Müğənni Cavad Rəcəbov AzNews.aza müsahibəsində gəlini Günel Axundovanın onun evini zəbt etdyini deyib.
-İki il bundan əvvəl məhkəmə yolu ilə boşanıblar. Məhkəmə qərarı ilə ona hara gəlin gəlibsə, ordan ev payı verib. Günel Lənkərana, bizim dədə evinə gəlin köçüb. Həmin ev bütünlüklə onundur, gəlsin yaşasın. Həmin evi ona hədiyyə edirəm. Amma o gəlmir, deyir ki, “mən Bakıda ev istəyirəm.” O, hər şeyi yalan edir. Bunlar evlənəndən sonra şərikli malları olmayıb. Dövlət nə qanun qoyubsa, biz də ondan gedirik. İndi kimsə onu yoldan çıxarıb. İstəyir ki, bizim imicimizə zərbə vursun. Qanunumuz var, mən də qanun çərçivəsində yaşayan insanam.
-Nəvənizə aliment verirsiniz?

-Bəli, qanun nə tələb edirsə, ona əməl edirik. Uşağın geyimi, yeməyi biz tərəfindən verilir. Ona nə lazımdırsa, edirik. Sadəcə bu qadın nə istəyir, fikiri nədir, biz onu bilmirik. Səmimiyyətimə inanın, mən hər şeyi düz deyirəm, Ağsaqqal kişiyəm, uzun illərdir ki, sözümü də deyirəm. Abır-həyam var, şouya da kişi kimi girdim və çıxış elədim. Orada da bildirdim ki, əgər mən bu maşını udsam, Lənkəranda uşaq evi var, ora bağışlayacam. Bundan artıq nə ola bilər?! Kimsə mənə səmimiyətsiz deyirsə, Allahından görsün.
-Oğlunuz Cavid Güneldən boşanandan sonra ikinci dəfə ailə qurub?

-Mənim Bakıda evim və studiyam var. Bu Günel həmin evi zəbt edib, mənim evimdə yaşayır. Oğlum isə hələ boşanmazdan da əvvəl studiyanın zirzəmisində yaşayır. Cavid hazırda nişanlıdır. Mənim özüm də Bakıya gələndə hoteldə qalıram. Evim ola-ola ora gedə bilmirəm. Nə də oğlumu evləndirib gəlinimi gətirə bilmirəm. Bu qadın həyasızlıq edir, qışqırır, məni rüsvay edir. Odur ki, həmin evə gedə bilmirəm. Mən də oğlumla bir yerdə bayırda qalmışam. Axı mənim şəxsi evimin Cavidlə Günelə nə aidiyyatı?
-Günelin davası sizin evinizi ələ keçirməkdir?

-Bəli. Amma mən evimi ona verməyəcəm. Hazırda vəziyyət pisdir. Toylar da yoxdur ki, oğluma təzə ev alım. Yəni, gərək qadın evdən çıxsın ki, mən də oğlumu baş-göz edim. Bu qadın nə həyasız, nə üzlüdür. Mən sual verirəm. Sabah Cavid evləndi, arvadını da həmin evə gətirəcək. Bu qadın Cavid və onun arvadı ilə bir evdə yaşayacaq?! Biabırçılıqdır. Mən nəvəmə hər şey verəcəm, amma bu qadına hər şey haramdır. O, insan deyil.
-Gəlininiz Günel Caviddən ayrılandan sonra ailə həyatı qurub?

-Təbii ki quracaq da. Düzü, mən bilmirəm, onun hazırda əri var, ya yox.
-Məhkəmə ona gəlin gəldiyi evdə yaşamaq hüququ verib. Bundan sonra icraçılar Güneli sizin evinizdən niyə çıxarmayıb?

-İki dəfə ona vaxt vermişəm. Artıq daha güzəştə getməyəcəm. İcraçılar da bunu yerinə yetirməlidir, yəni Günel o evdən çıxmalıdır. Çox şeylər var, deyə bilmirəm. Bu qadın mənim oğlumun başına çox oyunlar açdı. Oğlum namaz qılan şəxsdir. Bu qadın bizdən nə istədi, biz onu bilmədik. Mən bir dəfə kiminsə qəlbinə dəymədim. Heç kimi toyuğuna “kış” də eləmədik. Günel oğlumu bıçaqladı. Oğlum ayaqqabı geyindiyi yerdə qadın onu arxadan bıçaqlayıb.
-Hüquq-mühafizə orqanlarına məlumat vermişdiniz?

-Yox. Biz bunu gizlətdik, şikayət etmədik. İndi peşmanıq, kaş onu polisə verəydik. Bu qadın çox həyasız və manyakdır. Bu necə adamdır, necə tərbiyyə alıb biz onu bilmirk. Hələ onun oğlumu bıçaqlamasını mən iki sonra bilmişəm. Oğlum yalandan deyib ki, dənizdə yıxılıb belinə məftil batıb. Az qalıb ölsün, qan itirib, dostları gəlib. Güclə onu sağaldıblar. Biz necə insanıq ki, onun etdiyi cinayətə görə Güneli polisə vermədik. Amma o, haqqı çatmadığı evin üstündə dava edir. Evimi ona verməyəcəm.
AzNews.az