logo
RU

Manşet xəbərləri

Ədliyyə Nazirliyinin icraçısı öz hərəkətsizliyinin günahını “Qaçqınkom”da görür? FOTOLAR

img




İlqar Abbasov: “İradə Zeynalova böyük ailəsi ilə daha neçə il kirayədə yaşamalıdır ki, onun mənzilini zəbt edənlər ordan könüllü çıxsınlar?”
Ombudsman Aparatı da vətəndaşın problemini ətraflı araşdırmayıb?

Dekabrın 5-də İcra baş idarəsinin rəisi – Baş icra məmuru vəzifəsini icra edən Nurəddin Mustafayev bildirmişdi ki, əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması icra xidmətində də iş həcminin dəfələrlə artmasına səbəb olub. Təkcə cari ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə icra işlərinin sayı 60 faizdən çox artıb, onlardan 230 mindən çoxunun icrası təmin edilib, görülən icra tədbirləri nəticəsində fiziki, hüquqi şəxslərə və dövlət büdcəsinə, o cümlədən vergi borcları ilə bağlı 200 milyon manatadək vəsait ödənilib (qaynarinfo.az).
Lakin son zamanlar ölkə mətbuatına çıxan bu və digər rayonun icraçılarından şikayətlər ümumilikdə müxtəlif suallar ortaya çıxarır. Əlbəttə ki, vətəndaşlar əsasən dövlət qurumlarından ümidi kəsiləndə mətbuata müraciət edir. Belə olduqda, Ədliyyə Nazirliyinin icraçıları ilə bağlı şikayətlərin son aylarda mətbuat səhifələrində bolluq təşkil etməsi yenidən Xanlar Zeynalov epoxasını xatırlamağa vadar edir. Üç övladı və üç nəvəsiylə birlikdə illərdir kirayədə yaşamağa məcbur olan Bakı sakini İradə Zeynalova öz qanuni mənzilinə köçüb yaşaya bilmir. Çünki onun mənzili (Suraxanı rayonu, Qaraçuxur qəs, ev 2, mənzil 1) Ağdam rayonundan olan məcburi köçkünlər tərəfindən zəbt olunub və Suraxanı rayon məhkəməsinin 4 mart 2011-ci il tarixli qətnaməsi isə illərdir icra olunmur.
İ.Zeynalova Qafqaz Xəbər Agentliyinin rusdilli Kavkaznews.az saytına bildirib ki, məcburi köçkün statusundan istifadə edən bir qrup vətəndaş onun xüsusi mülkiyyətinə soxulub və Suraxanı icra şöbəsinin məmuru  Rauf Hüseynov beş ildir heç bir tədbir görmür. Dekabrın 30-da LEGİON əməkdaşı İ.Zeynalovanın nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasovla əlaqə saxladı.
“1993-cü ildə o mənzili başqa ailə zəbt etmişdi. Onlar köçüb başqa yerə gedəndən sonra, o binada başqa bir mənzili də zəbt edən Məmməd Rüstəmov, Şövkət Rüstəmov və Ərşad Rüstəmov İradə Zeynalovanın mənzilini də zəbt ediblər. Amma icra şöbəsinin məmuru   Rauf Hüseynov məhkəmə qətnaməsini icra etmir, hərəkətsizlik göstərir. Müxtəlif qurumlara məktub yazmışıq. Ədliyyə Nazirliyi Baş İcra İdarəsi isə formal xarakterli cavablarla işi bitmiş sayır. Ombudsman Aparatına da məktub yazmışıq. Lakin aparat rəhbəri Aydın Səfixanlı bizim müraciətimizi Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinə yönəltməklə işi bitmiş sayıb”, - deyə İ.Abbasov bildirdi.
Suraxanı Rayon İcra Şöbəsinin icraçısı Rauf Hüseynov LEGİON-a bildirdi ki, vətəndaşın sorğusuna cavab verilib: “Mən Qaçqın və Məcburi Köçkünlərlə iş Üzrə Dövlət Komitəsinə sorğu göndərmişəm, ordan bildiriblər ki, bəli, bu şəxslər məcburi köçkün kimi qeydiyyatdadır”.
“Bəs vətəndaşın evindən nə vaxt çıxarılacaqlar?”, - deyə soruşduq. “Komitə o ailəyə ev verəndə, çıxacaqlar”, - deyə R.Hüseynov bildirdi. “Belə çıxır ki, sizin əliniz-qolunuz bağlanıb?”, - deyə soruşduq. “Bəli, demək olar”, - deyə icraçı cavab verdi. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin məskunlaşma və miqrasiya şöbəsinin əməkdaşı İlqar Süleymanov bildirdi ki, məhkəmə qətnaməsində çıxarılma məsələsi varsa, Komitə bu işə qarışa bilməz: “Amma bizdə hazırda ev verilməsi dayandırılıb. Məcburi köçkünlər mərhələli şəkildə mənzillə təmin olunurlar”.
“Bəs bu ailə qeydiyyatdadır, mənzil növbəsində durublarmı, öyrənmək istərdik”, - deyə bildirdik. “Bizdə növbə yoxdur. İmkan olanda, mərhələli şəkildə mənzil veririk. Onlara mənzil verilib-verilmədiyini, ya da müraciət edib-etməməkləri barədə məlumatı sizə verə bilmərəm. Şikayətçi vətəndaş sorğu göndərsin”, - deyə Komitə rəsmisi bildirdi. Komitənin mətbuat xidmətinin əməkdaşı Yusif (soyadını bildirmədi-red.) bizə dedi ki, Qaçqın və Məcburi Köçkünlərlə bağlı Dövlət Proqramının 1.4-cü maddəsinə görə, hər hansı mənzili zəbt edən ailə yeni mənzillə təmin edilmədikcə, ordan çıxarıla bilməz. İlqar Abbasov isə Komitə nümayəndələrinin sözlərini belə şərh etdi:
