logo
RU

Manşet xəbərləri

Qorxmaz Hüseynovun SOCAR-ın “Qazma İşləri Tresti”ində rəis müavini olan qardaşına talançılıq ittihamı- Malikanələri və obyektləri üzə çıxdı

img




Mətbuatda “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovla bağlı tənqidi yazılar səngimək bilmir.

LEGİON.AZ olaraq keçən yazımızda Bakının Sabunçu rayonu Ramana qəsəbəsindəki "Şuşa” şəhərciyində yaşayan Füzuli rayonu Böyük Bəhmənli kəndindən olan məcburi köçkün Elnur Mənsur oğlu İsmayılovun SOCAR-ın Geofizika və Geologiya İdarəsinin baş idarəsinin keçmiş rəis müavini Faiq Hüseynovdan şikayətini dərc etmişdik.

Saytımız vasitəsilə ölkə başçısına ünvanlanmış həmin müraciətdə hal-hazırda SOCAR-ın tabeçiliyində olan “Kompleks Qazma İşləri Tresti”ndə rəis müavini işləyən Faiq Hüseynov haqda şok faktlar öz əksini tapmışdır.

Xatırladaq ki, həmin yazıda bildirilir ki, Elnur İsmayılov F.Hüseynovun onun başına gətirdiyi oyunlarla bağlı "Qafqaz Hüquq Mərkəzi"nə müraciət edib. "Qafqaz Hüquq Mərkəzi" daxil olan şikayətin araşdırılaraq işıqlandırılması üçün "Legion İnformasiya Agentliyi”ni məlumatlandırıb. Legion.az E.İsmayılovun şikayətini araşdırarkən F.Hüseynovla bağlı çox maraqlı və şok məqamları üzə çıxarıb.

Uzun müddət SOCAR-ın Geofizika və Geologiya İdarəsinin rəis müavini vəzifəsində işləmiş E.İsmayılov işdən azad olunmasından şikayətçidir. İşdən çıxarılan rəis müavini F.Hüseynov tərəfindən təhdid olunduğunu iddia edir.

"Mən əslən Füzuli rayonundanam. Erməni təcəvüzkarlarının torpaqlarımızı qəsb etməsi nəticəsində məcburi köçkün həyat yaşamaq məcburiyyətində qalmışıq. Ali təhsilliyəm. 2005-ci ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının "Nəqliyyatda Daşınmaların və idarəetmənin təşkili” fakultəsini bitirmişəm. Silahlı Qüvvələr sıralarında həqiqi hərbi xidmətimi başa vurduqdan sonra - 28.08.2006-cı ildən, 18.07.2007-ci ilədək ixtisaslaşdırılmış Dəniz Neft Donanma idarəsinin "Zığ yük" rayonunda mühəndis dispetçer, 18.04.2007-ci ildən 17.09.2007-ci ilədək bu idarədə mühəndis, 24.09.2007-ci ildən 05.01.2009-cu ilədək ARDNŞ-nin Geofizika və Geologiya İdarəsinin "Kəşfiyyat Geofizika” idarəsində donanma üzrə rəis müavini, 05.01.2009-cu ildən 01.01.2010-cu ilədək ilə həmin idarədə Təchizat və Nəqliyyat üzrə rəis müavini, 01.01.2010-cu ildən 11.03.2014-cü ilədək isə bu idarənin rəis müavini vəzifələrində işləmişəm" ,- Elnur İsmayılov müraciətində özü haqda yazır .

Məlumat üçün bildirək ki, Geofizika və Geologiya İdarəsinin strukturuna 4 idarə, 1 elmi tədqiqat institutu daxildir.

Şikayətçinin iddiasına görə, F.Hüseynov istifadəyə yararsız olan əmlakı anbarlarda saxlayıb, onlara amartizasiya xərcləri hesablandığı halda, idarənin balansında olan işlək avadanlıqlar və xüsusən də kabelləri yararsız adı altında silərək mənimsəyir. Bundan başqa F.Hüseynov GGİ-də saxta tenderlər keçirir, alınmış malları isə şişirdilmiş qiymətlərlə dövlətə sırıyır.

Şikayətçinin dediyinə görə əvvəllər 5 ildən çox müddətdə statda Təhcizat şöbəsinin mühəndisi vəzifəsini tutmuş Faiq Hüseynov idarə rəisinin müavini vəzifəsində işləsə də, sözün əsl mənasında idarəyə sahiblik edib. Prezidentə göndərdiyi şikayət məktubunda E.İsmayılov bildirir ki, idarə rəisi, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı F.Hüseynovun qəzəbinə tuş gəlib.

