logo
RU

Manşet xəbərləri

Deputatın oğlu milyon yarıma "kollektor" xidməti göstərir?

img




Borcların yığılması qədimdən mafiozların fəaliyyət növlərindən biri olub. Bir qayda olaraq, mafiya borcluya pulu “xoşluqla” qaytarmağı təklif edirdi. Əgər borclu “xoşluqla” başa düşmürdüsə, o ağır işgəncələrə məruz qalırdı.

Xidmətlərinə görə, mafioz qaytarılan pulun bir hissəsini özünə götürürdü. Azərbaycanda da borcların yığılması ilə məşğul olanlar var. Və onlar da yığılmış borcun bir hissəsini mənimsəyirlər. Ancaq ölkəmizdə, adətən, iş işgəncələrə qədər çatmır. Əsasən təsir metodu kimi qohumluq və digər əlaqələrdən istifadə olunur.

Bu il dekabrın 21-də LEGION saytında Bakı şəhər sakini Vüqar Bağırovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti dərc olunub. Müraciətdə Vüqar Bağırov qeyd edir ki, o, 2011-ci ildə Emin Hüseynov adlı iş adamı ilə birgə fəaliyyətə başlayıb.

“Mən onun MDB ölkələri və Türkiyə ərazisində həyata keçirilən bəzi layihələrində iştirak etmişəm. Onun sonuncu layihəsinin həyata keçirilməsi üçün mən Emin Hüseynova 3 milyon 500 min dollar ayırmışdım. Amma layihənin həyata keçirilməsi gecikirdi deyə, mən Emin Hüseynovdan pullarımı geri qaytarmasını tələb etdim. Emin cavab olaraq bildirdi ki, pullar onun qohumlarındadır. Mən  bibim oğlu Azər Əmiraslanova (Azərbaycan Tibb Universitetinin keçmiş rektoru, Millət vəkili Əhliman Əmiraslanovun oğlu – red.) öz problemlərim haqqında danışarkən, o borcun qaytarılmasında mənə kömək edəcəyini vəd etdi.

Həqiqətən də Azər Əmiraslanov Emin Hüseynovun qohumlarından mənə məxsus 3 milyon 500 min dolları ala bilib. Amma o, mənə cəmi təxminən 2 milyona yaxın dollar verib. Yerdə qalan 1 milyon 534 min dollar məbləğində pulu isə Azər Əmiraslanov mənimsəyib. Mən ona bizim qohumluq əlaqələrimiz barədə xatırlatdığımda isə Azər dedi ki, belə anlayışlar keçmişdə qalıb. “Bu gün hər kəs özünə cavabdehdi”,- Azər mənə dedi.

Ailə üzvlərim öz narazılıqlarını bildirdikdə isə o dedi ki, 1 milyon yarım dollar onun payıdır. “Başqası bu işə görə daha çox götürərdi”, - deyə Azər Əmiraslanov bildirib.
Son görüşümüz zamanı Azər Əmiraslanov bildirdi ki, əgər bir daha pul üçün müraciət etməyə cəhd etsəm, o məni həbsxanaya saldıracaq”,- deyə Vüqar Bağırovun müraciətində deyilir. LEGION onun Vüqar Bağırovun pulunu mənimsəyib-mənimsəmədiyini aydınlaşdırmaq üçün dəfələrlə Azər Əmiraslanov ilə əlaqə saxlamağa cəhd edib. Amma təəssüf ki, cəhdlərimiz nəticəsiz qalıb.

Onda biz Azər Əmiraslanovun köməkçisi Vüqar Cavadova müraciət etdik. O, Vüqar Bağırovun dediklərini təkzib edib. “Vüqar Bağırovun dedikləri tam olaraq yalandır”, - deyə o LEGION-a bildirib. Emin Hüseynovun anası Lətifə Hüseynova isə, tam əksinə, Vüqar Bağırovun dediklərini təsdiqləyib.
“Mənim oğlum Vüqar Bağırovun pullarını Azər Əmiraslanova verib. O isə bu pulun bir hissəsini mənimsəyib”, - deyə Lətifə Hüseynova bildirib. “Lətifə Hüseynovanın açlqlaması, Azər Əmiraslanovun mənə məxsus 1 milyon 534 min dolları mənimsədiyi barədə dediklərimi təsdiqləyir. Ümid edirəm ki, Lətifə Hüseynovanın bəyanatından sonra hüquq-mühafizə orqanları müdaxilə edəcəklər və Azər Əmiraslanov tərəfindən mənimsənilmiş pulları qaytarmağa kömək edəcəklər”, - Vüqar Bağırov Lətifə Hüseynovanın fikirlərini belə şərh edib.

