logo
RU

Hadisə

İTV Avropadan gələn rüşvət məktublarını gizlədir

img




“Eurovision”da rüşvət qalmaqalı böyüyür; yarışmanın icraçı rəhbəri Yan Ola Sand: “Bu iddialara cavab almaq üçün İTV-yə bir neçə məktub göndərmişik”; İTV: “Biz heç bir məktub almamışıq” 

  Bu ilin mayında İsveçin Malmö şəhərində keçirilən “Eurovision-2013” mahnı yarışmasında Azərbaycan nümayəndə heyətinin jüri üzvlərinə böyük məbləğdə rüşvət verdiyinə dair iddialar ətrafındakı qalmaqal böyüyür. Belə məlum olur ki, Avropa Yayımlar Birliyi (EBU) və “Eurovision” yarışmasının icraçı rəhbərliyi hələ rüşvət iddiaları mətbuata çıxmamış bu məsələdən xəbərdar olub. Məlum olub ki, “Eurovision” yarışmasının rəhbərliyi rüşvət iddialarını araşdırmaq üçün Azərbaycanda bu müsabiqədə iştirakı təşkil edən İctimai Teleradio Şirkətinin (İTV) rəhbərliyinə dəfələrlə məktub göndərib. Virtualaz.org-un xəbərinə görə, “Eurovision” mahnı yarışmasının icraçı rəhbəri Yan Ola Sand BBC-yə açıqlamasında deyib ki, onlar rüşvət iddiaları ilə bağlı irimiqyaslı araşdırmalar aparırlar. “Biz partnyorlarımızla, nümayəndə heyətlərinin başçıları ilə birgə səslərin sayılmasına baxan “Digame” şirkətinə müraciət etmişik. Təbii ki, bu barədə məlumat almaq üçün Azərbaycanın İctimai TV-si ilə də danışmışıq” - Yan Ola Sand belə deyib. Lakin İctimai TV-nin mətbuat xidmətinin rəhbəri Tahir Məmmədli rüşvət araşdırması ilə bağlı heç bir məktub və müraciət almadıqlarını bildirib.  O deyib ki, İTV-yə Avropa Teleradio Yayım Birliyindən araşdırma ilə bağlı heç bir sual və ya müraciət daxil olmayıb. “Ayrı-ayrı media orqanları nəsə yaza bilərlər. Amma bu müsabiqə ilk gündən bütün auditoriyanın gözü qabağındadır və mütəxəssislər çıxışlarımızın uğurlu olduğunu deyirlər\" - deyə T.Məmmədli bildirib. “Eurovision” yarışmasının icraçı rəhbəri Yan Ola Sand isə İctimai TV-nin bu təkzibini eşidəndə təəccüblənib:\"Biz bu məsələyə iyun ayında baxmağa başlamışıq. Biz İctimai TV-yə bir neçə məktub göndərmişik. Bu, düzgün deyil. Müraciət etdiyimiz qurumlar bizimlə əməkdaşlıq ediblər. Müsabiqə zamanı Malmö şəhərində, daha sonra Maltada və sonuncu dəfə Berlində. Bundan savayı biz telekanallardan bir sıra digər təmsilçi ilə danışmışıq,  məktublar göndərmişik və cavablar almışıq\". Göründüyü kimi, tərəflərdən biri məktubların göndərildiyini, digəri isə heç bir məktub alınmadığını bildirir. Belə olan təqdirdə ehtimal etmək olar ki, İTV rəhbərliyi rüşvət iddiaları ilə bağlı ona daxil olan məktubları ya cırıb atıb, ya da onlara məhəl qoymamaq qərarına gəlib. İctimai TV-nin keçmiş direktoru İsmayıl Ömərov builki “Eurovision” yarışması ərəfəsində - aprel ayında vəzifəsindən ayrılıb. Onun yerini isə iyun ayında indiki baş direktor Cəmil Quliyev tutub. Xatırladaq ki, rüşvət qalmaqalı İsveç mətbuatında gedən yazıdan sonra başlayıb. Nümayəndə heyətlərindən birinin üzvü deyib ki, Malmödə keçirilən yarışma zamanı yarımfinala bir həftə qalmış Azərbaycan nümayəndə heyəti jüri üzvlərinə “bir il rahat yaşamağa bəs edəcək qədər” pul təklif edib. Təklif kofe masası arxasında edilib. Rüşvət təklifini kimin etdiyi açıqlanmır. Azərbaycanın “Eurovision”dakı nümayəndə heyətinin rəhbəri Adil Kərimlidir. Yan Ola Sand deyib ki, iddialar düzgün çıxsa, bu məsələ Tövsiyə Qrupuna, bundan sonra isə Televiziya Komitəsinə göndərilməli olacaq: “Qərar orada veriləcək. Mən qərar barədə spekulyasiya etmək istəmirəm\". Xatırladaq ki, bundan əvvəl Avropa Yayımlar Birliyinin rəhbəri Sietse Bekker də Azərbaycan təmsilçisi Fərid Məmmədovun ikinci yeri tutmasının arxasında rüşvət amilinin rolunun ola biləcəyi şübhələrini nəzərə alaraq genişmiqyaslı araşdırma başlatdıqlarını demişdi. O, bunu Britaniya mediasına açıqlamasında demişdi.







Xəbər lenti

img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36
img Manşet xəbərləri
Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏ

2020-03-30 / 14:12:26
img Günün xəbərləri
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

2020-03-30 / 14:11:15

Bütün xəbərlər