logo
RU

Son dəqiqə

İbrahimbəyov siyasətdən getdiyini təkzib elədi

img




“Məni düzgün başa düşməyiblər”  Kinorejissor Milli Şuradan istefa verəcəyi haqda xəbərə reaksiya verdi: “Kim bu informasiyaları yayır, bunları nəyə əsasən deyirlər, başa düşmürəm” Milli Şuranın (MŞ) sədri Rüstəm İbrahimbəyovun qurumun sədrliyindən istefa verəcəyi və özünə yaxın adamları təzyiqdən qurtarmaq üçün iqtidarla anlaşdığı barədə məlumatlar yayılıb. Sentyabrın 16-da bu məlumatlara aydınlıq gətirmək üçün “Yeni Müsavat”ın əməkdaşı hazırda Tiflisdə olan R.İbrahimbəyovla danışıb. Qrafikinin sıx olması səbəbindən geniş danışmaq imkanının olmadığını desə də, MŞ sədri jurnalistin bəzi suallarına qısaca da olsa, cavab verib: “Mən də eşitdim ki, guya Milli Şuradan getmək, istefa vermək istəyirəm, bu barədə xəbərlər yayılıb, yazılar gedib. Bu, başdan-ayağa təxribatdır. Kim bu informasiyaları yayır, bunları nəyə əsasən deyirlər, başa düşmürəm. O gün mən sizinlə danışdım, bu barədə sizə bir söz dedimmi?”. R.İbrahimbəyovun nəzərinə çatdırılıb ki, sonradan mətbuata geniş müsahibəsində bu qənaətə gəlməyə əsas yaradan fikirlər işlədib və mətbuat da bunu tirajlayıb. Ancaq R.İbrahimbəyov yazılanları təkzib edib: “Mən azərbaycanca müsahibə vermişəm. Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər – “menya zastavili”. “Zastavili i vınudili” - bunlar ayrı-ayrı şeylərdir. Mənim heç vaxt heç fikrimdə də olmayıb ki, prezident seçkilərində iştirak edəcəyəm. Heç vaxt. Amma vəziyyət elə yarandı ki, söhbət Milli Şuranın birliyindən gedirdi. O anda mənim məsuliyyət hissim belə qərar verməyimə səbəb oldu. Özümə borc saydım və bu ağır məsuliyyəti öz öhdəmə götürdüm. Amma mənim heç vaxt bununla bağlı məqsədlərim olmayıb”.  R.İbrahimbəyov Tiflisdən Bakıya gəlmək planının olmadığını da bildirib: ““Dünən Cəmil Həsənli Tiflisə gəlmişdi, bu gün Bakıya qayıtdı. Biz görüşüb çox geniş şəkildə seçki strategiyasını müzakirə etdik. Daha geniş məlumatları ondan ala bilərsiniz”.







Xəbər lenti

img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36

Bütün xəbərlər