logo
RU

Müsahibə

Evli aparıcı Azər İsmayılov: Biz Pərvin ilə illərin sevgilisiyik - FOTO

img




Son günlər qalmaqalla gündəmə gələn aktrisa Pərvin Abıyeva ilə ATV-nin tanınmış aparıcısı Azər Zahidin məşhur fotosessiyası yenə gündəmə gəlib.
Sonxeber.az day.az-a istinadən məşhurların atv.az-da yayımlanan müsahibəsini təqdim edirik:
Müəllif: Bildiyimə görə, ilk dəfə tanış oldunuz...
Azər sözümü kəsir: Yox, yox biz illərin sevgilisiyik (gülür-red)
Pərvin: Sən Allah, məni işə salmayın sevgilim var (gülür-red). Əslində, Azərlə bir neçə dəfə üzləşmişik, uzaqdan bir-birimizi tanıyırdıq.
Müəllif: Fotossesiyadan sonra bir-biriniz barədə təəssüratınız necə oldu?

Azər: Çox yaxşı.
Pərvin: Əyləncəli (gülür-red). Bir saatlıq çəkiliş oldu, hələlik super keçdi, bayaqdan söhbət edirik.
Müəllif: Hiss olunur... Müsahibəyə gəlmirsiz bayaqdan, şirin olasız (gülürük-red).

Pərvin: Çəkilişdə dondum. Küçənin ortasında soyuq hava... Heç olmasa, indi bir az dincələk.
Azər: Qəşəng siqnallar var idi, ay Pərvin. Bu gün inanın hər cür siqnal eşitdik (gülürlər-red).
Müəllif: Belə çıxır ki, kompleksli insan deyilsiz?

Pərvin: Kompleksim yoxdu. Amma son vaxtlar dodaqlarıma kompleksim yaranıb. Deyirlər, çox nazikdi.
Azər: Eh... Get, silikon elətdir... (əsəbi-red).
Pərvin: Yox, heç vaxt elətdirmərəm. Adicə qolumda iz var, mənə deyirlər, əməliyyat elətdir, deyirəm, ehtiyac yoxdu. Özümlə bağlı heç bir kompleksim yoxdu. Ancaq bir insanın gözünə diqqətlə baxa bilmirdim, o da ki, bu sənətə gələndən sonra düzəldi.
Azər: Küçədə adımı qışqıranda "Aaa, Azər" deyəndə əsəbiləşirəm. Hətta birini vurmuşam da. Tanıdın, nə gərək var, elə qışqırmağa? Kompleks demək olarsa, bu məni qıcıqlandırır.
Müəllif: Həyatdakı rolunuz?

Pərvin: Xeyirli övlad, xeyirli insan olmaq. Mən ailəm üçün canımı verə bilən insanam.
Azər müdaxilə edir: Əfruzə, bunu saxla bir dəqiqə, (diktafona əlini uzadır, təbii ki, mən diktafonu söndürmürəm) ay Pərvin, bu vaxta kimi nə xeyir iş görmüsən?
Pərvin: Yaşımdan qat-qat artıq. Elədiyim şeyləri demək düz çıxmaz. Amma mən bunu həm Allah qarşısında savab olsun, həm də ki, vicdanım rahat olsun deyə edirəm.
Azər: Daim çalışmaq, pul qazanmaq... Həyatdakı rolum önəmli şəxsiyyət olmaqdı.
Müəllif: Gündəmdə qalmaq üçün nə edirsiniz?

Pərvin: Qarışqa kimi işləyirəm. İş olmayanda depressiyaya düşürəm. Çox iş olanda da deyirəm, öldüm, yoruldum, dincələcəm.
Azər: Heç bir şey etmirəm. Mən tanınmaq üçün TV-da işləmirəm, TV, sadəcə, mənim üçün biznesimi inkişaf elətdirmək üçün bir qapıdır.
Müəllif: Amma reallıqdır ki, bu gün qalmaqal edib, gündəmə gələnlər də çoxdur...

Pərvin: Mən elə şeyə yaxşı baxmıram. Əvvəllər baxırdım ki, televiziyada hərə çıxıb, bir-birini biabır edir, söz atır. Düşünürdüm ki, bunlar niyə dava edirlər?
Azər: Qalmaqal edib gündəmdə qalanları qəbul etmirəm. Elə yaxşı layihə et ki, qoy hamı səndən danışsın...
Pərvin: O qədər paxıl insanlar var ki, olmayan şeyləri danışıb, qalmaqal yaratmaqla, gündəmə gəlməyi düşünürlər. Bəzi aktrisalar, mən heç onları aktrisa kimi də qəbul etmirəm, var ki, haqqımda nələr deyiblər. Eşidib, şoka düşmüşəm, zülm-zülm ağlamışam.
Axı niyə, mən sənə nə pislik etmişəm, deyə düşünmüşəm. Mən həmin kəslərlə qanlı-bıçaq düşmənəm. Amma olanlar bizim ikimiz arasındadır. Mən bunu efirdə demərəm.
Müəllif: Nələr deyiblər, məsələn ki, səni elə zülm-zülm ağladıblar?
Pərvin: Mən onun evini tanımamışam, amma o mənim evimdən çıxmayıb. Anam öz əlləri ilə ona yemək hazırlayıb, bir süfrə arxasında çörək kəsmişik. Onlar isə haqqımda nalayiq danışıblar. Nankorluq məni çox incidir.
Müəllif: Aktrisaların açıq-saçıq geyimi niyə qəbul olunmur?
Pərvin: Çünki bu sənət bizdə tam inkişaf etməyib.
Müəllif: Azər, siz aparıcı, aktrisa, müğənnilərin çılpaq şəkildə və ya açıq-saçıq geyinməsini qəbul edirsinizmi?

