logo
RU

Dünya

ABŞ Lapşinin ekstradisiyasına münasibət bildirib

img




“Bloger Aleksandr Lapşinin ekstradisiyasına dair məsələləri bu prosesə cəlb olunmuş ölkələr şərh etməlidir. Bununla belə, ABŞ söz azadlığının qorunmasının vacib olduğunu xatırladır”.
Legion 
 APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Con Kirbi bildirib.    
“Yaxşı olardı ki, bu barədə konkret aidiyyəti ölkələr danışsın. Söz azadlığı bizim üçün önəmlidir”, - deyə Con Kirbi ABŞ-ın bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası məsələsinə münasibəti ilə bağlı suala cavabında bildirib.   
Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov ötən gün bloger Lapşinin ekstradisiyasının sırf hüquqi müstəvidə baxılan məsələ olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, Azərbaycan sərhədlərini qanunsuz olaraq keçmiş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirmiş S.Lapşin barəsində cinayət işi açılıb. 
Onun barəsində “Interpol” xətti ilə beynəlxalq axtarış elan edilib. MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov konvensiyası əsasında Belarusda saxlanılmış A.Lapşinin ekstradisiyası üçün müvafiq sənədlər təqdim olunub. Rusiyaya qarşı eyni hərəkətləri törətmiş və onun sərhədlərini qanunsuz keçmiş şəxsə münasibətdə də Rusiyanın hüquq-mühafizə orqanları eyni addımları atardılar”.
Bundan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov məsələ ilə bağlı qeyd edib ki, Moskva istənilən jurnalist və şəxsin dünyanın istənilən yerində hər hansı yeri ziyarət etməsini kriminallaşdırılmasının və cinayət məsuliyyətinə cəlb edilməsinin əleyhinədir.  
O, həmçinin Moskvanın hər hansı ölkədə saxlanılan Rusiya vətəndaşlarının üçüncü ölkəyə ekstradisiyasının əleyhinə olduğunu bildirib.  
Qeyd edək ki, A.Lapşin Azərbaycan tərəfinin sorğusu əsasında Minskdə saxlanılıb. Onun adı 2013-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahısı”na daxil olunub. Buna səbəb blogerin digər əcnəbilərlə Dağlıq Qarabağa qanunsuz səfər etməsidir. 2015-ci ildə Lapşin Ukrayna pasportu ilə Azərbaycan ərazisinə Gürcüstandan keçib. 
Pasportda Aleksandr adı Ukrayna dilinə uyğun Oleksandr yazıldığı üçün Lapşin Azərbaycana maneəsiz daxil ola bilib. Azərbaycan tərəfi “Dövlət sərhədinin pozulması haqqında” qanunu pozduğu üçün blogeri beynəlxalq axtarışa verib.







Xəbər lenti

img Manşet xəbərləri
Millət vəkili “uşaq pulu”nun bərpasını tələb etdi

2020-08-06 / 19:05:17
img Günün xəbərləri
Bu ay 278 min şəxsə 190 manatlıq birdəfəlik ödəmə veriləcək

2020-08-06 / 17:52:10
img Manşet xəbərləri
Azərbaycanda yoluxma 150-dən aşağı düşdü, 435 nəfər sağaldı

2020-08-06 / 17:21:16
img Günün xəbərləri
Prezidentdən 190 manatla bağlı tapşırıq - Avqust ayında da...

2020-08-06 / 16:59:38
img Günün xəbərləri
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayacaq

2020-08-06 / 14:49:00
img Günün xəbərləri
Vahid Əhmədov: “İşləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”

2020-08-06 / 13:15:14
img Cəmiyyət
Ramin Bayramlını belə parodiya etdilər - VİDEO

2020-08-06 / 13:13:32
img Günün xəbərləri
Gülər Əhmədovanın oğluna hökm oxunub

2020-08-06 / 11:26:14
img Günün xəbərləri
Fazil Mustafa: “Azərbaycan vətəndaşının, sahibkarının vəziyyəti acılanacaqlıdır”

2020-08-06 / 10:41:56
img Dünya
Bayden: “Çinlə ticarət sazişi iflasa uğrayır”

2020-08-06 / 10:40:39
img Dünya
“Facebook” Trampın paylaşdığı videonu silib

2020-08-06 / 10:39:29
img Cəmiyyət
Namaz carçısı Ayasofya məscidində Allah dərgahına qovuşdu...-VİDEO

2020-08-06 / 10:35:55
img Dünya
Putin İstintaq Komitəsinin 3 generalını istefaya göndərib

2020-08-06 / 10:33:50
img Günün xəbərləri
Azərbaycanda koronavirusla bağlı sevindirici xəbər - RƏSMİ

2020-08-06 / 10:32:51
img Cəmiyyət
Azərbaycanda kişi sevgilisini öldürdü: Qadın evli və iki uşaq anası olub - TƏFƏRRÜAT

2020-08-06 / 10:31:51
img Dünya
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı

2020-08-06 / 10:30:19
img Dünya
Beyrutdakı partlayışda ölən ermənilərin sayı 11-ə çatdı - 400-ü evsiz qaldı...

2020-08-06 / 10:27:20
img Dünya
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb

2020-08-05 / 19:08:59
img Hadisə
Azərbaycanda bu markalı benzinin qiyməti bahalaşdı - FOTO

2020-08-05 / 18:23:49
img Günün xəbərləri
Razi Nurullayevdən Milli Məclisdə hökumətə və TƏBİB-ə sərt tənqid (VİDEO)

2020-08-05 / 18:21:12
img Günün xəbərləri
5 nəfər prokurorluq orqanlarından azad edildi

2020-08-05 / 18:14:23
img Günün xəbərləri
General Həşimov haqda kitab çap olundu – Pulsuz paylanacaq

2020-08-05 / 17:06:15
img Dünya
Türkiyədə dincəlmək şərtləri - Məhdudiyyətlər o qədər çoxdur ki...

2020-08-05 / 17:01:10
img Dünya
FTB ukraynalı milyarderləri "vurdu" - Ofislərində axtarış aparılıb...

2020-08-05 / 16:52:41
img Ölkə
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb

2020-08-05 / 16:51:13

Bütün xəbərlər