logo
RU

Manşet xəbərləri

Musa Pənahovu Akif Çovdarovla “birləşdirən” Yaradanquliyev faktoru – NÜANSLAR

img




“Bəhram Yaradanquliyev vaxtilə Məmmədov-Pənahov-Əsgərov “trio”sunun ağsaqqalı sayılırdı”

Nəqliyyat naziri və müavinlərinin keçmişinə “ötəri” baxış...
SSRİ-nin süqutuna yaxın, 1989-cu ildə Azərbaycan Dəmir Yolu İdarəsinin bankı – “Azərdəmiryolbank” yaradılmışdı. Bu bankın yaradılmasında o illər Dəmir Yolu İdarəsinin maliyyə xidmətinin rəisi Alay İsmayıl oğlu Yaradanquliyevin böyük rolu olub.
Mərhum Alay İsmayıl oğlu Yaradanquliyev əslən Gürcüstandan olub. Onun oğlu Bəhram Yaradanquliyev dəmir yolunda tanınmış simalardan olaraq 1996-cı ildə Ziya Məmmədovun dəmir yol idarəsinə rəis təyin olunmağında böyük rolu olub. Həm də o illər dəmir yolundan qovularaq işsiz qalan Arif Əsgərovu da öz yanında işlə təmin edərək əlini çörəyə çatdırıb. Bəhram Yaradanquliyevin atası Alay Yaradanquliyev “Azərdəmiryolbank” ın açılışında böyük rolu olduğundan savayı həm də öz yerlisi Roman Əmircanovu həmin banka müavin gətirib.
Ancaq bununla da Alay Yaradanquliyevin yaxşılığı bitməyib. O indiki nəqliyyat nazirinin müavini Musa Pənahovu da oxutduraraq o vaxtlar idarənin maliyyə xidmətinə vəzifəyə gətirib. Roman Əmircanov Musa Pənahov və Akif Çovdarovun dərin qohumluq əlaqələri hələ sovet dövrünün ortalarından yaranıb.
Bir sözlə, bu şəxslərin hamısı, necə deyərlər, “eloğlu” olaraq əslən Gürcüstandandılar. Bəhram Yaradanquliyev Ziya Məmmədovun Dəmir Yol İdarəsinə rəis keçməyində böyük rol oynayaraq, bununla Musa Pənahova və Arif Əsgərova yeni vəzifə bileti yazdırdı. Bəhram Yaradanquliyevin heç ağlına da gəlməzdi ki, vaxt gələr, yaxşılıq etdiyi bəzi məmurlar ona xəyanət edər. Deyəsən, həmin vaxt artıq gəlib çatıb.
Ziya Məmmədov Cavid Qurbanovla bacara bilmir, Musa Pənahov Akif Çovdarovla qohum olması ilə bağlı bir sıra məqamlar hələ ictimaiyyətə açıqlanmayıb...
Lakin LEGİON-a məlumat verən mənbələr bildirir ki, sabiq MTN generalı ilə Musa Pənahovun qohumluq və dostluq əlaqələrindən danışarkən, Yaradanquliyevi yaddan çıxarmaq olmaz. Arif Əsgərov da özünün və oğlu Elnar Əsgərov naminə baldızı uşaqlarının həbsini sükutla qarşılayaraq, özü öz içində vicdan əzabı çəkir. O elə vicdan əzabını çəkir ki, heç Bəhram Yaradanquliyevi satanda çəkmirdi...
Qeyd edək ki, yanvarın 3-də Arif Əsgərovun baldızı Lətifə Hüseynova və onun həyat yoldaşı İsmayıl Hüseynov dövlət başçısına müraciət edərək, Arif və Elnar Əsgərovların “Azərbaycan Dəmir Yolları” QSC-də törətdikləri maxinasiyalara görə, övladları Rahib və Emin Hüseynovun şər-böhtanla həbs olunduğunu bildiriblər. Nazir müavinin baldızı və bacanağı hesab edir ki, A.Əsgərov öz oğlunu qorumaq naminə onların övladlarını qurban verib... Yuxarıda adını çəkdiyimiz Bəhram Yaradanquliyevdən danışarkən qeyd edək ki, bu şəxs Azərbaycanın dəmiryolu sisteminə xüsusi töhfələr verməsi, eləcə də bir çox dəmiryolçu məmurlara etdiyi saysız-hesabsız yaxşılıqlar ilə tanınır.