“Mərhum Prezident Heydər Əliyevin imzası ilə 21 may 1999-cu il tarixində təsdiqlənmiş “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 5-ci maddəsində, qaçqın və məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda, müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Komitə rəsmilərinin sözündən isə belə çıxır ki, böyük ailəsi ilə kirayələrdə yaşayan İradə Zeynalova mənzili zəbt edənlərin könüllü çıxmasını daha bir neçə il də gözləməlidir? Bəlkə, heç Rüstəmovlar o mənzildən çıxmaq istəmirlər? Məhkəmə qətnaməsi var və icra olunmalıdır”. Biz Ədliyyə Nazirliyi Baş İcra İdarəsinin rəisi Nurəddin Mustafayevin və müavinlərinin iş nömrələrinə zəng etsək də, zənglərimizə cavab verən olmadı. Ümid edirik, həmin nömrələr “justice.gov.az” saytına yaraşıq naminə qoyulmayıb...
Xatırladaq ki, dekabrın 23-də LEGİON-da “Baş İcra İdarəsi jurnalisti təhdid edən icraçıya haqq qazandırır?” başlıqlı yazı dərc olunmuşdu. Bu yaxınlarda 365info.az saytının rəhbəri Anar Asim oğlu Qasımov Sabunçu Rayon İcra Şöbəsinin icraçısı Ayaz Yaşar oğlu Nuğaylıdan ədliyyə naziri Fikrət Məmmədova şikayət etmişdi. O, öz məktubunda bildirmişdi ki, Ayaz Nuğaylı ondan müsahibə alan sayt əməkdaşına mənbəni öyrənmək məqsədilə təzyiq göstərib və sonradan müxtəlif qurumlara müraciətində 365info.az əməkdaşını şantajda ittiham edib.
Dekabrın 23-də Anar Qasımov LEGİON-a bildirdi ki, bu günlərdə Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin baş məsləhətçisi Nicat Cavadovun imzası ilə ona cavab məktubu göndərilib. “Üç cümləlik cavab məktubundan heç bir şey anlamaq mümkün deyil. Gah bildirilir ki, müraciətimə baxılıb, gah da bildirilir ki, mənim tərəf olduğum icra sənədi Səbail İcra Şöbəsinə daxil olmayıb.
Həmçinin, Nicat Cavadov mənə məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib”, – deyə A.Qasımov qeyd edib. Baş redaktor vurğulayıb ki, bu absurd cavabdan görünür ki, Ədliyyə Nazirliyində onun məktubu ciddi araşdırılmayıb: “Çox güman, Nicat Cavadov cənab nazir Fikrət Məmmədovun bu və digər tapşırıqlarını şablon cavablarla yerinə yetirməyə adət edib. Axı mən öz müraciətimdə Ayaz Nuğaylının müstəqil mətbuata təzyiqlərindən və bizə atdığı böhtandan söz açmışam. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi öz əməkdaşı haqqında tədbir görmək əvəzinə, hansısa icra sənədini bəhanə edərək, məhkəmə tövsiyəsi ilə çıxış edir. Bəs əməkdaşlar haqqında tədbirlər görmək o idarənin səlahiyyət və imkanlarına daxil deyil? Yəqin, Ədliyyə Nazirliyinin icraçıları istədikləri şəkildə mətbuata təzyiq göstərə,təhdid edə bilərlər və bu, onlar üçün cəzasız qalar”.
Səbail Rayon İcra Şöbəsindən Könül Allahverdiyeva adlı əməkdaş LEGİON-a bildirdi ki, icra sənədi yalnız məhkəmədən daxil ola bilər: “Əgər hər hansı məhkəmə qətnaməsi yoxdursa, icra sənədindən söz gedə bilməz”. Nicat Cavadovun özü isə LEGİON əməkdaşına bildirdi ki, Səbail İcra Şöbəsindən arayış istənilib və sorğuya cavabda bildirilib ki, Anar Qasımovla bağlı hər hansı icra sənədi yoxdur: “Vətəndaşın Ayaz Nuğaylı ilə bağlı hər hansı şikayəti varsa, məhkəməyə müraciət edə bilər”. Hüquqşünas Namizəd Səfərov hesab edir ki, necə olur, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin sözügedən məsul şəxsi sadəcə şablon cavab formalarından istifadə edib: “Bu yaxında mənə bir polis rəisindən mənim sorğuma məktub gəldi, orda mənim şikayətimdən söz açılırdı. Halbuki, mən heç bir şikayət ərizəsi yazmamışam. Çox zaman, vətəndaşları başdan etmək üçün, tələm-tələsik belə cavablar yazırlar. Ola bilər ki, Nicat Cavadov heç Anar Qasımovun müraciətini araşdırmayıb”.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Baş İdarəsində Ayaz Nuğaylı barəsində tədbir görülə bilərdi. “Burda söz icraçının mətbuatla davranışından gedirsə, ona töhmət verilə bilərdi. Lakin çox zaman onlar öz əməkdaşlarının tərəfini tuturlar”, – deyə N.Səfərov əlavə etdi.
Oxucular soruşa bilər, vaxtilə haqqında şikayətlər səngiməyən Xanlar Zeynalovun gedişindən sonra, Ədliyyə Nazirliyinin Baş İcra İdarəsində elə də çox şey dəyişməyib ki?...
Biz bu və digər məqamları şərh etmirik. Amma inanmaq istərdik ki, həqiqətən də sözügedən baş idarədə ciddi islahatlar aparılır...
Araşdırmamız davam edir.
Rüfət Əhmədzadə

