logo
RU

Manşet xəbərləri

Musa Pənahovla Akif Çovdarovun qohumluq əlaqələri üzə çıxdı – NÜANSLAR

img




Nazir müavini oğlu MTN-ə Akif Çovdarovun xeyir-duası ilə yerləşdirmişdi?

Biləcərinin sabir bələdiyyə sədri İlham Xəlilov əldə etdiyi milyonları Kanadaya köçürüb?

Bu günlərdə LEGİON-da “Akif Çovdarovla İlham Xəlilovu birləşdirən “sauna” məsələsi də varmış?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda bildirilirdi ki, sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində ona qarşı ifadə verən şəxslərin arasında Biləcəri bələdiyyəsinin sabiq sədri İlham Xəlilovun da adı hallanırdı. İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin. Bunlardan əlavə ondan 120 min də tələb olunduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib.
İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib. Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir” (musavat.com).
Bu məlumat ictimaiyyətin diqqətini çəkdi və LEGİON da öz növbəsində İlham Xəlilovun keçmişinə işıq salmağı qərara aldı. Biləcəridə İlham Xəlilovu tanıyanlar deyirlər ki, vaxtilə, bu şəxs Akif Çovdarovun adamı kimi tanınırdı, indi onun üzünə durması isə təəccüb doğurur. Belə ki, LEGİON-a daxil olan məlumata görə, İlham Xəlilov vaxtı ilə Bakı Dəmiryolu Vağzalının rəisi işləyən vaxt, bilet kassalarından satılan biletlərin pullarını mənimsədiyinə görə, Ziya Məmmədov tərəfindən işdən qovulmuşdu. LEGİON-a daxil olan məlumata görə, sonradan nəqliyyat nazirinin müavini Musa Pənahov və qayınatası Vaqif Məmmədovun köməyindən yararlanan İ.Xəlilov yenidən Bakı Dəmiryol Sərnişin Stansiyasının rəisi vəzifəsinə gətirilir, amma burda da korrupsioner əməlləriylə “ad çıxararaq”, ölkədən qaçaq düşür.
Daha sonra İ.Xəlilovun qayınatası ilə şərikli “Çinar” restoranını da işlətdiyi, bu restoranda “Makarov” tapanca tapılmasına görə isə 16 il əvvəl qayınatası V.Məmmədovun 3 sutka Nərimanov RPİ-də saxlandığı da deyilir. Sonralar bələdiyyə sədri kimi cəmiyyətin qarşısına çıxan İlham Xəlilovun bu vəzifədə də “dinc durmaması” keçən il vəzifəsindən uzaqlaşdırılması ilə nəticələndi.

Bu məlumatı Biləcəri Bələdiyyəsində də LEGİON-a təsdiqlədilər. Bələdiyyə əməkdaşı Səbinə Məmmədova keçən ildən İlham Xəlilovun bələdiyyə sədrliyindən çıxdığını və görünmədiyini bildirdi. Onu necə tapacağımızı soruşduqda, bələdiyyə əməkdaşı bildirdi ki, “hazırda rəhbər şəxslərdən heç kim yoxdur, sabah zəng edərsiniz, bəlkə, onlar İlham Xəlilovun mobil nömrəsini bilərlər”. Dekabrın 28-də Legion-un redaksiyasına bir qrup Biləcəri sakini Biləcəri qəsəbəsinin keçmiş Bələdiyyə sədri İlham Xəlilov bərədə məlumat göndəriblər.
Məlumatda deyilir ki, İlham Xəlilov uzun illər Biləcəri qəsəbəsinin bələdiyyə sədri olduğu vaxt, bir çox Biləcəri sakinləri ondan hüquq mühafizə orqanlarına şikayətçi olublar. Hətta o, bu şikayətlərdən ehtiyatlanaraq həyat yoldaşı Esmira Xəlilovanı (qızlıq soyadı Məmmədova) Kanadaya göndərib ki, sabahın dar günü üçün, həmin ölkədə şərait qursun. Hətta deyilənlərə görə, onun illər ərzində topladığı milyonlarla ABŞ dolları həcmində sərvəti də beynəlxalq bank köçürmələri yoluyla Kanadada yerləşdirilib.
Digər məlumatda isə bildirilir ki, İlham Xəlilova Musa Pənahov elə Akif Covdarova görə dəmir yolunda “krışalıq” edib. Yəni, əldə etdiyimiz məlumata görə Musa Pənahovla Akif Covdarov “eloğlu” olmaqdan savayı hətta qohumdurlar. Musa Pənahovun oğlunu da vaxtı ilə MTN-ə işə qəbul edən də Akif Çovdarov olub. Hətta Musa Pənahovun oğlu MTN-ə işə qəbul olunandan sonra, xidmətini MTN-nin Nəsimi idarəsində davam etdirib. Akif Çovdarovla Musa Pənahovun qohumluğundan savayı, İlham Xəlilov Musa Pənahovun sürücüsü, Biləcəri qəsəbəsində yaşayan Ramiz Xuzəhmədov ilə də yaxın münasibətlərdə olub. Hətta Akif Çovdarovla Musa Pənahov tərəfindən İlham Xəlilova qarşı gələcəkdə nəsə tədbir görüləcəyi barədə sürücü Ramiz Xuzəhmədov İlham Xəlilova əvvəlcədən məlumat verib. Və Akif Çovdarovla İlham Xəlilovun arasında baş verəcəyi konfliktdən də Ramiz Xuzəhmədov vasitəsi ilə İlham Xəlilov əvvəlcədən xəbər tutub. Əldə etdiyimiz məlumata görə, adi sürücü Ramiz Xuzəhmədov iri məmurlarla bələdiyyə sədrinin arasında “körpü” rolu oynadığı üçün, elə İlham Xəlilov tərəfindən hektarlalrla torpaq sahələri ona hədiyyə olunub. Əldə etdiyimiz məlumata görə, İlham Xəlilovun qayınanası Donara Məmmədova ilə sürücü Ramiz Xuzəhmədovun yaxın qohumluq əlaqələri var. Çox güman ki, bu qohumluğu İlham Xəlilov və sürücü Ramiz Xuzəhmədov Musa Pənahovla Akif Çovdarovdan gizli saxlamağa müvəffəq olublar ki, öz planlarını həyata keçirsinlər. Məsələyə Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun münasibətini öyrənmək üçün ona dəfələrlə zəng etsək də cəhdlərimiz uğursuz oldu.

Qarşı tərəfin də mövqeyini dərc etməyə çalışacağıq.

Araşdırmamız davam edir, bizi izləyin...
Rasim Abdullayev

LEGİON







Xəbər lenti

img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18
img Hadisə
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

2018-10-12 / 11:35:44
img Cəmiyyət
Agentlikdən pestisid idxal edənlərə XƏBƏRDARLIQ

2018-10-12 / 11:31:18
img Dünya
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR

2018-10-12 / 11:27:08
img Günün xəbərləri
Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

2018-10-12 / 11:25:29
img Cəmiyyət
“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ

2018-10-11 / 21:16:16
img Sosial
"Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

2018-10-11 / 21:02:55
img Günün xəbərləri
Daha bir bank quyunun dibinə doğru yön alıb... - "GünayBank”da BÖHRAN işartıları...

2018-10-11 / 20:55:56
img Video xəbərlər
Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video

2018-10-11 / 20:44:31
img Cəmiyyət
Bu qidalar xolesterolu stabilləşdirir – Siyahı

2018-10-11 / 20:40:39
img Manşet xəbərləri
İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ

2018-10-11 / 20:37:59

Bütün xəbərlər