logo
RU

Son dəqiqə

“Türkiyəni qarışdırmaq istəyirlər”

img




Politoloq Natiq Mirinin fikrincə, buna cəhd edənlərin uğur qazanması mümkün deyil Türkiyədə ölkədaxili siyasi proseslər yenidən intensivləşməyə başlayıb. AKP hökuməti növbəti dəfə ictimai etiraz dalğasıyla üzləşməkdədir. Bu səbəbdən də, son günlər Türkiyə cəmiyyətində növbəti dəfə gərginlik ən yüksək həddinə çatmış kimi görünür. Maraqlıdır ki, Türkiyədə belə vəziyyətin yaranmasına ilk dəfə rast gəlinmir. Buna qədər də Türkiyədə AKP hökumətinə qarşı təxminən oxşar ictimai etiraz dalğası baş qaldırmışdı. Belə ki, “Gəzi parkı”nda bir neçə ağacın kəsilməsiylə baş qaldıran narazılıq çox qısa zamanda böyüyərək bütün ölkə boyu günlərlə davam edən etiraz dalğasına çevrildi. İndi təkrarən oxşar proseslərin başlanması Türkiyəyə qarşı kənar güclərin planlı və məkrli fəaliyyətindən şübhələnməyə əsas verir. Hətta bu olayları Yaxın Şərq regionunda cərəyan edən proseslərin tərkib hissəsi kimi dəyərləndirməyə çalışanlar da olmamış deyil. Ancaq politoloq Natiq Miri hesab edir ki, Türkiyədə baş verən hadisələrin Yaxın Şərq regionda cərəyan edən proseslərlə əlaqəsinin ola biləcəyinə ümumiyyətlə, ehtimal vermir: “Hakimiyyətlərinə qarşı kəskin narazılığın hökm sürdüyü Yaxın Şərq regionu dövlətlərindən fərqli olaraq, Türkiyədə AKP hökumətinə münasibətdə elə ciddi total etiraz dalğası mövcud deyil. Türkiyədə baş verənlər lokal xarakterli narazılıqlardan ibarətdir. Ancaq bununla belə, Yaxın Şərqdə baş verənlərin Türkiyə cəmiyyətinə ümumiyyətlə, təsir etmədiyini də iddia etmək mümkün deyil. Çünki dünyada baş verən proseslər istənilən halda, müxtəlif səviyyələrdə dövlətlərə təsir göstərir. Bu baxımdan, Yaxın Şərqdə baş verənlərin Türkiyəyə də təsirsiz ötüşməsi mümkün deyil”. Natiq Mirinin fikrincə, Türkiyədə cərəyan edən xoşagəlməz proselərin arxasında kənar siyasi qüvvələrin fəaliyyətinin təsirləri ola biləcəyi də qətiyyən istisna deyil: “Türkiyə Suriya böhranının nizamlanması prosesində aparıcı siyasi faktorlardan hesab olunur. Əsəd rejiminin davranışları və Suriyada baş verən hadisələr rəsmi Ankaranı qətiyyən təmin etmir. Ona görə də, rəsmi Ankara Əsəd rejiminin dəyişdirilməsi prosesində fəal mövqe tutur. Təbii ki, Türkiyənin bu mövqeyi Rusiya və İran kimi bəzi dövlətləri qətiyyən qane etmir. Bu baxımdan, bəzi dövlətlər Türkiyəni qarışdırmaqda maraqlı ola bilərlər. Yəqin ki, Türkiyədə qarşıdurma mühitinin və gərginliyin yaradılması üçün külli miqdarda maliyyə vəsaiti də xərcləyirlər. Əsas məqsədləri də ondan ibarətdir ki, bu cür olaylarla rəsmi Ankaranın başını qarışdıraraq, Türkiyəni Suriya böhranının nizamlanması prosesindən kənarlaşdırmağa nail ola bilsinlər”. Politoloqun fikrincə, bəzi xarici qüvvələr Ərdoğan hakimiyyətinə münasibətdə mövqelərini dəyişməyə başlayıblar: “Həmin xarici qüvvələr belə hesab edirlər ki, Ərdoğan hakimiyyəti görməli olduğu işləri artıq sona çatdırıb. Ona görə də, indi Ərdoğan hakimiyyətinin getməsini vacib hesab edirlər. Ancaq kimin nə istəməsindən asılı olmayaraq, Türkiyədə Ərdoğan hakimiyyətini yola salmaq o qədər də asan məsələ deyil. Çünki hazırda Türkiyədə baş verənlər birbaşa Ərdoğan hakimiyyətinə qarşı etiraz etməsi anlamı daşımır. Türkiyə toplumunda Ərdoğan hakimiyyətinə qarşı kəskin etiraz dalğası mövcud deyil. Düzdür, Türkiyə cəmiyyətində müəyyən narazılıqlar da olmamış deyil. Ancaq sosioloji sorğular da göstərir ki, Türkiyə əhalisinin 50 faizindən artığı məhz hakimiyyəti dəstəkləyir. Rəyi soruşulanların əksəriyyəti seçkilərdə AKP-yə səs vermək niyyətində olduqlarını qətiyyən gizlətmirlər”. Bütün bunları nəzərə alan Natiq Miri əmindir ki, Türkiyədə baş verən olaylar dərinləşərək Yaxın Şərq regionunda cərəyan edən prosesləri təkrarlaya bilməz: “Türkiyədə xalq tərəfindən seçilmiş hökumət mövcuddur. Eyni zamanda, Yaxın Şərq dövlətlərindən fərqli olaraq, Türkiyə kifayət qədər ənənləri olan və artıq çoxdan oturuşmuş dövlətə sahibdir. Türkiyədə hərbi çevrilişlərin baş verdiyi dövrlər də çoxdan arxada qalıb. Ona görə də belə olaylarla Türkiyədə hakimiyyət dəyişikliyinə və yaxud çevrilişə nail olmaq mümkün deyil. Hətta belə hadisələr Ərdoğan hakimiyyətini növbədənkənar seçkilərə də vadar edə bilməz. Ərdoğan hakimiyyəti sona qədər öz mövcudluğunu qorumağa qadirdir. Üstəlik, AKP-nin növbəti seçkilərdə yenidən qələbə qazanmaq imkanları da Ərdoğan hakimiyyətinin siyasi rəqiblərindən üstündür”. RASİM







