logo
RU

Qafqaz

“Rəsul Quliyev Rusiya səfiri ilə görüşməyib”

img




Sülhəddin Əkbər liderləri haqda yazılanları “dezinformasiya” adlandırdı  “Rəsul Quliyevin Rusiyanın ABŞ-dakı səfiri ilə görüşməsi yalan məlumatdır”. Bunu virtualaz.org-a açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər deyib. Onun sözlərinə görə, Rəsul Quliyevin Rusiya səfiri Sergey Kislyakla görüşməsi haqda yayılan məlumat dezinformasiyadır: ““Azadlıq” radiosunun Bakı bürosu ilə əlaqə saxladıq. Onlar da yazılanları araşdırıb bizə bildirdilər ki, belə bir məlumat getməyib. Ukraynanın \"Kiyevskaya Xronika\" qəzetinin \"Radio Svoboda\"ya (\"Azadlıq\" radiosu) istinadən verdiyi məlumat yalandır. Belə yalan məlumatları bir qəzetdə verirlər ki, digər sayt və qəzetlər də ona istinad edərək bu yalnış məlumatı yaysınlar”.  Qeyd edək ki, məlumatda bildirlirdi ki, Milli Məclisin sabiq sədri, Milli Şuranın üzvü Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfiri ilə görüşüb. Səfirlə görüşündə Rəsul Quliyev seçkilərdə Moskvanın ona siyasi dəstək verməsini xahiş edib və Rusiya hökuməti ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. R.Quliyev Rusiya Federasiyası ilə ikitərəfli əməkdaşlığı möhkəmləndirəcəyini və Kremlin Azərbaycanda və Cənubi Qafqazdakı geopolitik  proseslərdə iştirakını gücləndirəcəyini vəd edib. Prezident seçiləcəyi təqdirdə isə R.Quliyev Dağlıq Qarabağ münaqişəsini Rusiyanın maraqları və tövsiyələri əsasında həll edəcəyini bildirib. Məlumatda o da qeyd edilirdi ki, “Azadlıq” radiosu Rusiyanın ABŞ-dakı səfiri ilə görüşün detallarını dəqiqləşdirə bilib. Hətta R.Quliyevin Rusiya XİN rəhbərinə müraciətinin surətini əldə etdiyini və yaxın günlərdə bu müraciəti yayacağını bildirib. Ekspertlərin fikrincə isə xəbərin ABŞ-ın maliyyə vəsaitləri hesabına fəaliyyət göstərən mətbu orqan – “Azadlıq” radiosu tərəfindən işıqlandırılması ehtimal etməyə əsas verir ki, ABŞ xüsusi xidmət orqanları Rəsul Quliyevi ifşa etmək istəyib. Bir sözlə, bu məsələdə qaranlıq məqamlar var. ““Azadlıq”  radiosu R.Quliyevin Rusiya XİN rəhbərinə müraciətinin surətini əldə edib” fikri də belə düşünməyə əsas verir. Virtualaz.org

 







Xəbər lenti

img Cəmiyyət
Stalin necə əylənirdi... - Fotolar

2020-02-19 / 19:19:17
img Dünya
Almanlar müharibədən sonra niyə Argentinaya qaçırdı...

2020-02-19 / 19:14:24
img Dünya
İdlib böhranı böyüyür: İrandan açıqlama

2020-02-19 / 19:12:42
img Ölkə
Fövqəladə Hallar Nazirliyi 92 min manat cərimələndi

2020-02-19 / 19:10:23
img Günün xəbərləri
Məzahir Pənahov seçki qutularından danışdı

2020-02-19 / 19:08:07
img Dünya
Putin maaşının azlığından şikayətləndi

2020-02-19 / 19:07:16
img Günün xəbərləri
MSK-nın İCLASI KEÇİRİLİR - Daha 10 məntəqənin nəticələri ləğv edildi (Yenilənir)

2020-02-19 / 17:46:07
img Günün xəbərləri
Özbəkistan prezidenti Türkiyəyə gedib

2020-02-19 / 17:23:57
img Cəmiyyət
Qar uçqunu altında qalan qadınlar belə qurtarıldı - VİDEO

2020-02-19 / 17:22:59
img Hadisə
"Bloomberg" "əl dəyişdirə" bilər

2020-02-19 / 17:21:58
img Ölkə
"Azərişıq" 5 min manat cərimə edildi

2020-02-19 / 17:20:51
img Günün xəbərləri
MSK iki dairə üzrə 5 məntəqənin nəticələrini etibarsız saydı

2020-02-19 / 17:19:21
img Dünya
Məşhur sosial şəbəkə çökdü

2020-02-19 / 17:18:14
img Hadisə
Yanvarda ölkəyə 7 elektromobil gətirilib

2020-02-19 / 17:17:05
img Manşet xəbərləri
Parlament seçkiləri: Şikayət daxil olan dairələrin sayı - SİYAHI

2020-02-19 / 12:04:37
img Günün xəbərləri
Nöqsanlara görə cəzalandırılan vəzifəli şəxslərin sayı açıqlandı

2020-02-19 / 12:02:39
img Manşet xəbərləri
Vətəndaşların Prezident Administrasiyasına şikayət etdikləri tikinti şirkətləri - SİYAHI

2020-02-19 / 11:57:00
img Günün xəbərləri
Ötən il ölkə rəhbərliyinə ən çox müraciət bu şəhər və rayonlardan edilib - RƏSMİ

2020-02-19 / 11:55:59
img Manşet xəbərləri
PA-ya ən çox hansı məhkəmələrlə bağlı müraciətlər daxil olur? - SİYAHI

2020-02-19 / 11:54:29
img Manşet xəbərləri
Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI

2020-02-19 / 11:51:51
img Günün xəbərləri
Xəstəxanalarda ödənişlər kart vasitəsilə aparılacaq

2020-02-19 / 11:48:29
img Dünya
Cənubi Koreyanın sabiq prezidenti 17 il həbs cəzasına məhkum olundu

2020-02-19 / 11:46:52
img Dünya
Koronavirus qurbanlarının sayı iki min nəfəri ötdü

2020-02-19 / 11:45:41
img Manşet xəbərləri
Türkiyənin tikinti şirkəti “MİDA”nı məhkəməyə verib - QALMAQAL

2020-02-19 / 11:05:53
img Manşet xəbərləri
“Əfvin indi verilməsi olduqca vacibdir” - GƏLİŞMƏ

2020-02-19 / 11:04:09

Bütün xəbərlər