logo
RU

Manşet xəbərləri

Akif Çovdarovla İlham Xəlilovu birləşdirən “sauna” məsələsi də varmış? – NÜANSLAR

img




““Çinar” restoranında tapança tapılandan sonra, İlham Xəlilovun qayınatası Vaqif Məmmədov 3 sutka Nərimanov RPİ-də saxlanılır”...
 
MTN-in həbs edilmiş generalı Akif Çovdarovdan zərərçəkənlər sırasında Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilov vaxtilə Akif Çovdarovun ondan 100 min manat tələb etdiyini və hədə-qorxu ilə bu məbləği aldığını bildirib. İ.Xəlilov ifadəsində göstərir ki, 2014-cü ilin sonlarında Çovdarov zəng vuraraq əmr edib ki, Masazırda, “Zəli gölü”nün yaxınlığında 10 hektar torpaq sahəsini Adil Yaqubovun adına sənədləşdirsin. Bunlardan əlavə ondan 120 min də tələb oluduğunu deyən bələdiyyə sədri Çovdarovdan “Sən generalı barmağına dolamısan? Deyəsən məni yaxşı tanımırsan. Səni həbs edərəm, başına torba keçirdib podvala ataram” deyə təhdidlər də eşitdiyini söyləyib. İstintaqda Biləcəri bələdiyyəsinin sədri ilə Çovdarovu üzləşdiriblər. Bələdiyyə sədri bunları təkrar danışsa da Çovdarov təkzib edib. Çovdarov deyib ki, Biləcəri qəsəbə bələdiyyəsinin sədri işləmiş İlham Xəlilov özü dələduz adamdır: “İlham Xəlilov özü dələduz olduğundan, çox borcu var. Bunun üçün də mənə böhtan atır və aldatdığı şəxslərdən vaxt udub səbəbkar kimi məni göstərir” (musavat.com).
Bu məlumat ictimaiyyətin diqqətini çəkdi və LEGİON da öz növbəsində İlham Xəlilovun keçmişinə işıq salmağı qərara aldı. Biləcəridə İlham Xəlilovu tanıyanlar deyirlər ki, vaxtilə, bu şəxs Akif Çovdarovun adamı kimi tanınırdı, indi onun üzünə durması isə təəccüb doğurur. Belə ki, LEGİON-a daxil olan məlumata görə, İlham Xəlilov vaxtı ilə Bakı Dəmiryolu Vağzalının rəisi işləyən vaxt, bilet kassalarından satılan biletlərin pullarını mənimsədiyinə görə, Ziya Məmmədov tərəfindən işdən qovulmuşdu.
“Onun barəsində toplanmış materillar hüquq mühafizə orqanlarına verilməliydi. Ancaq Musa Pənahovla İlham Xəlilov yaxın dost olduqlarına görə, İ.Xəlilov məsuliyyətdən boyun qaçıra bildi. Və sonrada, dəmir yolundan mənimsədiyi pulları əlində toplayaraq Biləcəri qəsəbəsinin bələdiyyə sədri vəzifəsinə seçildi. Onun qayınatası Vaqif Məmmədovun adı uzun illər dəmir yolu sistemində psixoloq ştatında gedirdi. Vaqif Məmmədov dəmir yolunda yüksək rəhbər heyyətinə psixoloji təsir göstərərək, öz kürəkəni İlham Xəlilovun Bakı Dəmiryol Vağzalının rəisi vəzifəsindən də yüksək vəzifəyə gətirdi.. Xəlilov bir müddət Bakı Dəmiryol Sərnişin Stansiyasının rəisi vəzifəsində işlədi və sonradan bir müddət hətta ölkədən qaçaq düşdü. Onun vəzifədə qalıb bu cür işləməyində əlindən gələni əsirgəmiyən iki nəfər şəxs olub. Birincisi nəqliyyat nazirinin müavini Musa Pənahov və ikincisi də dəmir yolunun psixoloqu Vaqif Məmmədov”, - deyə mənbələr bildirirlər.
Həmçinin, mənbələrin LEGİON-a bildirdiyinə görə, Biləcəri qəsəbəsində yerləşən dəmiryolçuların parkının içində İlham Xəlilovla qayınatası Vaqif Məmmədovun şərikli“Çinar” adlı restoranı olub. “Dəmir yolunun yüksək rütbəli rəhbərləri vasitəsi ilə kürəkən-qaynata öz işlərini həyata keçirtmək məqsədi ilə həmin rəhbərləri öz restoranlarına səhər xaşa və axşamlarda kef eləməyə dəvət edirdilər. “Çinar” restorannın içində sauna da olub və Biləcər camaatının arasında deyilənə görə, saunaya yığışan dəmir yolunun yüksək rütbəli məmurları hətta həmin saunada gizli kameralarla lentə alınmış, sonradan İlham Xəlilov tərəfindən şantaj olunmuşdular. Və bu şantajla da, İlham Xəlilov uzun illər vəzifələrdə qalmağa nail olub. Ola bilsin ki, İlham Xəlilovun bu əməllərindən Akif Covdarovun xəbəri olduğu üçün, o İlham Xəlilovu cəzalandırmaq istəyib”, - deyə mənbələr qeyd edir.
LEGİON
-a məlumat verən mənbələr xatırladır ki, 16 il bundan əvvəl Nərimanov RPİ-nin keçirtdiyi əməliyyat tədbirləri nəticəsində “Çinar” restoranının banket zalının tavanında, alçipanın içində “Makarov” tipli tapança aşkar olunmuşdu. Məlumata görə, o vaxt İlham Xəlilovun qayınatası Vaqif Məmmədov üç sutka Nərimanov RPİ-də saxlanıılmış, sonra sərbəst buraxılmışdı. O illər Nərimanov RPİ-nin rəisi Əbülfəz Çingiz oğlu Sadıqov idi... Araşdırmamız davam edir. Qarşı tərəfin də fikirini işıqlandılrmağa hazırıq .
Tamerlan Zeynallı

