logo
RU

Foto xəbər

DIN-in sözcüsü Orxan Mansurzadə baş redaktora xəbərdarlıq etdi-Fotolar

img




Xatırladaq ki, sentyabrın 13-ü , saat təxminən 12:00 radələrində Qafqaz Xəbər Agentliyinin direktoru,Qafqaznews.az xəbər portalının baş redaktoru Mahmud Rasimoğlunun idarə etdiyi avtomaşın Bakı DYPİ-nin YPX-nin 2-ci tağımının inspektoru Saməddin Eyvazov tərəfindən saxlanılıb və o yol polisi əməkdaşı tərəfindən nalayiq söyüşlərlə təhqir olunub. 

Bundan başqa YPX inspektoru Saməddin Eyvazov baş redaktora bildirib ki, güya o DİN-in nazir muavini cənab Vilayət Eyvazovun qohumudur və o bütün jurnalistlərə nifrət bəsləyir. Bu şəxslə bağlı apardığımız araşdırmalar çox çəkmədi öz nəticəsini verdi. Belə ki,DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə bizimlə əlaqə saxladı və dərc olunan yazını oxumasını və DİN-in nazir muavini cənab Vilayət Eyvazovun Saməddin Eyvazov adlı şəxslə heç bir qohumluq əlaqəsi olmamasını bildirdi.Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində bizə bəlli oldu ki, doğrudan da hörmətli nazir muavini cənab Vilayət Eyvazovla Saməddin Eyvazovun heç bir qohumluq əlaqəsi yoxdur.

Ancaq apardığımız araşdırmaların obyektiv olmasına baxmayaraq DİN-in sözcüsü Orxan Mansurzadə baş redaktor Mahmud Rasimoğlu ilə telefonla əlaqə saxlayaraq ona xəbərdarlıq edib. 
Belə ki, Orxan Mansurzadə bildirib ki,Azərbaycanda demokratiya və söz azadlığı olsa da,bəzən onlara da məhdudiyyət qoyulur. Baş redaktora bir neçə dəfə dalbadal xəbərdarlıq edən Orxan Mansurzadə ona bildirib ki, YPX-nin əməkdaşı Saməddin Eyvazov ona qarşı nə edibsə düz edib və Eyvazov öz xidməti vəzifəsini layiqincə yerinə yetirib. Bununla da Orxan Mansurzadə DİN-in sözcüsü kimi yox, sanki Saməddin Eyvazovun vəkili qismində çıxış edərək onun əməllərinə bəraət qazandırmağa çalışıb,sonda isə hətta baş redaktora təyziqlər göstərərək onu məhkəmə ilə hədələyib.

Mahmud Rasimoğlu məsələ ilə bağlı Qafqaznews.az –a açıqlamasında Orxan Mansurzadəyə xitabən bunları bildirdi :”Açığı, mən Orxan Mansurzadədən bu cür tərzdə danışığı gözləməzdim. Orxan Mansurzadə əvvəllər də zənq edib,bizim, hüquq–mühafizə orqanlarının əməkdaşlarının hər hansı bir qanunsuz əməli haqda sensasion yazılarmıza öz münasibətini bildirib,biz də onun dediklərini qeyd edib, fikirlərini saytımızda dediyi kimi yerləşdirmişik. 

Lakin o hər dəfə sonradan zəng edib,öz maraqları naminə yazıda dəyişikliklər etməyimizi xahiş edib,biz də hər zaman bir həmkar kimi onun xahişlərinə hörmətlə yanaşmışıq. Görünür,elə hər dəfə ona hörmətlə yanaşmağımız onda elə fikir formalaşdırıb ki, o artıq mənimlə bu cür tərzdə danışa, mənə xəbərdarlıq edərək məni məhkəmə ilə qorxuza bilər. 
Saməddin Eyvazovun məsələsində də Orxan Mansurzadə birinci sadəcə zəng edib fikrin bildirib,ancaq səhərisi günü bir də təkrarən zəng edərək mənim nəzərimə çatdırıb ki,DİN-lə bağlı yazılarıma fikir verim. Onun sözündən elə çıxdı ki, Azərbaycanda demokratiya və söz azadlığı olsa da, DİN-lə bağlı yazılarda xüsusi məhdudiyyət var. 

Mən bir daha bildirmək istəyirəm ki, mən YPX-nin əməkdaşı Saməddin Eyvazov tərəfindən nalayiq söyüşlərlə təhqir olunmuşam və o hətta mənə bildirdi ki, bütün mətbuat işçilərinə nifrət edir. DİN-in sözcüsü isə bu təhqirin müqabilində ərz edir ki, həmin gün mənə qarşı nə edilibsə,qanun çərçivəsində edilib və Saməddin Eyvazov öz xidməti borcunu layiqincə yerinə yetirib . Hörmətli Orxan müəllim,nə vaxtdan YPX əməkdaşının xidmət etdiyi zaman vətandaşı nalayiq sözlərlə təhqir etməsi,bütün jurnalistlərə nifrət etdiyini bildirməsi xidməti vəzifəni layiqincə yerinə yetirmək sayılır?!

Hörmətli Orxan müəllim,YPX-nin əməkdaşı Saməddin Eyvazovun öz şəxsi Facebook profilində Bakı şəhərinin merinin karikaturasını paylaşması nə vaxtdan xidməti vəzifəsini layiqincə yerinə yetirmək sayılır?! Siz bir zamanlar başqa bir əməkdaşınızın güya dövlət qoruğunun ərazisində qanunsuz ov etmədiyini və onun da inzibati ərazidə layiqincə xidmət etməsini mənə inandırmağa çalışırdınız ,ancaq sonra apardığımız araşdırmalardan bizə bəlli oldu ki,o nəinki qanunsuz ov edir ,hətta özü xidmət etdiyi və rəhbəri olduğu şöbənin ərazisində özü üçün restoran tikdirərək,mühasibinin adına sənədləşdirib, sonradan isə həmin restoranı satışa çıxarıb. Ancaq biz etik qaydalara riayət edərək,hələ həmən məsələni ictimaiyyətə təqdim etmirik. Nəzərinizə çatdırım ki, bizdə dediyimiz şöbənin ərazisindəki həmin restoranın fotoları da var.

