logo
RU

Sosial

«Azəriqaz»dan vətəndaşı qəzəbləndirən tələb

img




Abonentlərdən borcları yeni tariflərlə tələb edilir

Ekspertlər qurumun bu iddiasını absurd, qanuna zidd sayırlar

Yanvarın 1-dən etibarən istifadə etdikləri qaza görə borcunu ödəmək istəyən, köhnə sayğaclarını yeni smart tipli sayğaclarla əvəz etmək istəyən sakinlər “sürprizlə” qarşılaşıblar.
Borclarını ödəmək üçün “Azəriqaz” İstehsalat Birliyinin Babək prospektində yerləşən “Azqazservis”-ə yollanan sakinlərdən bir neçə ay və ya il bundan əvvəl istifadə etdikləri qaza görə ödəməni yeni tariflə (istifada olunan qazın 1700 kubmetri 10 qəpikdan qalanı isə 20 qəpik olmaqla) ödəmək tələb olunub.
Mətbuata açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bu məsələdə heç bir qanun pozuntusunun olmadığını bəyan edib: “Söhbət ondan gedir ki, nə vaxt istifadə olunmasından asılı olmayaraq istehlakçının ödəmə etdiyi tarixdən satış həyata keçirilir. Yəni, istehlakçı istifadə etdiyi qaza görə borcunu dekabr ayında ödəsəydi köhnə tariflə hesablanacaqdı. Ödəməni gecikdirib yanvar ayında etdikləri üçün yeni tariflə ödəməyə məcburdurlar”.
Hüquq müdafiəçisi Adəm Məmmədov belə bir faktla “Azəriqaz”-ın abunəçinin hüquqlarını kobud şəkildə pozuduğunu qeyd edib:  “Azərbaycan qanunvericiliyində belə bir bənd yoxdur. Borc yığılan illərdə hansı qanunvericilik qüvvədə olubsa, abunəçi də həmin qanunun tələbinə uyğun ödəmə aparmalıdır. Belə halla rastlaşan vətəndaşlar mütləq məhkəməyə müraciət etməlidirlər.”
Vəkil Fəxrəddin Mehdiyev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, qərarın məntiqindən də onun qanunsuz olduğu məlumdur: “İctimai münasibətlərin bütün sahələri qanunla nizamlanmır. Ancaq insanların hüquqi vəziyyətini, hüquqi statusunu ağırlaşdıran qanunun geriyə qüvvəsi ola bilməz. Əlbəttə yeni tarifi borclara tətbiq etmək olmaz. Köhnə köhnə ilə, yen yeni tariflə hesablanmılıdır. Tamamı ilə qanunsuz haldır. Abonentlər vəziyyətlə bağlı məhkəməyə müraciət edə bilərlər”.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirdi ki, əslində qərar tamamilə qanunsuzdur: ““Azəriqaz”ın nə deməyindən asılı olmayaraq yeni verilmiş qaydalar, qanunlar geriyə tətbiq edilə bilməz. Bu hüququn, dünya praktikasının əlifbasıdır. Ona görə də “Azəriqaz”ın atdığı addım tamamı ilə qeyri-qanunidir. Mənə elə gəlir ki, belə köhnə borcu olan vətəndaşlar həmən məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qərarı vasitəsi ilə “Azəriqaz”ın verdiyi məntiqsiz qərar ləğv edilməlidir. Çünki məhkəmələrə müraciət olunsa, əminəm ki, bununla bağlı normal izah olmalıdır. Qanunun geriyə tətbiqi ümumiyyətlə mümkün deyil. Bu hüquq anlayışına ziddir. Əgər hər hansısa bir insan müəyyən bir hərəkət edirsə və keçmişə aid olan hərkətə görə yeni qaydalarla o nə cəzalandırıla, nə də cərimələndirilə bilməz. Məntiqlə belə çıxır ki, məsələn mən 3 ay öncə hər hansı bir yol hərəkəti qaydasını pozmuşam və 30 manat cərimələnmişəm. Ancaq yeni qaydalara görə həmin qayda pozuntusu 60 manatdırsa, mən 60 manat ödəməliyəm. Belə bir şey yoxdur. Həmin qayda pozarkən cərimə nə qədər idisə, onun məsuliyyətini daşıyıram”. 
“Yəni, həmin qaydalar köhnə borclara da tətbiq olunmalıdır. Köhnə borclar heç vaxt yeni qaydalarla hesablana bilməz. Ən azından burda belə bir bəsit məntiq var ki, əgər köhnə qiymətlər yeni qiymətlərlə olsa idi, mən o zaman bu qədər qaz işlətməzdim. Daha ciddi qənaət rejiminə keçərdim. Əgər mən bunu bilmirdimsə, vətəndaş olaraq məni bu qədər yükləmək olmaz. Bu qanuna ziddir. Ona görə də köhnə borcu olan vətəndaşlara “Azəriqaz” tərəfindən belə bir iddia irəli sürüləcəksə və yenidən hesablanacaqsa, vətəndaşlar ya qrup, ya da fərdi şəkildə məhkəmələrə müraciət etməlidirlər. Məhkəmə qaydasında bu qərarın ləğvinə çalışılmalıdır” - deyə ekspert bildirib. Bizimyol