1994- cü ildə “Azerreyl” nəqliyyat şirkətini təsis etmişdi. Təcrübəli dəmiryolçuların dediyinə görə, B.Yaradanquliyev həmin dönəmdə Məmmədov-Pənahov-Əsgərov “trio”sunun ağsaqqalı sayılırdı...
Belə ki 1996- cı ildə Dəmir yol idarəsinin rəisi Vahid Məmmədov Nadirli tutduğu vəzifədən azad olunduqdan sonra Bəhram Yaradanquliyevin bilavasitə köməkliyi ilə Ziya Məmmədov Dəmir yol idarəsinin rəisi kürsüsündə keçib otura bilir. Mənbələrin dediyinə görə, B.Yaradanquliyevin o vaxtlar çox yaxşı əlaqələri var idi, lakin bu əlaqələrdən özü yox, Ziya Məmmədov, Musa Pənahov və Arif Əsgərov faydalanırlar. Bu təyinatdan bir neçə il sonra Ziya Məmmədovla Bəhram Yaradanquliyev arasında gedən savaşı 2-ci uduzur. Deyilənlərə görə, Ziya Məmmədov Bəhram Yaradanquliyev barədə və “Azerreyl” şirkəti ilə bağlı topladığı materialları prokurorluq orqanlarına ötürərək, Bəhram Yaradanquliyev barəsində cinayət işi başladır və onu rəsmi axtarışa verdirməyə nail olur.
O illər Bəhram Yaradanquliyev bir çox tanınmış simalarla dost olsa da, onlar Ziya Məmmədovun Bəhram Yaradanquliyevə qarşı başladığı muharibənin qarşısını ala bilmirlər və Ziya Məmmədov Bəhram Yaradanquliyevə qalib gələrək, onu müflis edir. Bəhram Yaradanquliyev hüquq-mühafizə orqanları tərəfindən rəsmi axtarışa verildikdən sonra onu şəhərdə bir daha görən olmur.
Lakin LEGİON-a verilən məlumata görə, yaxın vaxtlarda bir neçə dəfə Bəhram Yaradanquliyev Bakıda görünüb.
Ziya Məmmədovun köhnə dostlarından danışarkən, Vahid Məmmədov da yada düşür.
1996-cı ildə Ziya Məmmədovun Azərbaycan Dəmir yolu idarəsinin rəisi təyin olunandan sonra ikinci Məmmədov, yəni Vahid Məmmədov o vaxtlar Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin (hazırkı “ Azərbaycan Dəmir Yolları” QSC) tərkibində fəaliyyət göstərən Bakı Dəmiryolu Hissəsinin rəisi vəzifəsində çalışırdı. Hətta Vahid Məmmədov Ziya Məmmədovla birlikdə cavanlıq illərindən üzü bəri lokomotiv deposunda maşinistlikdən fəaliyyətə başlamışdılar. Və Ziya Məmmədov Dəmiryolu İdarəsinin rəisi vəzifəsinə təyin olunan kimi, Vahid Məmmədov Bakı hissəsinin rəisi vəzifəsinə aid bütün səlahiyyətlərini itirməyə başladı.
Bir sözlə, Vahid Məmmədov Bakı hissəsinin rəisi qalsa da, Ziya Məmmədov tərəfindən demək olar ki, hər gün yeni əmrlər imzalanırdı ki, Vahid Məmmədovun rəhbərlik etdiyi Bakı hissəsinin tərkibində olan idarələr Bakı hissəsindən ayrılaraq Azərbaycan Dəmiryolu idarəsinin tərkibinə keçirilsin. Axırda Ziya Məmmədov Bakı hissəsi ilə bağlı o qədər əmr imzaladı ki, Vahid Məmmədov xidməti otağında səlahiyətsiz, katibə və xidməti avtomobilinin sürücüsü ilə tək-tənha qaldı.

