logo
RU

Son dəqiqə

Almaniya hökuməti Dağlıq Qarabağ münaqişəsi üzrə tutduğu mövqeyi bildirdi

img




Almaniya hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi BMT Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrinin yerinə yetirilməsini tələb edir. Trend-in məlumatına görə, bu barədə AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının Azərbaycanın Almaniyadakı səfirliyinin deputat Yürgen Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı müraciətinə cavabında deyilir.

Sentyabrın 12-də AFR Bundestaqının Xristian-Demokrat İttifaqı/Xristian-Sosialist İttifaqı fraksiyasından olan deputatı Y.Klimke Ermənistana və oradan Azərbaycan tərəfinin razılığı olmadan qeyri-qanuni şəkildə Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib və orada separatçı rejimin \"nümayəndələri\" ilə görüşlər keçirib. Onun Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi bu qeyri-qanuni səfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təxribatçı bir addımdır.

Y.Klimkenin işğal altındakı ərazilərimizə bəhs edilən səfəri ilə bağlı səfirlik tərəfindən Y.Klimkeyə etiraz məktubu ünvanlanıb və ondan bu qeyri-qanuni səfəri haqqında izahat verməsi tələb edilib. Həmçinin, səfirlik Bundestaqın CDU/CSU fraksiyasına müraciət edib ki, məsələyə münasibət bildirsin.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair AFR hökumətinin mövqeyi məlumdur. Bu mövqeyə əsasən, AFR hökuməti Azərbaycan ərazilərində mövcud olan nə qondarma rejimi, nə də onun hər hansı bir \"nümayəndəsi\"ni tanımır. Bu xüsusda Y.Klimkenin Azərbaycanın işğal olunmuş ərazilərinə etdiyi qeyri-qanuni səfərə dair artıq AFR-in Bakıdakı səfirliyi müvafiq bəyanatla çıxış edib.

Eyni zamanda, AFR Bundestaqının deputatı Filip Misfelder, Bundestaqda CDU/CSU fraksiyasının xarici siyasət məsələləri üzrə sözçüsü olaraq, Y.Klimkenin işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Respublikasının AFR-dəki səfiri Pərviz Şahbazova müvafiq məktub göndərərək məsələyə dair CDU/CSU fraksiyası adından münasibət bildirib.

O, məktubunda Y.Klimkenin bu səfəri həyata keçirməsindən təəccübləndiyini və məyus olduğunu diqqətə çatdırıb və CDU/CSU fraksiyasından olan deputatın Dağlıq Qarabağa səfər etməsini səhv addım adlandırıb və bununla onun yanlış bir siqnal verdyini vurğulayıb.

F.Misfelder bəyan edib ki, Y.Klimke tərəfindən doğru addım Ermənistanın Azərbaycan torpaqlarını işğalını tənqid etmək və Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan ərazi bütövlüyünü diqqətə almaq olardı. O bildirib ki, Y.Klimkenin bəhs edilən səfəri şəxsi bir səfərdir, CDU/CSU fraksiyasına aidiyyəti yoxdur və fraksiya tərəfindən heç bir şəkildə dəstəklənmir.

F.Misfelder daha sonra bildirib ki, Bundestaqın CDU/CSU fraksiyası çoxsaylı mətbuat məlumatları və mövqe sənədləri ilə AFR hökumətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini dəstəkləyib. Bu mövqe BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin yerinə yetirilməsini tələb edir. Təəssüflər olsun ki, bu qətnamələr bu günədək yerinə yetirilməyib.







Xəbər lenti

img Hadisə
Azərbaycan və Rusiya arasında hava və dəmiryol sərnişindaşıması dayandırıldı - RƏSMİ

2020-03-31 / 19:58:11
img Cəmiyyət
Şəhriyar Məmmədyarov FIDE reytinqində ilk “10-luq”dakı yerini itirdi

2020-03-31 / 19:56:49
img Ölkə
Xüsusi karantin rejimində evdən çıxarkən hansı sənədləri götürmək lazım olduğu açıqlanıb

2020-03-31 / 19:49:24
img Günün xəbərləri
Ruslar milyardlarını banklardan çıxarır

2020-03-31 / 19:45:50
img Dünya
Niderlandda koronavirusdan ölənlərin sayı 1 000-i ötdü

2020-03-31 / 19:44:42
img Ölkə
Operativ Qərargahı yeni məlumat yaydı - Rusiyadan qayıdan vətəndaşlarla bağlı

2020-03-31 / 19:43:09
img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36

Bütün xəbərlər