Vətəndaş saytımız vasitəsilə prezidentə göndərdiyi şikayət məktubunda həmçinin "Azərsu" ASC rəhbərinin qardaşının qanunsuz əməllərindən bəhs edib.

Yazıda F.Hüseynovun korrupsiya əməlləri faktlarla ifşa olunur. "Azərsu" ASC rəhbərinin qardaşının qanunsuz əməllərindən bəhs edən şikayətçi Faiq Hüseynovun külli miqdarda dövlət əmlakını mənimsədiyini iddia edir.

Müraciətdə həmçinin qeyd olunur ki, “göstərdiklərim F.Hüseynovun mən bildiyim, yadımda qalan cinayət əməllərindən yalnız cüzi bir hissəsidir. Bu idarədə araşdırmalar aparılacağı təqdirdə hələ çox qanun pozuntuları aşkarlanacaqdır”

Bu dəfə isə Elnur İsmayılov redaksiyamıza Faiq Hüseynovun qanunsuz fəaliyyətini sübut edən sənədləri göndərib.

Göndərilən qaimə və cədvəllərin fotolarından ARAM ARİES avadanlığının ehtiyat hissələrinin qiymətlərinin dəfələrlə şişirdilməsini asanlıqla müəyyən etmək olar.

Məsələn, avadanlığın ehtiyat hissəsi olan Ram yaddaş qurğusunun faktiki qiyməti 1500-2000 AZN arasında olduğu halda, 2010-cu ildə 9432 AZN , 2011-ci ildə isə 19350 AZN-ə rəsmiləşdirilib. Elnur İsmayılovun sözlərinə görə, ehtiyat hissələri idarəyə Faiq Hüseynovun kiçik övladının kirvəsi Şamil Abdullayev tərəfindən alınıb. Məhz bu avadanlıqlar alındıqdan sonra Şamil Abdullayev Xətai rayonu dairəsinin üst hissəsində yerləşən “PARK HAUSE” kompleksini tikdirib.

Şamil Abdullayev “PARK HAUSE” kompleksinin sahibi kimi tanınır.

Təkcə ARAM ARİES ehtiyat hissəsinin alışı zamanı F.Hüseynov Şamil Abdullayev vasitəsi ilə 3.000.000 manatdan artıq pul mənimsəyib.

Elnur İsmayılov bildirir ki, Faiq Hüseynov tenderlərin keçirilməsinə birbaşa özü nəzarət edir və qiymətlər 7-8 dəfə şişirdilir.

Çoxsaylı cinayət işlərinin başlanılmasına səbəb ola biləcək bütün bu korrupsiya iddialarını oxuyanda istər-istəməz belə qənaətə gəlmək olur ki, müvafiq orqanlar tərəfindən Faiq Hüseynovun fəaliyyətinin araşdırılmaması onun "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun vəzifə mövqeyindən sui-istifadə etməsindən və qardaşından başqa digər vəzifəli şəxslərin də ona himayədarlıq etməsindən irəli gələ bilər.

Çünki 7-8 il Geofizika və Geologiya İdarəsində çalışmış və boğazacan korrupsiya əməllərinə qurşanmaqda ittiham olunan məmura qarşı heç bir tədbir görülməməsinin başqa anlamı yoxdur.

Faiq Hüseynovun qanunsuz əməlləri bununla bitmir. İddiaya görə, ARDNŞ-də vəzifəyə gəldiyi gündən qanun tanımayan F.Hüseynov sərvət toplamağıda unutmayıb. E.İsmayılov sübut kimi F.Hüseynovun sahib olduğu malikanələrin və obyektlərin fotolarını da redaksiyaya təqdim edib.

LEGİON.AZ-ı bilgiləndirən şikayətçi qeyd edir ki, F.Hüseynovun işlədiyi dövrdə özünə yaxın insanların(qohub-əqrəba nəzərdə tutulur) adına sənədləşdirib tikdirdiyi mülklərin sayını günü-gündən artırır. Qazma işləri trestinin rəis müavini qısa zaman kəsiyində, restoranlar, otellər, apteklər,marketlər və istirahət məkanları şəbəkəsinə sahib olur. Şikayətçinin iddiasına görə, diplomunda da qaranlıq nüanslar daşıyan Faiq Hüseynovun bir neçə ildə belə bir böyük sərvət əldə etməsi onun halal qazanc daşıyıcısı olmadığını da ortaya qoyur. İddiaçı Elnur İsmayılov bunlarla bağlı prezidentə müraciət etdiyini də deyir. Amma, müəyyən səbəblərdən hələ də cavab almadığını da öz şikayət məktubunda bildirir.

