logo
RU

Müsahibə

"Zakir Nəsirovu həbs etməkdə məqsəd Ramil Usubovun əleyhinə ifadələr almaq idi"

img




Tanınmış hüquqşünas Aslan İsmayılov bu günlərdə gözlənilmədən həbsdən azad olunan Daxili İşlər Nazirliyi Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi, general - mayor Zakir Nəsirovla bağlı Moderator.az-ın bir neçə sualını cavablandırıb.

- Aslan müəllim, Zakir Nəsirovun azadlığa çıxması cəmiyyətdə birmənalı qarşılanmadı. Siz belə bir sonluğu necə qiymətləndirirsiniz?

- Çox yaxşı. Bilirsiniz ki, uzun illər prokurorluq orqanlarında, sonralar isə Prezident Aparatında  işləmişəm, 20 ildən artıqdır ki, vəkilliklə məşğulam. Hüquq mühafizə orqanlarının rəhbər vəzifədə çalışanlarını çox yaxşı tanıyıram. Sizi əmin edirəm ki, bu illər ərzində Zakir Nəsirov kimi peşəkar, vicdanlı, sadə, təvazökar ikinci bir insan görməmişəm. Onun həbsdə olduğu müddət prokurorluq, polis, məhkəmə işçilərinin hər dəfə onun həbsinini Azərbaycanda baş vermiş ən böyük haqsızlıq kimi qiymətləndirmələrinin şahidi olmuşam. Zakir Nəsirovun fəaliyyətı və həyatı ilə daha yaxından tanış olmağımın digər səbəbi isə Nərimanov ikinci 20 saylı dairəsindən bir neçə dəfə Milli Məclis seçkilərinə qatılmağımdır. Zakir Nəsirov həmin ərazidə yaşamışdır. Hər dəfə onun mənzili yerləşən həyətdə seçicilərlə görüş zamanı onun haqqında çoxlu müsbət fikirlər eşitmişəm. Onun qonşuları haqqında sanki doğmaları kimi danışırdılar. 

- Onun haqqındakı ömürlük həbs cəzası nə qədər ədalətli idi?

- Zakir Nəsirovun işində birbaşa iştirak etməsəm də iş materialları ilə kifayət qədər tanışam. Onun haqqındakı ömürlük həbs cəzası yox, onun həbs olunmasının özü haqsızlıq və böyük bir oyun idi. Bildiyim qədər onun həbsinə yeganə əsas Hacı Məmmədovun ifadəsi olub. Onun ifadəsinin isə nə qədər obyektiv olmasını bilmək üçün sadəcə Elmar Hüseynovun qətli ilə bağlı verdiyi ifaədələri gözdən keçirtmək kifayətdir. Ümumiyyətlə Hacı Məmmədov işinin açılmasının da MTN-nin şanlı uğuru kimi qələmə verilməsinin özü də haqsızlıqdır. Dəqiq bildiyim odur ki, həmin cinayət işindəki epizodlar hələ Azər Vahabzadə Pespublika Prokurorluğunda İstintaq idarəsinin rəisi işləyən vaxtlar müəyyən edilmişdir. Sadəcə həmin vaxtlar onlara bu işin sonuna çatmasına imkan vermədilər.  Baş Prokuror Eldar Həsənov və Azər Vahabzadə vəzifələrindən uzaqlaşdırıldılar və həmin idarə tamam darmadağın edildi. Hacı Məmmədovun qanuna zidd olaraq illərlə MTN-də saxlanması da onun Zakir Nəsirov haqqında verdiyi ifadə ilə də bağlı idi. 

- Zakir Nəsirov bəraət ala bilərmi?

- Bəli. Əgər cinayət işi təzələnib yenidən araşdırılma aparılsa əminəm ki, bu dəfə Hacı Məmmədov Zakir Nəsirov haqqında fərqli ifadə verəcək və onun həbsinin əsas motivini göstərəcək. Zakir Nəsirovun həbs edilməsində əsas məqsəd onun nazir Ramil Usubov haqqında ittihamedici ifadələr almaq idi. Əminəm ki, əgər o istənilən ifadələri versə heç vaxt həbs edilməyəcəkdi.







Xəbər lenti

img Manşet xəbərləri
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi

2020-08-06 / 19:05:17
img Günün xəbərləri
Bu ay 278 min şəxsə 190 manatlıq birdəfəlik ödəmə veriləcək

2020-08-06 / 17:52:10
img Manşet xəbərləri
Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

2020-08-06 / 17:21:16
img Günün xəbərləri
Prezidentdən 190 manatla bağlı tapşırıq - Avqust ayında da...

2020-08-06 / 16:59:38
img Günün xəbərləri
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayacaq

2020-08-06 / 14:49:00
img Günün xəbərləri
Vahid Əhmədov: “İşləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”

2020-08-06 / 13:15:14
img Cəmiyyət
Ramin Bayramlını belə parodiya etdilər - VİDEO

2020-08-06 / 13:13:32
img Günün xəbərləri
Gülər Əhmədovanın oğluna hökm oxunub

2020-08-06 / 11:26:14
img Günün xəbərləri
Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

2020-08-06 / 10:41:56
img Dünya
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

2020-08-06 / 10:40:39
img Dünya
“Facebook” Trampın paylaşdığı videonu silib

2020-08-06 / 10:39:29
img Cəmiyyət
Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO

2020-08-06 / 10:35:55
img Dünya
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

2020-08-06 / 10:33:50
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

2020-08-06 / 10:32:51
img Cəmiyyət
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

2020-08-06 / 10:31:51
img Dünya
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

2020-08-06 / 10:30:19
img Dünya
Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

2020-08-06 / 10:27:20
img Dünya
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2020-08-05 / 19:08:59
img Hadisə
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

2020-08-05 / 18:23:49
img Günün xəbərləri
Razi Nurullayevdən Milli Məclisdə hökumətə və TƏBİB-ə sərt tənqid (VİDEO)

2020-08-05 / 18:21:12
img Günün xəbərləri
5 nəfər prokurorluq orqanlarından azad edildi

2020-08-05 / 18:14:23
img Günün xəbərləri
General Həşimov haqda kitab çap olundu – Pulsuz paylanacaq

2020-08-05 / 17:06:15
img Dünya
Türkiyədə dincəlmək şərtləri - Məhdudiyyətlər o qədər çoxdur ki...

2020-08-05 / 17:01:10
img Dünya
FTB ukraynalı milyarderləri "vurdu" - Ofislərində axtarış aparılıb...

2020-08-05 / 16:52:41
img Ölkə
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

2020-08-05 / 16:51:13

Bütün xəbərlər