logo
RU

Manşet xəbərləri

Mikayıl İsmayIlov SOCAR-ın təcrübəli kadrlarını necə sıxışdırır? FOTO

img




Onun dayısıoğlu Mətləb Vahidov Abşeron Magistral Qaz Kəmərləri Sahəsində nə işlə məşğuldur?

Bu günlərdə 365info.az saytında SOCAR-da mühəndis vəzifəsində işləyən Vüqar Osman oğlu Qocayev tərəfindən Rövnəq Abdullayevə açıq məktub dərc olunmuşdu. Şikayətinin surətini 365info.az-a da göndərən vətəndaş məktubunda SOCAR-da kadrlara edilən təzyiqlər barədə yazıb və kömək üçün qurumun prezidenti Rövnəq Abdullayevə müraciət edib. V.Qocayev köhnə və səriştəli kadrlara qarşı SOCAR-da qərəzli yanaşmadan şikayətlənmiş, eləcə də Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin rəisi Mətləb Vahidovun əməllərini ifşa etmişdi. M.Vahidovla bağlı əldə etdiyimiz başqa bir məlumatı 365info.az oxucularına açıqlamazdan əvvəl, Vüqar Qocayevin məktubunu oxuculara təqdim edirik:

Hörmətli Rövnəq müəllim!

Mən Vüqar Osman oğlu Qocayev 10.10.1983-cü ildə Bakı şəhərində anadan olmuşam, ailəliyəm, iki övladım var. Hal-hazırda Qaz İxrac İdarəsi Abşeron Magistral Qaz Kəmərləri Sahəsinin Texniki İstismar şöbəsində 10-cu dərəcəli mühəndis işləyirəm. İlk öncə SOCAR-ın prezidenti olaraq Sizə müraciət etməyimi özümə borc bilirəm. Mən 2004-cü ildən qaz təsərrüfatında və magistral qaz kəmərlərinin nəqli sistemində müxtəlif peşə və vəzifələrdə çilingər, usta, mühəndis, xidmət rəisi əvəzi, xidmət rəisi və s. işləmişəm. Son dövrdə Qəza Bərpa Xidmətinin rəisi (13-cü dərəcəli) vəzifəsindən (səbəbləri var) öz xahişim ilə 14.10.2015 tarixində əvvəl işlədiyim Texniki İstismar şöbəsinə 11-ci dərəcəli mühəndis qayıtmışam.

Hətta 11-ci dərəcəli mühəndis vəzifəsindən 20.10.2015 tarixli 761 saylı əmrlə 26.10.2015 tarixindən növbəti əmək məzuniyyətinə də çıxmışam. Əmək məzuniyyətimin ortasında sahənin rəisi Mətləb Vahidov mənə zəng vuraraq idarəyə çağırmış və 20 saylı yazını ləğv elədiyini və mənim yenidən Qəza Bərpa Xidmətinin rəisi vəzifəsində getdiyimi və heç elə bil ki, Texniki İstismar şöbəsinə keçməmiş kimi maaş fərqinin ödəniləcəyini və mənim sonradan həmin şöbəyə 11-ci dərəcəli mühəndis qayıdacağıma köməklik edəcəyini bildirib.

18.01.2016 tarixinə qədər Qəza Bərpa Xidmətində rəis işləyəndən sonra məni Texniki İstismar şöbəsinə 10-cu dərəcəli mühəndis vəzifəsinə keçirib. Texniki İstismar şöbəsində işlədiyim mühəndis vəzifəsi üçün mənə 11-ci dərəcənin verilməsi üçün “Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya”ya oktyabr 2014-cü ildə ərizə ilə müraciət etmişdim və yaradılmış komissiyaya imtahan verdikdən sonra mənə noyabr 2014-cü ildə 11-ci dərəcəli mühəndis verilmişdir. Buna baxmayaraq hazırda həmin şöbədə 10-cu dərəcəli mühəndis işləyirəm. Şöbədə əvvəl işlədiyim 11-ci dərəcəli mühəndis üçün vakant yer də mövcuddur. Ailə vəziyyətim ilə əlaqədar tək mən işlədiyim üçün və “Tarif ixtisas dərəcələrinin artırılması ilə əlaqədar yaradılmış komissiya” üzvlərinin noyabr 2014-cü ildəki protokolunu nəzərə alaraq, mənə verilmiş 11-ci dərəcənin bərpa olunması üçün rəis Mətləb Vahidova ərizə ilə müraciət də eləmişəm, amma heç bir köməklik göstərməyib.

