haqqı” kələyi — İpoteka kreditində yalan vəd

2018-01-22 / 16:06:28
img Sosial
Bahalı, saxta və zərərli: Bazarda təhlükəli mallar dolaşır

2018-01-22 / 15:20:45
img Günün xəbərləri
Ukraynalı model katibə, “Hilton”da qazaxıstanlı məşuqə, müavinlərə ayda 10 min manat maaş… – EMİN PULLARI BELƏ TALAYIRDI

2018-01-22 / 14:10:12
img Foto xəbər
Bülent Ersoydan sonra Sibel Tüzün Aygün Kazımovanın paltarından tikdirdi

2018-01-22 / 12:38:16
img Video xəbərlər
Gözlənilən "Bimar" dueti təqdim olundu - Video

2018-01-22 / 11:14:04
img Ölkə
Yeganə Sadıxovanın əl işləri Parisdə nümayiş ediləcək

2018-01-22 / 10:56:28
img Günün xəbərləri
“Azərişıq”ın Şirvan qaranlığı: Baba Rzayev üçün Hikmət Həsənov müəmması

2018-01-22 / 10:42:18
img Ölkə
Azərbaycanlı müğənni tanınmaz hala düşdü - Foto

2018-01-22 / 10:30:59
img Cəmiyyət
"Sevdiyim insan mənimdir, görünməsini istəmirəm" - Gülnar

2018-01-22 / 10:13:43
img Manşet xəbərləri
Qorxmaz Hüseynovun qorxmazlığı

2017-08-22 / 10:03:58
img Cəmiyyət
Bu dəfə "Crystal Hall"da hansı ulduz konsert verəcək?

2018-01-22 / 09:54:41
img Manşet xəbərləri
“TuranBank”a 36 aylıq əmanət yerləşdirənlərin nəzərinə — PULLARINIZ BATA BİLƏR

2018-01-22 / 09:43:26
img Dünya
Damla sahibini xaricdə üzə çıxaracaq

2018-01-22 / 09:35:50
img Ölkə
Renka məşhur seriala çəkiləcək – foto

2018-01-22 / 09:30:10
img Günün xəbərləri
“Azərsu” ASC-dən yoxa çıxan 8 milyona aydınlıq gəldi

2017-07-07/ 09:47:57
img Dünya
“WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

2018-01-20 / 13:17:56
img Foto xəbər
Hacı Zeynalabdin qəsəbəsi şəhidləri belə andı - Foto

2018-01-20 / 12:25:42
img Manşet xəbərləri
Prezident Şəhidlər Xiyabanını ziyarət edib

2018-01-20 / 10:35:18
img Günün xəbərləri
20 Yanvar faciəsindən 28 il ötür

2018-01-20 / 10:07:34
img Sosial
“Nuray House” 30 fəhlənin pulunu mənimsədi?: Rəsmi qurumları “aldatdı” (FOTO)

2018-01-19 / 18:35:00

Bütün xəbərlər