Tək-tənha deyəndə Ziya Məmmədovun indiki vəzifədə olan durumu yadıma düşdü. Deyəsən, indi nəqliyyat sektorundakı vəziyyət də Vahid Məmmədovun durumuna bənzəmək üzrədir…
Məlumat üçün bildirək ki, Ziya Məmmədovdan fərqli olaraq Cavid Qurbanov Azərbaycan Dəmir Yollar QSC-nin sədri təyin olunandan sonra Bəhram Yaradanquliyevin xatirinə onun oğlunu dəmir yolunda vəzifəyə gətirib.
Şamil Əfəndi

LEGİON

Mövzu ilə bağlı linklər: 

Arif Əsgərovun baldızı deputat oğluna 1,7 milyon dollar verməsindən danışdı – NÜANSLAR
Musa Pənahovla Akif Çovdarovun qohumluq əlaqələri üzə çıxdı – NÜANSLAR
Akif Çovdarovla İlham Xəlilovu birləşdirən “sauna” məsələsi də varmış? – NÜANSLAR
Arif Əsgərov oğlu naminə bacanağının övladlarını qurban verir? – ARAŞDIRMA(AUDİO)

Ziya Məmmədovun acı taleyi və yaxud aşına tökdükləri qaşığına çıxan nazir haqqında bir neçə söz
“Ziya-Musa-Arif” “trio”sunun ağsaqqalı Yaradanquliyev qayıdır







Xəbər lenti

img Manşet xəbərləri
Bu bank tənha anaya “savaş” açdı: “Krediti qaytarmışam, ancaq bank məndən əl çəkmir” (Video)

2018-02-22 / 11:28:16
img Qafqaz
Sultan Moskvada Novruz konserti verəcək – FOTO

2018-02-22 / 10:36:35
img Sosial
Musiqi məktəbinin müəllimləri maaşlarını ala bilmirlər: Səbəb büdcədə pulun olmaması göstərilir

2018-02-21 / 18:15:04
img Foto xəbər
"Hər şey yenidən başlayır..." - Zümrüddən yeni fotolar

2018-02-21 / 17:27:01
img Manşet xəbərləri
Bakı Beynəlxalq Avtovağzalı sabiq nazirlə yeni naziri dəstəkləyənləri üz-üzə qoyub? – ARAŞDIRMA

2018-02-21 / 16:22:50
img Dünya
Yaponiyalı alim öz robot-oxşarını yaratdı

2018-02-21 / 15:55:10
img Qafqaz
Rusiya kriminal avtoritetləri ölkədən qovur

2018-02-21 / 15:03:21
img Cəmiyyət
Sabahdan Bakıda birinci sinfə sənəd qəbuluna başlanılır

2018-02-21 / 14:20:44
img Müsahibə
“Hell” və “RedBull” insanı qanadlandırmır, öldürür” – MÜSAHİBƏ

2018-02-21 / 12:47:27
img Ölkə
“Google”da ən çox Aygün axtarıldı – FOTO

2018-02-21 / 11:17:12
img Manşet xəbərləri
Vəfat etmiş şəxsin BAŞ DYPİ-də “radar” cərimələrini “silməyə” pul istəyirlər? – ARAŞDIRMA

2018-02-20 / 19:21:09
img Sosial
Bakıdakı gecə klubundan şok görüntülər – VİDEO (+18)

2018-02-20 / 18:12:53
img Manşet xəbərləri
Xaləddin İsgəndərovun müavini Binəqədidə torpaq mübahisələrini “qarasına” həll edir? – ŞİKAYƏT

2018-02-20 / 15:26:03
img Cəmiyyət
Aygün Kazımova istirahətə yox deyib - Foto

2018-02-20 / 14:14:08
img Manşet xəbərləri
Hüquqşünas hakimdən Ombudsmana şikayət etdi – MƏTN

2018-02-20 / 13:30:31
img Ölkə
Model Gülnar: “Qəlbim boşdur, sevmək istəyirəm”

2018-02-20 / 12:55:33
img Dünya
Damla: "Hamı öz sahibini istəyəcək"

2018-02-20 / 12:17:54
img Cəmiyyət
Elnarə Xəlilova kumirinin kim olduğunu etiraf elədi...

2018-02-20 / 11:53:47
img Ölkə
Elton Hacıyev ilə Rasim Əsgərov "Nə yaxşı ki, tapdım" dedi - Foto

2018-02-20 / 11:26:19
img Manşet xəbərləri
“KaTV” vətəndaşların şikayətlərini dinləmək istəmir? – PROBLEM

2018-02-20 / 11:00:23
img Sosial
Sabunçu YAP-ın sədri seçki ilində rüşvəti qanununiləşdirib:ABORT 80 AZN -VİDEO

2018-02-19 / 23:12:13
img Manşet xəbərləri
“Yapı Kredi Bank” hakim Vüqar Həsənova nə qədər “hörmət” edib?

2018-02-19 / 19:35:12
img Video xəbərlər
Nuradan yeni mahnı “Duman”– VİDEO

2018-02-19 / 18:18:37
img Foto xəbər
Başdan-ayağa dəyişən Günel çox bəyənildi - foto

2018-02-19 / 11:06:51
img Foto xəbər
Aygün və gürcü rejissoru yenidən bir arada - Foto

2018-02-19 / 11:03:07

Bütün xəbərlər