Sahədə Texniki İstismar şöbəsinin rəisi vəzifəsinə vakant yer mövcud olanda Rəis Mətləb Vahidova bu vakant yer üçün İnsan Resursları səviyyəsində imtahana, müsahibəyə hazır olduğumu və biz kadrlara perspektiv inkişaf üçün dəstək olmağını xahiş etmişəm. Amma o, məni alçaldıcı sözlərlə təhqir edərək, “mənim öz kadrlarım var, səni kadr saymıram” deyərək və İnsan Resursları səviyyəsində kadrlara ehtiyacı olmadığını bildirdi. Mən bu sahə rəisinin rəhbərliyi altında heç bir perspektiv olmadığını gördüyüm üçün SOCAR-ın rəsmi saytında daxili vakansiyaya çıxmış Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinə Nəzəri tədris mütəxəssisi (qaz təsərrüfatı üzrə) vakansiyası üzrə sənədlərimi göndərdim. İnsan Resursları Departamentində müsahibədə vaxtın uzadılmasına və sualların çoxluğuna baxmadan uğurla iştirak etdim. Müsahibənin nəticəsinə görə, ARDNŞ-ın Kadr ehtiyatı bazasına (KEB) daxil edildim və müsahibəyə görə mənə həmin vakans üzrə 13-cü dərəcə də verilib.

Yəqin ki, müsahibədə göstərdiyim bilik və bacarıqlar nəzarət kamerası ilə lentə alınıb, istənilən vaxt müşahidə eləmək olar və nədən bu vakansiya üzrə Kadr Ehtiyatı bazasına daxil edildiyim barədə heç bir məlumatım yoxdur. ARDNŞ-ın kadr ehtiyatı bazasında olduğuma baxmayaraq işlədiyim Texniki İstismar Şöbəsinə Əli Novruzov adında şəxs Sahənin rəisi tərəfindən sənədləri göndərilərək təsdiq və təqdim elətdirilmişdir. Həmin Əli Novruzov ümumiyyətcə magistral qaz kəmərlərinin nəqli sistemində, həmin şöbədə və onun xidmətlərində işləməyib. Həmin vakansiya üzrə imtahan verməyib, tələb olunan iş stajına və ixtisasa uyğun olmayan şəxsdir.

Bu sahə və şöbə üzrə qaz təsərrüfatının pasportlaşdırılması işləri, texniki sənədləşmələr, iş planları, buraxılış naryadlarının verilməsi, aylıq hesabatlar, texniki-texnoloji itkilərin hesabatları, lazım olan struktur, funksional, prinsipial sxemlərin hazırlanmasını, şöbəyə daxil olan məktublar, müraciətlər, təkliflərin araşdırılmasını və icrasını bacarmayan şəxsdir. Bu vakansiyaya cavab verməyən altmış yaşında olan bu şəxs bu işləri bacarmayıb və heç vaxtda öyrənib hansısa nəticə verən deyil”, – deyə V.Qovayev şikayətində bildirmişdi. 1465860291_13461130_266206540406694_1761260998_o
Sentyabrın 3-də 365info.az-la yenidən əlaqə saxlayan Vüqar Qocayev bildirdi ki, dəfələrlə Rövnəq Abdullayevə müraciət etsə də, hələ də şikayətinə cavab ala bilmir. “Bəlkə, heç Rövnəq Abdullayevin özünün bu məqamlardan xəbəri yoxdur və yaxud da, ona səhv məlumat verirlər? Fikrimcə, SOCAR prezidentinə vəziyyəti olduğu kimi izah etmirlər”, – deyə V.Qocayev vurğuladı. Biz “bu necə ola bilər?” deyə soruşduqda, V.Qocayev bildirdi ki, Mətləb Vahidovun bibisioğlu Mikayıl İsmayılov SOCAR-ın vitse-prezidentidir. “Mətləb Vahidov bu vəzifəyə polis sistemindən məhz Mikayıl İsmayılovun sayəsində -gətirilib. Tutduğu vəzifəyə layiq olmayan, heç hərbi xidmətdə də olmayan Mətləb Vahidov da özü kimi ixtisasa uyğun olmayan, hətta bakalavr diplomu da olamayan şəxsləri vəzifəyə gətirməklə, qohum-tanışlarını SOCAR-da müxtəlif işlərdə yerləşdirməklə məşğuldur. Bunların nəticəsində də biz səriştəli kadrların gələcəyini məhv edirlər və bütünlükdə Azərbaycana böyük zərbələr vururlar”, – deyə V.Qocayev əlavə etdi.
365info.az