LEGİON
                   









Digər xəbərlər

img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Manşet xəbərləri
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

2019-01-18 / 20:04:56
img Manşet xəbərləri
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq

2019-01-16 / 16:04:58
img Manşet xəbərləri
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

2019-01-16 / 15:51:28
img Manşet xəbərləri
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

2019-01-16 / 13:40:03
img Manşet xəbərləri
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib

2019-01-16 / 13:00:31
img Manşet xəbərləri
Prezident İlham Əliyev: Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb və bu, ən yüksək göstəricidir

2019-01-12 / 13:54:04
img Manşet xəbərləri
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

2019-01-11 / 14:09:47

Xəbər lenti

img Qafqaz
Kəlbəcərdə avtomobil dərəyə aşıb, 3 erməni ölüb, 1-i yaralanıb

2019-01-21 / 11:40:02
img Günün xəbərləri
Bu gün Cahangir Hacıyevin 4,7 milyard manatlıq cinayət işi üzrə məhkəməsi başlayır

2019-01-21 / 11:30:56
img Cəmiyyət
Abituriyentlərin NƏZƏRİNƏ - yeni model üzrə sınaq imtahanı keçiriləcək

2019-01-21 / 11:20:27
img Hadisə
Ötən iki gündə respublikanın avtomobil yollarında yeddi yol-nəqliyyat hadisəsi baş verib

2019-01-21 / 11:12:38
img Dünya
Böyük Britaniya şahzadəsi cəzalandırıla bilər

2019-01-21 / 11:03:38
img Sosial
Qadın əməliyyat zamanı öldü

2019-01-21 / 10:58:02
img Günün xəbərləri
Sükut dəqiqəsi

2019-01-20 / 12:03:20
img Manşet xəbərləri
Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib YENİLƏNİB

2019-01-20 / 12:23:17
img Günün xəbərləri
Azərbaycanda Ümumxalq Hüzn Günüdür

2019-01-20 / 00:41:53
img Günün xəbərləri
Ümumxalq Hüzn Günü ilə bağlı qanvermə aksiyası keçirilib

2019-01-19 / 20:44:06
img Manşet xəbərləri
DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

2019-01-19 / 20:35:15
img Ölkə
Sabahın havası - şaxta olacaq

2019-01-19 / 14:03:52
img Ölkə
Gömrükçülər narkotik vasitə aşkarlayıb

2019-01-19 / 13:26:08
img Manşet xəbərləri
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub

2019-01-19 / 12:38:34
img Dünya
Qadının efirdə dediyi bu sözlərə görə veriliş bağlandı: Ərim heç vaxt..

2019-01-19 / 12:15:41
img Video xəbərlər
Abel Məhərrəmov toyda "Yallı" oynadı - VİDEO

2019-01-19 / 12:00:45
img Hadisə
Borca görə 19 nəfər tutuldu

2019-01-19 / 11:57:27
img Qafqaz
Ermənilər kəndlərimizi atəşə tutdu

2019-01-19 / 11:48:41
img Cəmiyyət
Böyüklərin qızılca-məxmərəyə qarşı peyvənd edilməsi üçün ölkəmizə vaksinlər gətiriləcək

2019-01-19 / 11:46:05
img Günün xəbərləri
Şəhidlərimizin xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq

2019-01-19 / 11:39:50
img Dünya
Qumarda udduğu 671 min dolları kasıblara payladı

2019-01-18 / 21:05:42
img Günün xəbərləri
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır

2019-01-18 / 20:55:39
img Dünya
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib

2019-01-18 / 20:24:02
img Sosial
Şəkər xəstələri ÇARƏSİZ VƏZİYYƏTDƏ - Bu dərman TAPILMIR (FOTO)

2019-01-18 / 20:17:03
img Qafqaz
Gürcü nazir: Ölkədə qızılca ciddi təhlükə mənbəyinə çevrilib

2019-01-18 / 20:08:47

Bütün xəbərlər