Xəbər lenti

img Hadisə
"BP Azərbaycan"-dan vitse-prezidentin liftin düyməsini ayaqla basmasına reaksiya - Video

2020-03-31 / 19:22:03
img Günün xəbərləri
Bakı metrosu bu gün bağlanır

2020-03-31 / 17:28:15
img Dünya
Rusların 63 faizinin ehtiyatda pulu yoxdur - SORGU

2020-03-31 / 16:53:50
img Manşet xəbərləri
AZƏRBAYCANDA DAHA 24 NƏFƏR KORONAVİRUSA YOLUXDU! - 1 nəfər öldü, 11 nəfərin vəziyyəti ağırdı

2020-03-31 / 16:53:04
img Manşet xəbərləri
Rings of the corruption chain and their prison life

2020-03-31 / 15:48:42
img Dünya
Türkiyədə koronavirusa yoluxanların sayı 10 mini keçdi

2020-03-31 / 12:41:45
img Ölkə
Nazirlər Kabinetindən evdən çıxmasına məhdudiyyət qoyulan aşağı təminatlı vətəndaşlarla bağlı AÇIQLAMA

2020-03-31 / 12:39:55
img Günün xəbərləri
Koronavirusdan sağalanların sayı 165 min nəfəri keçdi

2020-03-31 / 12:37:09
img Manşet xəbərləri
Kosmonavtlara əllə görüşmək və qucaqlaşmaq qadağan edildi

2020-03-31 / 12:36:13
img Manşet xəbərləri
Türkiyədə koronavirusa görə minlərlə məhkum azadlığa buraxılır

2020-03-31 / 12:34:18
img Dünya
İsraildə koronavirusdan ölənlərin sayı 18-ə çatdı, polis sinaqoqlarda reyd keçirdi

2020-03-31 / 12:32:20
img Günün xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:55:17
img Manşet xəbərləri
Dünyada koronavirusa yoluxanların sayı 690 min nəfəri ötdü

2020-03-31 / 09:54:33
img Günün xəbərləri
Azərbaycanda indiyədək 273 nəfər koronavirusa yoluxub, onlardan 26-sı sağalıb, 4-ü ölüb

2020-03-30 / 19:14:04
img Dünya
Belə karantin görülmədi - 20 qadınla birgə otel bağlatdırdı...

2020-03-30 / 19:12:26
img Dünya
Rusiya neftinin 1 bareli 16 dollara satılır

2020-03-30 / 19:10:14
img Manşet xəbərləri
Daxili Qoşunların hərbçiləri Bakı küçələrində - VİDEO

2020-03-30 / 18:49:34
img Günün xəbərləri
“Ev təsərrüfatlarına adambaşı yardım verilməlidir” – Sabit Bağırov hökuməti ləngiməməyə çağırdı

2020-03-30 / 14:20:25
img Sosial
Qəbul imtahanında suallar asan ola bilər – Şahlar Əsgərov

2020-03-30 / 14:13:36
img Manşet xəbərləri
Koronavirus dərmanının 7 ölkədə sınağı başlayıb - MÜJDƏ

2020-03-30 / 14:12:26
img Günün xəbərləri
Millət vəkili krediti olanlara 3 ay möhlət verilməsini təklif edib

2020-03-30 / 14:11:15
img Günün xəbərləri
Karantin rejimi dövründə hansı obyektlər işləyəcək? - DİN siyahı açıqladı

2020-03-30 / 11:25:48
img Hadisə
Netanyahunun məsləhətçisi koronavirusa yoluxub

2020-03-30 / 10:23:17
img Manşet xəbərləri
Tramp 100-200 min amerikalının ölümünü proqnozlaşdırır - "Yaxşı ssenaridir"

2020-03-30 / 10:22:00
img Manşet xəbərləri
Dünyada 634 835 nəfər koronavirusa yoluxub

2020-03-30 / 10:20:19

Bütün xəbərlər