Bundan başqa bir qayda olaraq zəng edib hansısa yazıya fikirinizi bildirmək əvəzinə çalışırsınız mənə həyət dərsi keçəsiniz ki, bura Azərbaycandır və ölkədə demokratiya olsa da demokratiyanın özündə də məhdudiyyət var, söz azadlığı olsa belə DİN-lə bağlı yazıları müəyyən çərçivə içərisində yazmaq lazımdır. Özü də bu sözləri görün kim deyir, DİN-in sözcüsü... 

Orxan Mansurzadənin bu cür davranışından sonra, onun redaksiyanın telefon nömrələrinə etdiyi zənqləri biz məcbur olub “iqnora” qoyacayıq. Belə bir DİN sözcüsünü dinləməkdənsə,dinləməmək daha məsləhətdir. Mən Azərbaycan dövlətinin vətandaşıyam və hansısa YPX-nin inspektorunun məni təhqir etdiyinə və sonra da sizin ona vəkillik etdiyiniz üçün bu dövlətin vətandaşlığından imtına edib,buradan qaçmaq fikrim yoxdur. Sadəcə ictimaiyyətin nəzərinə çatdırmaq istəyirəm ki, tutduğum bu haqq -ədalət yolunda Orxan Mansurzadə öz xəbərdarlıqları ilə məni susdura bilməz.Çünki dediyim kimi ,mənim yolum haqq yoludur.

Mən bir daha ictimaiyyətin və aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirəm ki, sonuncu xəbərdarlıq mənə DİN-in sözcüsü Orxan Mansurzadədən qəlib, əgər birdən mənim başıma bir iş gəlsə,mən qəflətən “yoxa çıxsam” və yaxud da həbs olunsam, bilin ki,sonuncu jurnalist araşdırmam YPX-nin əməkdaşı Saməddin Eyvazovla əlaqədar olub. Mən mubarizəmi davam etdirirəm və haqq- ədalət öz təsdiqini tapmayanacan,məni bu yoldan heç kim döndərə bilməz!”

Saməddin Eyvazovun fotoları və Facebook səhifəsindəki paylaşmaları,oradakı və \"Odnoklassniki\" sosial şəbəkəsindəki şəkillərini yazıya əlavə edirik ki, qoy ictimaiyyət də görsün ki, sadə YPX əməkdaşı dövlətdən aldığı 600-700 manat maaşla xarici ölkələrdə və Azərbaycanda necə kef çəkir ,çoxsaylı hansı bahalı minlik avtomobillərdə gəzir,necə həyat tərzi sürür… Bu fotolar hər şeyi öz-özünə deyir.Saməddin Eyvazovun \"Odnoklassniki\" sosial şəbəkəsindəki,üzərinə “Həyad Mənasızdı”yazılan şəklinə baxanda adamın yadına lap Nüsrət Kəsəmənlinin “Oğru olmaq istəyirəm” şeri düşür:
Qoy polislər inciməsin,
Qorxulu bir sirr deyirəm,
Çoxdandır ki,bir arzum var,
Oğru olmaq istəyirəm...


Ümumiyyətlə bu fotolara baxanda adamın inanmağı gəlmir ki,bu şəxs öz xidməti vəzifəsinə ciddi yanaşır…
Qeyd edək ki, sonuncu araşdırmalarımız nəticəsində hətta bizə bəlli oldu ki, YPX-yə xidmətə Saməddin Eyvazov hər gün 50 min manatlıq “Toyota” ciplə çıxır. Bu şəkillərə baxanda istər-istəməz cənab prezidentimizn qudurğanlıq edən,xalqa xidmət etmək əvəzinə özünə xidmət edən,vətəndaşa yuxarıdan aşağı baxan ,dəbdəbəli həyat tərzi sürən məmurlara yönələn dəyərli son tənqidi çıxışları yadımıza düşür… Bu baxımdan biz prezidentimizə inanırıq və əminik ki,onun dediyi kimi günahkar,kimliyindən asılı olmayaraq cəzasız qalmayacaq.
Araşdırmalarımız davam edir,bizi izləyin…

Qafqaznews.az






































Şərhlər

Rizvan / 2015-06-21 / 03:03

Səndə bədbəxt oldun aySaməddin, gül kimi ypx-də işliyəndə onu-bunu şərliyirdin. İndi ypx-dən qovulandan sonra dovşana dönmisən




Xəbər lenti

img Günün xəbərləri
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36
img Manşet xəbərləri
Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏ

2020-03-30 / 14:12:26
img Günün xəbərləri
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

2020-03-30 / 14:11:15
img Günün xəbərləri
Karantin rejimi dövründə hansı obyektlər işləyəcək? - DİN siyahı açıqladı

2020-03-30 / 11:25:48
img Hadisə
Netanyahunun məsləhətçisi koronavirusa yoluxub

2020-03-30 / 10:23:17
img Manşet xəbərləri
Tramp 100-200 min amerikalının ölümünü proqnozlaşdırır - "Yaxşı ssenaridir"

2020-03-30 / 10:22:00
img Manşet xəbərləri
Dünyada 634 835 nəfər koronavirusa yoluxub

2020-03-30 / 10:20:19

Bütün xəbərlər