LEGİON







Xəbər lenti

img Sosial
Xoşqədəmin məşhurlaşdırdığı həkim xəstəni səhv müalicə etdi - MedEra Hospitalda BİABIRÇILIQ

2018-10-15 / 17:40:06
img Günün xəbərləri
Qızına yarım milyonluq toy edən məmur polisin nəzarətinə verildi

2018-10-15 / 17:18:36
img Manşet xəbərləri
On beş il: sabit və təhlükəsiz Azərbaycan

2018-10-15 / 17:12:02
img Qafqaz
Rəsmi Bakıdan Ermənistana XƏBƏRDARLIQ

2018-10-13 / 16:18:51
img Dünya
Müdir yaxşı işləməyən işçilərini küçədə biabır etdi - Lüt soyunduraraq... - VİDEO

2018-10-13 / 16:07:56
img Günün xəbərləri
Şirkətlər “Günay Bank”dan pullarını geri götürüb

2018-10-13 / 15:58:56
img Manşet xəbərləri
Mehriban Əliyeva Birinci Moskva Dövlət Tibb Universitetini təbrik etdi + FOTO

2018-10-13 / 15:11:19
img Hadisə
Əfqanıstanda terror: 12 ölü, 32 yaralı

2018-10-13 / 15:06:46
img Sosial
Məşhur professordan SƏRT SÖZLƏR: “Bunu etməyin, hamımızın gələcəyi...”

2018-10-13 / 13:56:41
img Cəmiyyət
Astma, revmatizm, allergiyaya SON - Orqanizmi təmizləməyin metodu

2018-10-13 / 13:43:46
img Ölkə
Sabah yağış, leysan, DAŞQIN OLACAQ - XƏBƏRDARLIQ

2018-10-13 / 13:32:02
img Dünya
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hesabınız ələ keçə bilər

2018-10-13 / 13:28:19
img Günün xəbərləri
“Sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək” – Memar həyəcan təbili çaldı

2018-10-13 / 13:20:30
img Video xəbərlər
Məktəblilərin həyatı təhlükədə - VİDEO

2018-10-12 / 11:52:29
img Manşet xəbərləri
Qərb və Şərq mədəniyyətlərini birləşdirən düşüncə körpüləri

2018-10-12 / 11:42:18
img Hadisə
Şəhərin mərkəzində tələbəyə qarşı ŞOK HƏRƏKƏT - AZƏRBAYCANDA

2018-10-12 / 11:35:44
img Cəmiyyət
Agentlikdən pestisid idxal edənlərə XƏBƏRDARLIQ

2018-10-12 / 11:31:18
img Dünya
İnternet fenomenini qətlə yetirib VİDEOYA ÇƏKDİLƏR

2018-10-12 / 11:27:08
img Günün xəbərləri
Cahangir Hacıyevin həyat yoldaşının Londonda xərclədiyi vəsait Azərbaycana qaytarıla bilər

2018-10-12 / 11:25:29
img Cəmiyyət
“Kapitalbank” şəhidlərin qanpulundan pul tutur- NARAZILIQ

2018-10-11 / 21:16:16
img Sosial
"Koroğlu" firmasından ŞİKAYƏT - Fəhləlik də təcrübə ilədir?

2018-10-11 / 21:02:55
img Günün xəbərləri
Daha bir bank quyunun dibinə doğru yön alıb... - "GünayBank”da BÖHRAN işartıları...

2018-10-11 / 20:55:56
img Video xəbərlər
Direktorun uşaqları işlətməsi görüntülərini çəkən müəllim efirə çıxdı – Video

2018-10-11 / 20:44:31
img Cəmiyyət
Bu qidalar xolesterolu stabilləşdirir – Siyahı

2018-10-11 / 20:40:39
img Manşet xəbərləri
İlham Əliyev Qubada yeni müəssisələrin açılışında - YENİLƏNDİ

2018-10-11 / 20:37:59

Bütün xəbərlər