Mövzuya aid linklər:
 
Rövnəq Abdullayevə şikayət etdi, təzyiqlə üzləşdi Vüqar Qocayevdən Socar-ın prezidentinə “kadrlara edilən təzyiqlər barədə” açıq məktub  







Xəbər lenti

img Dünya
Ərdoğanla Əsəd görüşəcək? - Rusiyadan AÇIQLAMA

2019-10-16 / 18:53:31
img Qafqaz
XİN-dən həmsədrlərin Qarabağa səfəri ilə bağlı AÇIQLAMA

2019-10-16 / 18:51:46
img Günün xəbərləri
Ronaldo "Instagram" gəlirlərində Messini iki dəfə üstələyir

2019-10-16 / 18:50:45
img Hadisə
75 yaşlı qadın 80 yaşlı ərindən uşaq dünyaya gətirdi

2019-10-16 / 18:49:29
img Cəmiyyət
Mədəsində helikobakteriyası bu qidaları yesin – Yanma və köpə qarşı

2019-10-16 / 18:48:27
img Manşet xəbərləri
Rafael Cəbrayılov villasını satışa çıxartdı – Qardaşı ilə böyük qalmaqal

2019-10-16 / 15:57:15
img Manşet xəbərləri
Rusiya bu qərardan sonra 7,7 milyard dollar itirdi

2019-10-16 / 15:55:51
img Dünya
Məşhur restoran müştərilərinə eşşək əti yedizdirirmiş

2019-10-16 / 15:52:48
img Dünya
Böyük Britaniya Brexit müqaviləsinin astanasındadır

2019-10-16 / 15:51:32
img Ölkə
Hansı məhsullar bahalaşıb? - RƏSMİ

2019-10-16 / 15:50:25
img Cəmiyyət
Azərbaycanlılar ruslardan 2 il çox, ingilislərdən 6 il az yaşayır – İLGİNC STATİSTİKA

2019-10-16 / 15:48:54
img Dünya
Hər il dünyada nə qədər ərzaq israf olunur? - Baş katib açıqladı

2019-10-16 / 15:43:18
img Cəmiyyət
Haker hücumundan müdafiənin YOLLARI

2019-10-16 / 13:50:14
img Cəmiyyət
Hündürdaban ayaqqabı xəstəlik yaradır (VİDEO)

2019-10-16 / 13:48:56
img Dünya
“Apple” ucuz “iPhone” buraxacaq

2019-10-16 / 13:46:31
img Ölkə
Hava yağmursuz olacaq

2019-10-16 / 13:42:13
img Hadisə
Ölümcül infarkta qarşı vasitə tapılıb

2019-10-16 / 13:41:04
img Dünya
Oktyabrın 16-sı Dünya Anestezioloq Günüdür

2019-10-16 / 13:03:11
img Günün xəbərləri
UNEC-dən neftin qiyməti ilə bağlı PROQNOZ

2019-10-16 / 13:02:12
img Dünya
ABŞ-da demokratik debatların dördüncü turu keçirilib

2019-10-16 / 13:00:59
img Qafqaz
Gürcüstanda qız qaçırılmasını sərt tənqid edən azərbaycanlı müəllim ictimai qınaqla üzləşib

2019-10-15 / 17:35:53
img Manşet xəbərləri
Türkiyəyə futbolda da təzyiq başladı – UEFA-dan qərar

2019-10-15 / 17:30:47
img Günün xəbərləri
Prokuror BDU-nun qalmaqallı müəlliminin 50 min rüşvət verdiyi şəxsə cəza istədi

2019-10-15 / 17:29:32
img Dünya
Terrorçular Suriyadan Türkiyəyə top atıb, 2 dinc sakin ölüb

2019-10-15 / 17:28:00
img Cəmiyyət
Səhvən 19 il həbsdə yatdı, 4,8 milyon dollar təzminat aldı

2019-10-15 / 17:26:50

Bütün xəbərlər