Azər: Bəli. Çünki onlar sənətdədirlər. Sənətçilərimizin elə geyiminə çox yaxşı baxıram. Deyirik, şou-biznes... Şou yaradırlar ki, fərqli görünsünlər, diqqət cəlb etsinlər.
Müəllif: Keçək şəxsi həyata... Pərvin və Azər hər ikinizin haqqınızda müəyyən məlumatım var. Bilirəm ki, Pərvin nişanlısından ayrılıb, siz də artıq bir neçə ildir ki, boşanmısınız. İkinci bahara necə baxırsınız ?
Pərvin: İkinci, üçüncü, dördüncü, beşinci, yəni, sonsuza qədər olan baharlara da hətta əla baxıram (gülürlər-red). İnsansan da, vallah, başına çox şey gələ bilər. Mənim üçün hər zaman belə olub, bir sözüm var: gələn gedəni unutdurur.
Müəllif: Ay Pərvin, indiki gələn gedəni unutdurub?

Pərvin: Mənim indiki sevgim çox qəribə bir şeydi.
Azər: Ay Pərvin, sən bir qərara gəl, sevirsən, ya yox, bilək də bir biz... (zarafat)

Pərvin: Sevirəm. Lap əvvəlki sevgilim idi, indi həyatıma qayıtdı.
Azər: Yəqin populyarlığına görə qayıdıb, gəlib.
Pərvin: Yox, mən onu axtarıb tapdım.
Müəllif: Deməli, gələnlər gedəni unutdura bilməyibmiş...

Pərvin: Yox, onunla heç nə yaşamamışdıq (gülür-red).
Müəllif: Azər, gözlənilir ikinci dəfə evlənəsiz?

Azər: Pərvin xanıma göz-qaş etmişəm. Üzük də hazırdı... (gülür-red). Yaxşı, zarafatı qoyaq kənara... Əlbəttə, gözlənilir. Çox tezliklə. Sadəcə, namizəd yoxdu. Axtarıram hələ...
Müəllif: Evlənəcəyiniz insan məşhur birimi olacaq yoxsa?

Azər: Yox, mən, ümumiyyətlə, TV sahəsindən uzağam.
Müəllif: Yəni, Pərvinin şansı yoxdu ?

Pərvin gülür: Heç Azərin şansı var ki, Pərvinin də şansı olsun (gülür-red).
Azər gülür: Pərvinə vurulmuşam. Özü də ki, Pərvin televiziyada deyil axı, kinolardadır. Zarafat edirəm, təbii ki, sadəcə, mənim sahəmdən xəbəri olmayan bir xanımla evlənəcəm. Xəbərsiz olsun, amma ovcumun içində saxlaram həmin qızı...
Müəllif: Görürəm, sevgi məsələlərində mütəxəssissiniz. Ayrılıqda ən çox kişi, ya qadın zərbə alır?

Pərvin: Mən düşünürdüm ki, ən çox qadınlar əzab çəkir. Amma əslində, kişilərin həsasslığını görmüşəm. Hətta qadından ötrü xəstəliyə düşən, əzab çəkənləri də olur...
Azər: Pərvin, sən Allah, sənin üçün sevgi nədir?

Pərvin: Siz jurnalist deyilsiniz, sizin sualınıza cavab vermirəm.
Müəllif: Yaxşı, Pərvin, həmin sualı mən sənə ünvanlayıram, sevgi nədir sənin üçün?

Pərvin: Sevgi...( düşünür-red)
Azər: Sevgi boş şeydi.
Pərvin: Mənim həyatımda mütləq kimsə olmalıdı. Olmasa, ürəyim partlayar. Sevgi mənim üçün önəmlidi, vacibdi.
Azər: Olum da mən. Ölmüşəm bəyəm? (gülürlər-red)
Pərvin: Heç belə əyləncəli, maraqlı müsahibəm olmamışdı. Şəxsən olub ki, məni sevən adam xəstəliyə düşüb, bildin Azər?
Azər: Pərvin, sən Allah, bəsdi. Yox, bir xəstəlik... Nə xəstəliyə düşə bilər ki, kişi ?
Pərvin: İflic, "rak", dəli olanlar da görmüşəm...
Azər sözünü kəsir: Ay Niko (fotoqrafımızı səsləyir-red) bura gəl, gör, Pərvin nə danışır. Kişiləri təkləyiblər.
Niko: Siz Allah müsahibəni tez bitirin, fotossesiyanı davam edək, məni söhbətinizə qatmayın (gülür-red)
Pərvin: Mən şəxsən heç vaxt ağlamayan bir insanı ağlatmışam.
Azər: Hisslərinə yenilib, insandı ağlayıb da... Qəribə qızsan aaa....
Müəllif: Pərvin, necə eqolu insansınız.