Onun iddiasına görə satınalmalar həyata keçirilərkən əsas vəsaitlər və materialların qiyməti 60.000.000 manatdan çox şişirdilib, bunun da 20.000.000 manatı F.Hüseynov tərəfindən tanışları və qohumlarının vasitəsi ilə mənimsənilib :”Adıçəkilən idarə üçün 2011, 2012, 2013-cü illərdə alınmış materialın və əsas vəsaitlərin faktiki və şişirdilmiş qiymətlərini aidiyyatı orqanlara təqdim etməyə hazıram.

İşlədiyim dövrdə “Mədəngeofizika” idarəsinin işçilərinin söylədiyinə görə təkcə bu idarə üçün alınmış cihaz və kabellərin satınalınması həyata keçirilən zaman 10 milyondan çox dövlət əmlakı F.Hüseynova yaxın şəxslər tərəfindən talan edilmişdir.

Faiq Hüseynov hazırki iş yeri olan Qazma işləri Trestini də şəxsi mülki kimi işlətməkdə davam edir. Belə ki, işçiləri yaşayış yerləri ilə təmin olunması zamanı maliyyə pozuntuları, Qazma baltalarının alınması zamanı kefiyyət dəyəri dəfələrlə aşağı olan baltaların yüksək qiymətlərə alınması, qazma borularının qiymətinin dəfələrlə şişirdilməsi və sairə bu kimi qanunsuzluqlar “Kompleks Qazma İşləri Tresti”ndə yetərincədir.

Mən “ştat” ixtisarı adı altında qanunsuz olaraq işdən çıxarıldım. Hüququmun pozulması ilə bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa və Milli Məclisinin İnsan Haqları Komitəsinin sədri Bahar Muradovaya müraciət etdim. Müraciətlərim şikayətçi olduğum SOCAR-a göndərilib”.

Elnur İsmayılov həmçinin qeyd edir ki, etdiyi müraciətlərə görə o təhdid olunub.

“Faiq Hüseynov tərəfindən külli miqdarda dövlət əmlakının talan olunması barədə müvafiq qurumlara faktların bir hissəsini təqdim etdim. Bundan sonra Faiq Hüseynov məni ölümlə təhdid etdi. Şikayətimlə bağlı 12-ci polis bölməsində dindirildim. Bir ildən çox vaxt keçsə də, mənim şikayətim baxılmadı.

Milli Məclisdən, Sənaye və Energetika Nazirliyindən və Dövlət Təhlükəsizlik Xidmətindən Baş Prokurorluğa 13 dəfə təqdimat və göstəriş göndərilib. Baş Prokurorluq da mənim ərizələrimi SOCAR-a ünvanlayıb. Mənim ünvanıma bu qurumun vitse- prezidentləri Mikayıl İsmayılovun və Xaliq Məmmədovun, eləcə də Hüquq Departmentinin rəisi Eldar Orucovun imzaları ilə məktublar daxil olub.

Məktubda bildirilib ki, guya işdən çıxarılmadan öncə mən xəbərdarlıq məktubu almışam, mənə vəzifə təklifi edilib. Eldar Orucov sonuncu məktubunda hüququmun pozulduğunu düşünürəmsə, məhkəməyə müraciət etməyimi təklif edib”, -deyə İsmayılov Elnur redaksiyamıza göndərdiyi şikayət məktubunda bildirir.

Araşdırmamız davam edir.Mövzuya qayıdacağıq.

Murad İbrahimli

LEGİON.AZ

SOCAR-ın Geofizika və Geologiya baş idarəsinin keçmiş rəis müavinindən şikayətlər səngimək bilmir





















Xəbər lenti

img Cəmiyyət
Bakıda qızlar çimərlikdə dalaşdılar – VİDEO

2018-07-21 / 14:24:12
img Günün xəbərləri
“Azercell”dən növbəti özbaşınalıq: “Asan imza” üçün ödəniş 2,5 dəfə artırıldı

2018-07-21 / 14:09:49
img Manşet xəbərləri
Düz Qırıqlının əyri poçtalyonu və başı bəlalı poçt qutusu

2018-07-21 / 13:42:13
img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07

Bütün xəbərlər