Xəbər lenti

img Manşet xəbərləri
AZAL-ın təyyarəsində görünməmiş hadisə- Murad Dadaşov pilot kabinəsində

2017-12-11 / 18:29:18
img Sosial
“Buta Airways” barədə şikayətlər çoxalır — Şirkətdən unikal cavab

2017-12-11 / 17:45:47
img Cəmiyyət
“Bakı Metropoliteni”nin işçiləri: “Rəhbərlik bizi ixtisara salmaq istəyir”

2017-12-11 / 16:19:32
img Manşet xəbərləri
“Bizim 5 milyon pulumuz hardandır ki…?”- İsmayıl Hüseynov qafqazxeber.az-a danışdı

2017-12-11 / 15:40:56
img Sosial
Hövsanda icra nümayəndələri Qarabağ əlilini təngə gətirib

2017-12-11 / 15:21:59
img Qafqaz
Putin Suriyaya getdi- rus qoşunları ölkədən çıxmağa başladı

2017-12-11 / 14:50:03
img Dünya
Almaniyada hava yolu iflic oldu - Reyslər təxirə salındı

2017-12-11 / 13:31:31
img Günün xəbərləri
Arif Əsgərovun baldızı oğlu 5 milyon ödəyib- məhkəmə işi

2017-12-11 / 13:25:02
img Ölkə
Sabah Bakıda 12 dərəcə isti olacaq

2017-12-11 / 13:20:27
img Günün xəbərləri
Eldar Mahmudovun həbsdəki “sağ əli”ndən xəbər var

2017-12-08 / 16:31:01
img Manşet xəbərləri
İşdən çıxarılan şəxs “Hilton” oteli biabır etdi: “Mənə dedilər ki, buranı yalaya bilərsən?”

2017-12-08 / 15:50:43
img Sosial
Daha bir universitetdə rektor tələbə qalmaqalı

2017-12-08 / 15:30:14
img Ölkə
Bu şəxslərə parklanmada güzəşt olacaq - Qaydaları poza bilərlər

2017-12-08 / 15:24:59
img Dünya
Qətlə yetirilən prezidentin vəsiyyəti: “Məni xainlər əhatə edir...”

2017-12-08 / 15:16:43
img Hadisə
Ana və 4 qızının meyiti yaxınlarına verildi

2017-12-08 / 15:11:10
img Cəmiyyət
Yuxudan ayıla bilmirsiz? - Bu içkilərdən İSTİFADƏ EDİN!

2017-12-08 / 15:05:01
img Manşet xəbərləri
DYP əməkdaşından Ramil Usubova şikayət olundu

2017-12-07 / 15:31:21
img Manşet xəbərləri
Xaləddin İsgəndərova yolun sonu göründü — Yır-yığışa başlayıb

2017-12-07 / 15:15:01
img Sosial
“AtaSığorta”da skandal – sığorta fırıldağı

2017-12-07 / 14:11:33
img Manşet xəbərləri
Ölkənin güc strukturlarının məlumat bazasından qanunsuz çəkilən foto ilə bağlı DİN və DTX rəhbərlərinə müraciət olundu

2017-12-07 / 11:16:40
img Manşet xəbərləri
Cenk Yükseldən Rüfət Aslanlıya edilən şikayət onun özünə göndərildi

2017-12-06 / 20:13:01
img Günün xəbərləri
Deputat qardaşının rəhbəri olduğu kollecdə özbaşınalıq: Müəllimlər etiraza qalxdı

2017-12-06 / 18:50:55
img Cəmiyyət
Böhran yaşayan “PalSüd” zavodu “paraşok”dan istifadəyə keçdi

2017-12-06 / 18:31:46
img Sosial
Məşhur klinikada həkimin komaya saldığı qız öldü - Həkim qaçdı

2017-12-06 / 18:14:33
img Manşet xəbərləri
ŞƏMKİR RAYON MƏHKƏMƏ HAKİMİNİN QANUNSUZ HƏRƏKƏTLƏRİNDƏN MƏHKƏMƏ-HÜQUQ ŞURASINA ŞİKAYƏT OLUNDU

2017-12-06 / 11:58:13

Bütün xəbərlər