Azər: Eqo təpikləyir (gülür-red).
Pərvin: Vallah mən sadə insanam, əslində... (gülür-red).
Müəllif: Sonuncu sualmı da verim, gedin studiyada fotosessiyanızı davam edin. Xoşbəxt olmaq üçün insana nə lazımdı?

Azər: Hər şey. Çoxu deyir ki, xoşbəxtlik pul deyil. Pulun olanda dünyanın ən xoşbəxt və yaxşı insanısan. Pulun olmadı, sən heç kimsən və ətrafındakılar da yoxdu. Ancaq elə insan var ki, pulu yoxdu, elə hörməti var ... Hörməti pulu əvəzləyib.
Pərvin: Azər tam düz dedi. Pul çox önəmlidir. Nə vaxta kimi insan dözə bilər? Sevgi də, pul da vacibdi.









Xəbər lenti

img Dünya
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

2018-07-18 / 14:40:04
img Video xəbərlər
"Azpetrol"dan növbəti "UNİKAL" ADDIM: 68 litr tutumu olan çənə 75 litr benzin vurdu (VİDEO)

2018-07-18 / 14:24:09
img Cəmiyyət
Bu dərmanlar məhv edilir - Xərçəng yaradır

2018-07-18 / 13:08:20
img Günün xəbərləri
Bayıl sakinlərinin pulu kəsilib: "Sualı olan "JEK"ə getsin

2018-07-18 / 12:58:58
img Qafqaz
Xanım həkimin bu görüntüləri olay oldu - VİDEO

2018-07-18 / 12:33:35
img Dünya
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI: qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

2018-07-18 / 12:24:43
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü oldu

2018-07-18 / 11:52:45
img Ölkə
Polis 59 nəfəri saxladı

2018-07-18 / 11:29:30
img Manşet xəbərləri
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşdü

2018-07-18 / 11:25:34
img Sosial
“İsgəndər Qida” MMC-nin bu kolbasalarından iyrənc görüntü – VİDEO

2018-07-17 / 19:11:40
img Günün xəbərləri
Komandir Qarabağ əlilinin oğlunu döyüb, həbs etdirdi

2018-07-17 / 16:15:53
img Video xəbərlər
Qartal 10 yaşlı qıza hücum etdi – VİDEO

2018-07-17 / 13:52:15
img Günün xəbərləri
“Kontakt Home”dan daha bir şikayət: 1400 manata televizor aldı, amma…

2018-07-17 / 13:27:30
img Sosial
“Atam illərdir epilepsiya xəstəsidir, lakin heç bir xəstəxana…” – Şikayət

2018-07-17 / 12:52:58
img Dünya
Barmen qız ona təcavüz edən müştəriyə görün nə etdi - VİDEO

2018-07-17 / 12:42:28
img Manşet xəbərləri
İlham Əliyevdən şəxsiyyət vəsiqəsi ilə bağlı SƏRƏNCAM

2018-07-17 / 12:35:02
img Hadisə
Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

2018-07-17 / 12:27:10
img Cəmiyyət
Şəkidən Bakıya gələn 78 yaşlı kişi itkin düşdü

2018-07-17 / 12:22:27
img Ölkə
Avtobusların 77 faizi istismara yararsızdır

2018-07-17 / 12:18:19
img Dünya
Adnan Oktar işində ŞOK DETALLAR - 3 ağlasığmaz qaçış planı, FETÖ və azyaşlı uşaqlar

2018-07-13 / 19:51:58
img Manşet xəbərləri
Prezident İnzibati Prosessual Məcəlləsinə dəyişiklikləri təsdiqlədi

2018-07-13 / 19:50:18
img Sosial
Mübariz Mənsimovun qardaşı qaçqın və məcbur köçkün ailəsinin borcunu qaytarmır (MÜRACİƏT)

2018-07-13 / 17:54:07
img Günün xəbərləri
İcra başçısı fəhlələri öz zavodunda işlədib, pullarını vermir: “Pulum yoxdur”

2018-07-13 / 17:24:41
img Qafqaz
Rusiyaya "qırmızı yağış" yağdı

2018-07-13 / 17:22:01
img Hadisə
Bakının məşhur restoranında dava düşdü – “Ərəbə görə mənə yer vermədilər”

2018-07-13 / 17:17:23

Bütün xəbərlər