logo
RU

Son dəqiqə

Rüstəm İbrahimbəyovdan növbəti sensasion açıqlamalar

img




“Mən bilirəm nəyə görə gəlmirəm, artıq Bakıda iki nəfəri tutublar vədeyirlər ki, bu, Milli Şuranın terrorçu qanadıdır; barəmdə iki cinayət işi açıblar” Milli Şuranın (MŞ) sədri Rüstəm İbrahimbəyovun qurumun sədrliyindən istefa verəcəyi və özünə yaxın adamları təzyiqdən qurtarmaq üçün iqtidarla anlaşdığı barədə məlumatlar yayılıb. “Yeni Müsavat” qəzeti bu məlumatları verən tanıdığı və inandığı mənbənin materiallarını çapa hazırlayanda cənab İbrahimbəyovun telefonları qapalı imiş. Redaksiyadan ona yalnız sentyabrın 16-da telefon aça biliblər. Tiflisdə olan R.İbrahimbəyovla danışıblar. Qrafikinin sıx olması səbəbindən geniş danışmaq imkanının olmadığını desə də, MŞ sədri redaksiyanın suallarına cavab verib: “Mən də eşitdim ki, guya Milli Şuradan getmək, istefa vermək istəyirəm, bu barədə xəbərlər yayılıb, yazılar gedib. Bu, başdan-ayağa təxribatdır. Kim bu informasiyaları yayır, bunları nəyə əsasən deyirlər, başa düşmürəm. O gün mən sizinlə danışdım, bu barədə sizə bir söz dedimmi?” Müxbiri bu cür “top-tüfənglə” qarşılayan R. İbrahimbəyovun nəzərinə çatdırılıb ki, sonradan mətbuata geniş müsahibəsində bu qənaətə gəlməyə əsas yaradan fikirlər işlədib və mətbuat da bunu tirajlayıb. Ancaq R.İbrahimbəyov yazılanları təkzib edib: “Mən mətbuata müsahibə vermişəm. (Söhbət sentyabrın 14-də APA-nın yaydığı müsahibədən gedir -red.) Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər - ”menya zastavili\" yazıblar. “Zastavili i vınudili” - bunlar ayrı-ayrı şeylərdir. Mənim heç vaxt heç fikrimdə də olmayıb ki, prezident seçkilərində iştirak edim. Heç vaxt. Amma vəziyyət elə yarandı ki, söhbət Milli Şuranın birliyindən gedirdi. O anda mənim məsuliyyət hissim belə qərar verməyimə səbəb oldu. Özümə borc saydım və bu ağır məsuliyyəti öz öhdəmə götürdüm. Amma mənim heç vaxt bununla bağlı məqsədlərim olmayıb\". R.İbrahimbəyov vahid namizəd Cəmil Həsənli ilə Tiflisdəki görüşündən də qısaca danışıb: “Dünən (srağagün-“Y.M”) Cəmil Həsənli Tiflisə gəlmişdi, bu gün (16 sentyabrda –“Y.M”) Bakıya qayıtdı. Biz görüşüb çox geniş şəkildə seçki strategiyasını müzakirə etdik. Daha geniş məlumatları ondan ala bilərsiniz”.  ***  Bu açıqlamadan sonra, günün ikinci yarısında R. İbrahimbəyovla təkrar əlaqə yaratdıqda danışmaq imkanı olub:  - Rüstəm bəy, Sizin siyasətlə məşğul olmayacağınızı deməyiniz dəbirmənalı qəbul olunmadı və bu, müxalifətdən ayrılmağınızın anonsu kimi qəbul edildi...  - Mənim dediklərimi düz tərcümə eləməyiblər. Məni heç kim məcbur etməyib. Mənim vicdanım, məsuliyyətim məni məcbur elədi. Çünki mən heç vaxt, bundan qabaq da, sonra da siyasətlə məşğul olmaq, nə iqtidarda təmsil olunmaq istəməmişəm, istəməyəcəyəm də. Mənim heç vaxt buna marağım olmayıb, olmayacaq da.  - Amma belə fikir də var ki, siyasətlə məşğul olmaq istəməyən adam prezident olmaq iddiasına düşməz, böyük bir siyasi qurumun rəhbərliyinə gəlməzdi. Bu anlaşılmazlıqla bağlı nə deyərdiniz?  “Mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan biz birləşməyəcəyik; bir neçə partiya dedi ki, sən bunu öz öhdənəgötürməsən, biz Milli Şuradan çıxacağıq”  - Bu, anlaşılmazlıq deyil axı. İş ondadır ki, mən 3 il çox aktiv şəkildə Ziyalılar Forumunda fəaliyyət göstərdim. Bu, hamıya aydındır. Ona görə də mən qurumun təsisçilərindən biri idim. Sonra mən gördüm ki, seçkilər yaxınlaşır və bizim müxalifət birləşmir, onların bir-biri ilə arası yoxdur. Ona görə də onları birləşdirməyə başladım. İş ondadır ki, mənim qarşımda şərt qoymuşdular ki, sən sədr olmasan biz birləşməyəcəyik. İndi bu vəziyyətdə mən neyləməliyəm? Bu vəziyyətdə məcbur oldum, dedim, yaxşı, sədrliyi öz üzərimə götürürəm. Amma illər boyu dəfələrlə demişəm ki, mən siyasətlə məşğul olmaq istəmirəm, amma məcburam. Çünki vəziyyət elə idi ki, bunlar “ya biz birləşmirik, ya da sən sədr olmalısan” dedilər. Odur ki, bunu qəbul etdim. 1 aydan sonra isə mənə dedilər ki, vahid namizəd olmalısan. Bir neçə partiya dedi ki, sən bunu öz öhdənə götürməsən, biz Milli Şuradan çıxacağıq. Yenə də mən başa düşdüm ki, bu işi öz öhdəmə götürməsəm, Milli Şura dağılacaq. Ona görə mən məcbur oldum. Yəni menya ne zastavili...Mənim vicdanım, məsuliyyət hissim məni məcbur elədi və buna razılıq verdim. Bəli, bu razılıq mənim əvvəlki dediklərimə ziddir. Çünki mən həmişə demişəm ki, siyasətlə məşğul olmaq istəmirəm. Ancaq elə oldu ki, məni qanunsuz olaraq qeydiyyata almadılar və sübutlarım da var. İndi mən Milli Şuranın sədriyəm və əlimdən gələni edirəm ki, bizim vahid namizəd Cəmil müəllim... Özü də mən əvvəldən onun namizədliyini irəli sürürdüm, amma dedilər, yox, sən olmalısan. Tale elə gətirdi ki, Cəmil müəllim ikinci vahid namizəd oldu və çox gözəl namizəddir. Mən əlimdən gələni etdim, Milli Şura birləşdi və onu vahid namizəd seçdik, kömək də edirik. İndi mən başa düşmürəm bu, nə söhbətlərdir, nə təxribatdır.  “Vəzifəmi axıracan yerinə yetirəcəyəm”  Guya mən Milli Şuradan getmək istəyirəm. Mən vəzifəmi axıracan yerinə yetirəcəyəm. Yenə də deyirəm, mən ictimai fəaliyyətdən çəkilməyəcəyəm, həmişə əlimdən gələni edəcəyəm. Amma mənim hansısa partiyanın üzvü kimi vəzifəyə iddiam yoxdur. Siyasətçi o deməkdir ki, siyasətlə peşəkarcasına məşğul olur. Mən isə siyasi proseslərə necə qoşulduğumu aydınlatdım. Bunu başa düşmək istəyən başa düşür. Kim ki, başa düşmək istəmir, deyir bu adam deyirdi siyasətlə məşğul olmuram, amma Milli Şuranın sədri, ya vahid namizəd oldu. Mən bütün bunlara aydınlıq gətirdim. Mən geriyə çəkilmirəm, istefaya getmirəm, Milli Şura fəal işləyir və Cəmil müəllimin kampaniyasını biz aparırıq, əlimizdən gələni edirik. Mən də hələlik bu işlərin başındayam və mənsiz heç nə olmur.  - Bu arada Sizin London səfərinə getməməyiniz də birmənalı qarşılanmadı...  “Londona getmişəm, ya getməmişəm, bu, mənim işimdir; İsa Qəmbər dəLondon səfərinə getməliydi, ancaq getmədi, ancaq heç kim bu problemi qaldırmır”  - Mən Londona getmişəm, ya getməmişəm, bu, mənim işimdir. İsa Qəmbər də London səfərinə getməli idi, ancaq getmədi, ancaq heç kim bu problemi qaldırmır. Mənim Milli Şuranın işlərindən başqa daha vacib işlərim var idi. Belə qərara gəldik ki, bölünək, 2 nəfər ora getsin. Londona vahid namizədin getməsi çox vacib idi. 20 gün - 1 aydan sonra, tətillər qurtarandan sonra Londona yenə də gedəcəyik. Çünki Milli Şuranın işləri seçkidən sonra da davam edəcək. Mən bilmirəm ki, Milli Şuranın taleyi necə olacaq... O mənada deyirəm ki, bəlkə formatı dəyişdik. Çünki elə partiyalar var ki, birdən onun tərkibindən çıxdılar. Amma mən özüm axıracan qalacağam və ümidvaram ki, bizim fəal iştirakçılarımız da burada axıra qədər qalıb bu işi davam etdirəcəklər. Amma bu işlərlə məşğul olarkən də mən siyasi məqsədlər güdmürəm.  - Belə bir məlumat da yayılıb ki, Sizin vətəndaş nikahında olduğunuz xanımınız və azyaşlı övladınız Bakıda girov vəziyyətində qaldığı üçün hakimiyyətlə anlaşmaya getmək məcburiyyətində qalmısınız və artıq Sizə “yaşıl işıq” yandırılıb...  - Mənim xanımım Moskvadadır. Bakıda heç kəs girov saxlanılmır. Mənim köhnə dostum, direktorumdur ki, onun barəsində günahı olmadığı halda cinayət işi açıblar. Özü də bu cinayət işi yarım ildir açılıb. Mənim iqtidarla anlaşmaq fikrim olsaydı, heç əvvəldən bu işlərə girişməzdim. Bütün bunlar təxribatdır. Siz də bu məsələləri qaldıranda istər-istəməz iqtidarın xeyrinə işləyirsiniz! (?-red.) Sonra da məndən inciyirsiniz. Axı bizim ittifaqla bağlı cinayət işi yarım il bundan qabaq açılıb. Orda siz deyən məqamlar olsaydı, mən niyə Milli Şuranı yaradırdım, vahid namizədliyə razılıq verirdim.  - Qəribə məntiqdir, seçki təbliğatı ərəfəsində Rəsul Quliyev Cəmil Həsənlinin 0,5 faiz şansının olduğunu deyə bilir, Lalə Şövkət Milli Şuradan istefa verib müxalifət liderlərini aşağılayanda bunlar həmin şəxslərin fərdi mövqeyi kimi qəbul olunur, ancaq “Yeni Müsavat” hansısa tənqidi yazını təqdim edən kimi “iqtidarın xeyrinə işləyirsiniz” ittihamı gəlir. Bu, normaldırmı?  - Yox. Mən Rəsul Quliyevdən soruşdum ki, əzizim, dəfələrlə demisən ki, Cəmil Həsənliyə böyük hörmətim var, bəs necə deyirsən ki, o, sıfır faiz səs yığacaq. O dedi ki, mən belə deməmişəm və demirəm. Sadəcə demişəm ki, səsləri saxtalaşdıracaqlar və Cəmil müəllimə 0 faiz yazacaqlar. Deyir ki, prezidentə də 80 faiz yazacaqlar deyəndə bunu səs yığmaq mənasında deməmişəm. Demişəm yazacaqlar. Mən də Rəsul Quliyevin adından deyirəm ki, qəzetlər bunu düz yazmayıb. Lalə Şövkət də deyir ki, mən sənə görə Milli Şuraya girmişəm, orda elə adamlar var ki, onlarla ünsiyyətdə olmaq istəmirəm. Ona görə də partiyam Milli Şurada qalır, amma mən özüm iştirak etməyəcəyəm. Bu, iqtidara işləmək deyil. Amma siz deyirsiniz ki, iqtidarla hansısa sazişə getmək istəyirsiniz. Nə Polad Bülbüloğlunu görmüşəm, nə iqtidardan kimisə 1-2 ildir görmürəm, heç kəslə sazişə getmək istəmirəm. Əlimdən gələni edib axıracan bu rejimlə mübarizə aparacağam. Ancaq bir siyasətçi kimi yox. Çünki mən çalışıram ki, Azərbaycanda ictimai rəy, vətəndaş cəmiyyəti yaransın. Çünki siyasətçilərin öz məqsədləri var, adi vətəndaşın isə başqa məqsədləri var. Adi vətəndaş istəyir ki, Azərbaycandan bu rejim getsin. Amma çalışmır ki, özü onun yerini tutsun. Mən iqtidarın yerini tutmaq istəmirəm. Bu mənada deyirəm ki, mənim həyatımda elə an yarandı ki, bu işləri görməyə məcbur oldum. Amma siyasətlə məşğul olmayacağam. İqtidarla mübarizə aparmağın cürbəcür yolları, forması var. Mütləq hamı müxalifət olmalıdır? Mən bir vətəndaş kimi əlimdən gələni edəcəyəm, Ziyalılar Forumunda fəaliyyətimi davam etdirəcəyəm, çalışacağam ki, bizim vətəndaş mövqeyimiz iqtidarın tərəfindən qəbul olunsun.  - Bəlkə bugünlərdə Bakıda olsaydınız arqumentləriniz daha aydın qəbul olunardı. Ölkəyə dönmək niyyətiniz yoxdur?  “Xomeyniyə heç kəs demirdi ki, gəl İrana, səni qazamata bassınlar...”  - Xeyr! Xeyr! Bu da təxribatdır. Çünki artıq Bakıda iki nəfəri tutublar və deyirlər ki, bu, Milli Şuranın terrorçu qanadıdır. Mənim barəmdə iki cinayət işi açıblar. Mən ora gələn kimi cinayət işi açmasalar da, məni daha Bakıdan buraxmayacaqlar. Mən də Bakıda qalsam, o halda mənim imkanlarım adi bir vətəndaşın səviyyəsinə düşəcək. Ona görə də işlərimizin yaxşı getməsi üçün mən mütləq Bakıdan kənarda qalmalıyam. Vaxtilə Xomeyniyə heç kəs demirdi ki, gəl İrana, səni qazamata bassınlar. Vahid namizəd olanda deyirdim ki, əgər qeydiyyatdan keçsəm, mütləq Bakıya gələcəyəm. İndi qeydiyyatdan da keçməmişəm, nə mənası var Bakıya gəlim? Bakıya gəlib mitinq keçirəcəkdim? Elə həmin intervüni verəcəkdim də, ya telefonla, ya da üzbəüz. Ona görə də bu da təxribatdır, qəsdən bu məsələni qurdalayırlar ki, desinlər hardasa oturub, oradan idarə edir. Bəli, mən belə adamam, Bakıdan kənarda otursam da, işlərin içindəyəm və lazımi işləri görürəm. Mən bilirəm nəyə görə Bakıya gəlmirəm...







Xəbər lenti

img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36

Bütün xəbərlər