logo
RU

Sosial

"Mənə görə şəhid olmayıb ki, zırıldama, rədd ol çölə…"- icra başçısı şəhid xanımını qapıdan qovdu!

img




Başçının müavini isə cavab vermək əvəzinə, əməkdaşımıza qəzəbləndi: "Siz müstəntiqsiniz?"

Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Kamil Əliyevin xanımı şikayət edib.

Şəhidin xanımı Bahar Əliyeva müraciətində bildirib ki, bu gün Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalovun qəbulunda olarkən təhqir olunaraq otağından qovulub:

"İndicə icra başçısının qəbulundan gəlirəm. Yoldaşım Əliyev Kamil Fazil oğlu, 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı iyul ayının 3 də Ağdərədə şəhid olub. Biz 2005-ci ildən Şirvan şəhərində yataqxanada qalırıq. Ailənin 6 nəfər üzvü ilə birlikdə balaca bir otaqda yaşayırıq. Ailəni güclə dolandırıram. Özüm hər yerə iş üçün müraciət etmişəm. Lakin iş tapa bilmirəm. Dolanışıq çox çətindir. Evin hamamı yoxdur. Mərdan müəllimdən xahişə getmişdim ki, bir şəhid ailəsi kimi bizə əl tutsun. Ancaq o mənə dedi ki, məni bu mövzularla bezdirməyin. Yoldaşın şəhid olub, Allah rəhmət eləsin. Mənə görə şəhid olmayıb ki?! Bu sözü eşidəndə özümü saxlaya bilmədim. Ağlamağa başladım. Daha sonra o mənə, "zırıldama, rədd ol çölə, vaxtımı alma", deyib qovdu".

Bahar Əliyeva bildirib ki, evdə balaca uşaqlar var. Evin hamamı yoxdur. Yataqxana isə aylardır boşdur. Amma müraciətlərə baxmayaraq, onlara bir otaq belə verilmir: "Neçə dəfə müraciət etmişəm. Evin hamamı yoxdur. Mərdan Camalova bunları danışanda isə mənə dedi ki, evin ortasına qab qoyub çimin. Mənə nə bundan?"

Şikayətçinin sözlərinə aydınlıq gətirmək üçün, Şirvan şəhər icra hakimiyyəti başçısının müavini Şəfayət Əsgərovla əlaqə saxladıq. Ş.Əsgərov bizə açıqlamasında Mərdan Camalovun belə bir fikir söyləmədiyini təkzib etmədən, bizim özümüzə birbaşa sual ünvanladı: "Siz müstəndiqsinizmi, sizə nə dəxli var?"

İcra başçısının müavini daha sonra "bu mövzuyla bağlı məni narahat etməyin" deyib, telefonu bağladı.

Görünür, icra başçısının müavini Şəfayət müəllimin KİV haqqında qanunlardan heç bir xəbəri yoxdur və o, jurnalistin ünvanlandığı suala cavab verməli olduğunu bilmir.
Mənbə:Avropa.info







Xəbər lenti

img Manşet xəbərləri
Həbsdə saxlanılan jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 01:53:05
img Manşet xəbərləri
Jurnalist prezidentə müraciət etdi

2019-09-23 / 00:42:32
img Günün xəbərləri
“Qarabağ” azarkeşlərə görə cərimələndi – UEFA-dan qərar

2019-09-21 / 16:34:43
img Günün xəbərləri
Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

2019-09-21 / 16:31:20
img Cəmiyyət
Səslərə qıcıq olmaq nevroloji xəstəlik ola bilər?!

2019-09-21 / 16:29:28
img Günün xəbərləri
“Tokio-2020” Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI

2019-09-21 / 16:27:36
img Dünya
Hər şey göründüyü kimi deyil...

2019-09-21 / 16:25:30
img Dünya
“Yadplanetlilərin bölgəsi”nə yürüş festivala çevrildi - FOTO

2019-09-21 / 10:41:47
img Ölkə
Premyer Liqa Sumqayıtda başlayıb, Zirədə başa çatacaq

2019-09-21 / 10:39:52
img Cəmiyyət
Məşhur aktrisanın erotik filmi qadağan edildi

2019-09-21 / 10:37:27
img Ölkə
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

2019-09-21 / 10:34:01
img Dünya
Husilər Səudiyyə Ərəbistanına hava hücumlarını dayandırıblar

2019-09-21 / 10:33:03
img Dünya
“Oskar”a namizəd olmuş məşhur amerikalı aktyor Ukraynada dəfn olunmaq istəyir

2019-09-21 / 10:30:45
img Dünya
Dubay şahzadəsi ilə sevgi yaşadığı deyilən Hollivud ulduzundan şok etiraf

2019-09-20 / 19:21:08
img Dünya
Maduro Rusiyaya səfər edəcək

2019-09-20 / 19:19:22
img Ölkə
Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

2019-09-20 / 19:17:57
img Cəmiyyət
Almaniyada 500-dən çox aksiya və nümayiş keçiriləcək

2019-09-20 / 14:20:36
img Hadisə
Nobel mükafatı laureatlarının adlarının açıqlanacağı tarixlər bilinib

2019-09-20 / 14:19:44
img Dünya
İran Səudiyyə Ərəbistanına sülh əlini uzatdı

2019-09-20 / 14:18:32
img Cəmiyyət
“Uşaqları universitetə tapşırıqla götürürlər” - Xalq artistindən ağır ittihamlar

2019-09-20 / 14:13:28
img Ölkə
Cahangir Hacıyevlə birgə ittiham olunan keçmiş direktorla bağlı çıxarılan qərar ləğv edildi

2019-09-20 / 14:11:48
img Cəmiyyət
Xalq artisti Arif Babayev Türkiyədə xəstəxanaya yerləşdirildi

2019-09-20 / 14:09:36
img Günün xəbərləri
Şərqşünas alim: “Bu barədə heç kim bir ayə, istinad göstərə bilməz”

2019-09-20 / 13:59:34
img Qafqaz
Gürcüstan prezidenti barədə istintaq başladı

2019-09-20 / 13:57:56
img Cəmiyyət
Şagirdlərin nəqliyyatdan pulsuz istifadəsi mümkündürmü?

2019-09-20 / 13:56:59

Bütün xəbərlər