Çingiz Rüstəmoğlu

LEGION







Xəbər lenti

img Günün xəbərləri
Cavanşir Feyziyev özünümüdafiəyə başlayıb? - "Dərman mafiyası işi”

2018-05-21 / 18:58:17
img Günün xəbərləri
Hesablama Palatası Zaur Hüseynovun 8 milyonluq maxinasiyasını ortaya çıxardı – ŞOK DETALLAR

2018-05-21 / 17:02:39
img Hadisə
Neftçala Əməliyyat Şirkətində operatorlar arasında dava düşdü

2018-05-21 / 15:45:14
img Sosial
“Aztelekom” abunəçiləri şirkətdən narazıdır

2018-05-21 / 13:56:23
img Foto xəbər
Röya seksual görüntüsü ilə BİHUŞ ETDİ - FOTO

2018-05-21 / 13:17:39
img Video xəbərlər
“Papito” ilə dünyanı fəth edən Seeya yeni klipini Bakıda çəkdi – VİDEO

2018-05-21 / 12:52:36
img Cəmiyyət
Sosial mənzillərin bölgüsü ilə bağlı ekspertdən ƏDALƏTLİ TƏKLİF

2018-05-21 / 12:29:44
img Hadisə
Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanıldı

2018-05-21 / 12:10:40
img Qafqaz
MN: Yerevanın bəyanatı məsuliyyətsiz və əsassızdır

2018-05-21 / 11:59:12
img Dünya
ABŞ-da puma velosipedçini PARÇALADI

2018-05-21 / 11:43:33
img Günün xəbərləri
Günayın arxalandığı deyilən Rəşad yüksək vəzifəli dövlət adamının cangüdəni imiş… – Range Rover 004

2018-05-21 / 11:22:02
img Ölkə
Bakıda daha bir qadın plastik əməliyyatın qurbanı oldu

2018-05-21 / 11:00:19
img Günün xəbərləri
Xocavənd DSMF-nin müdiri “rüşvəti salam əvəzinə alır”..

2018-05-19 / 17:18:22
img Ölkə
Mini-oliqarx Şükürov və Bakıda lift qəzaları

2018-05-19 / 16:57:58
img Sosial
2 saylı Doğum Evində baş həkim “bazar” açıb- ŞİKAYƏT VAR

2018-05-19 / 16:55:15
img Günün xəbərləri
Mikayıl İsmayılovun fermasında SOCAR-ın qul kimi işləyən əməkdaşları

2018-05-19 / 10:51:37
img Sosial
Azərbaycanlı həkim xəstəyə "sinəndə böcək var" deyib xaricə göndərdi, BİABIR OLDU - FOTO

2018-05-18 / 16:40:20
img Günün xəbərləri
Heydər Əsədovun milyonluq villaları üzə çıxdı – FOTOLAR

2018-05-18 / 16:25:19
img Manşet xəbərləri
Rabitə nazirliyində kök salan MTN çetesindən Ramin Quluzadəyə şikayət olundu

2018-05-18 / 16:11:47
img Hadisə
Məhkəmə arvadını yandıran kişi ilə bağlı QƏRAR verdi

2018-05-18 / 16:07:49
img Dünya
BMT-dən İsraili şoka salan BƏYANAT

2018-05-18 / 16:05:55
img Cəmiyyət
Uşaqların bağçaya qəbulu ilə bağlı YENİLİK: bundan sonra...

2018-05-18 / 16:03:23
img Ölkə
Bu bankın vəzifəli şəxslərinə cinayət işi açıldı - KORRUPSİYA

2018-05-18 / 16:01:23
img Manşet xəbərləri
Qafqazxeber.az və Legion.az saytlarına kiber hücumlar davam etdirilir

2018-05-17 / 22:08:00
img Video xəbərlər
“O torpaqda ölmək arzumdur” – 26 ildir Laçınsız qalan 92 yaşlı ağsaqqal – VİDEO

2018-05-17 / 16:27:49

Bütün xəbərlər