logo
RU

Manşet xəbərləri

Əhliman Əmiraslanovun oğlundan Prezidentə şikayət olundu – MƏTN

img




Vüqar Bağırov: “Azər Əmiraslanov 1 milyon 534 min dollarımı mənimsəyib və hətta məni tutduracağı ilə hədələyir”
Bakı sakini Vüqar Yusif oğlu Bağırov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirib. LEGİON oxucularına həmin müraciətin mətnini təqdim edirik:
“Cənab Prezident!
Siz hər zaman öz çıxışlarınızda yerli sahibkarlığın inkişafına dəstək verməyin vacibliyini vurğulamısınız. Sizin bu dəstəyiniz Azərbaycanla məhdudlaşmamışdır. Siz digər ölkələrdə də fəaliyyət göstərən azərbaycanlı iş adamlarına daim qayğı və diqqət göstərmisiniz. Siz həmçinin dəfələrlə məmur və məmur övladlarının özbaşınalığına qarşı çıxmış, bu halların qəbuledilməz olduğunu təsdiq etmisiniz. Mən Vüqar Yusif oğlu Bağırov Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu, eyni zamanda qohumum olan Azər Əmiraslanov tərəfindən aldadılmışam. 2011-ci ildə mən Emin Hüseynov adlı iş adamıyla iş birliyinə başlamışdım. Onun təklif etdiyi bir sıra layihələrdə iştirak edirdim. Bu layihələr Türkiyə və MDB ölkələrin əhatə edirdi. Son layihənin həyata keçirilməsi üçün, mənim tərəfimdən Emin Hüseynova 3 milyon 500 min ABŞ dolları ayrılmışdı. Lakin layihə ləngidiyi üçün, öz pullarımı geri istədim. Cavabında Emin Hüseynov bildirdi ki bu pullar onun qohumlarındadır. Problemimi Azər Əmiraslanova danışdıqda, o, mənə pulumun Eminin qohumlarından alınmasına aramızda əldə olunan anlaşmaya əsasən vəd verdi. Azər Əmiraslanov həqiqətən də 2014-cü ildə Emin Hüseynovun qohumlarından mənə verilməli olan 3 milyon 500 min dolları ala bildi. Lakin mənə yalnız 2 milyon dollara yaxın pul verdi. Azər Əmiraslanov mənə çatacaq pulun qalan hissəsini – 1 milyon 534 min ABŞ dollarını isə mənimsədi.
Mən ona qohumluğumuzu xatırladıb irad tutanda Azər Əmiraslanov dedi ki, qohumluq keçmişdə qalan anlayışdır, indiki zamanda hər kəs özü üçündür. Bu məsələyə mənim ailəm öz etirazını bildirdi. O belə cavab verdi: “Hambalınız vardı? Bacarırdınız, gedib özünüz alardınız, bu mənim haqqımdır, başqası işi daha da baha edərdi”.
Son görüşümüzdə Azər Əmiraslanov ondan pul istədiyim təqdirdə, məni tutduracağı ilə hədələdi. Mənim bibim oğlu olan Azər Əmiraslanov əvvəlcə mənə hər hansı faizdən, paydan söz açmamışdı.
Hörmətli dövlət başçısı!

Sizdən xahiş edirəm, bu problemin tez bir zamanda həll olunmasında, mənim pullarımın özümə qaytarılmasında və mənim həmçinin ailə üzvlərimin təhlükəsizliyini təmin etməkdə köməklik edəsiniz.
Hörmətlə, Vüqar Yusif oğlu Bağırov

LEGİON







Xəbər lenti

img Günün xəbərləri
Vətəndaşlar evdə koronavirus testindən keçiriləcək? - RƏSMİ CAVAB

2020-04-04 / 19:34:46
img Dünya
Türk Hava Yolları bütün daxili uçuşları dayandırdı

2020-04-04 / 19:33:25
img Hadisə
Sabahdan avtomobillə sərnişindaşıma qadağan olunur (RƏSMİ)

2020-04-04 / 19:32:33
img Dünya
Bu, koronavirusun qarşısını almağa kömək edir

2020-04-04 / 19:30:43
img Günün xəbərləri
KİVDF-yə yeni icraçı direktor təyin olundu - SƏRƏNCAM

2020-04-04 / 17:21:11
img Günün xəbərləri
Vüqar Səfərli işdən çıxarıldı

2020-04-04 / 17:04:56
img Günün xəbərləri
Rusiyada son sutkada 600-ə yaxın insanda koronavirus aşkarlandı

2020-04-04 / 15:24:20
img Cəmiyyət
DİN-in İKİ GENERALI QANDALLANDI - Qərarı şəxsən Putinin tələbə yoldaşı verib

2020-04-04 / 15:21:48
img Dünya
OPEC+ görüşü təxirə salındı - Moskva və Ər-Riyad çətin seçim qarşısında qalıblar

2020-04-04 / 15:20:22
img Günün xəbərləri
Dünyada koronavirusdan ölənlərin sayı 60 mini keçdi

2020-04-04 / 15:18:27
img Manşet xəbərləri
Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ

2020-04-04 / 15:17:07
img Günün xəbərləri
Çində koronavirusa yoluxanların 94 faizi sağaldı

2020-04-04 / 11:15:31
img Dünya
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatıb

2020-04-04 / 11:13:44
img Dünya
YOLUXANLARIN SAYI 1,1 MİLYON, ÖLƏNLƏR 58 929 NƏFƏR! - Dəhşətin ən son statistikası

2020-04-04 / 11:11:07
img Dünya
Tramp tibbi maska taxmamasının səbəbini açıqladı

2020-04-04 / 11:09:52
img Dünya
İtaliyada koronavirusdan 5 nəfər ölüb, qalanları isə... - İtalyan professordan SENSAYİYA

2020-04-04 / 11:02:32
img Dünya
Gün ərzində koronavirusa yoluxanların sayı 7 minə çatıb - Nyu-Yorkda

2020-04-04 / 11:00:25
img Dünya
“Bu bəla 2021-ci ilin fevralında tam bitəcək,ondan sonra dünyanı ...” - Epigenetik koronavirusun missiyasını AÇIQLADI

2020-04-04 / 10:39:45
img Manşet xəbərləri
Azərbaycanda koronavirus: Hansı rayonda neçə nəfər yoluxub?

2020-04-03 / 22:10:18
img Dünya
Avropalılar evlərini kütləvi satışa çıxarıb

2020-04-03 / 19:49:53
img Hadisə
Dolların MƏZƏNNƏSİ açıqlandı

2020-04-03 / 19:46:28
img Dünya
Fransa İtaliya və İspaniyaya göndərilən tibbi maskaları müsadirə etdi

2020-04-03 / 19:44:47
img Qafqaz
Deputat: “Əhali 3 aylığa işıq, qaz və digər kommunal xidmətlərdən azad olunub”

2020-04-03 / 19:40:59
img Günün xəbərləri
DİN: Maska və əlcəkdən istifadə etməməyə görə cərimə yoxdur

2020-04-03 / 18:07:33
img Manşet xəbərləri
BU ŞƏXSLƏR SMS-lə İCAZƏ ALSA BELƏ, EVDƏN ÇIXA BİLMƏZ - Rəsmi

2020-04-03 / 16:42:38

Bütün xəbərlər