logo
RU

Son dəqiqə

İki lokomotivçi Məmmədovun taleyi - 2

img




Legion.az xatırladır ki,bir müddət əvvəl Ynp.az- da Dövlət Dəmiryolu İdarəsində yüksək vəzifə tutan məmurlar haqqında ilginc məlumatların əks olunduğu “İki lokomotivçi Məmmədovun taleyi”adlı silsilə yazılar getmişdir və 3 hissədən ibarət bu yazılar oxucuların böyük marağına səbəb olmuşdur. Legion.az gündəmdən düşməyən,aktuallığını indi də itirməyən yazıları oxumaq üçün tapmaqda çətinlik çəkən çoxsaylı oxucuların,ələlxüsus dəmiryoçuların xahişini nəzərə alaraq həmin silsilə yazıları yenidən təqdim edir: Dövlət Dəmiryolu İdarəsinin “arxiv”ini eşələməkdə davam edirik .Dəmiryolu idarəsinin rəisi Arif Əsgərovla bağlı hazırladığımız yazının oxucularda böyük maraq doğurduğunu nəzərə alaraq, bu idarə və onun keçmiş rəhbərləri haqqında araşdırmalarımızı genişləndirmək qərarına gəlmişik. Nəzərə alsaq ki, Azərbaycan oxucusu iri məmurların keçmiş həyatları, vəzifə pillələrində necə yüksəlməsi və karyerasını necə qurması ilə hər zaman maraqlanır, bu baxımdan bizim bu araşdırmalarımızın oxucuların ürəyindən olacağı heç bir şübhə doğurmur. YNP.AZ bu dəfəki araşdırmasında hazırda nəqliyyat naziri pilləsinə qədər yüksəlmiş, keçmiş dəmiryolçu Ziya Məmmədov və onun həmsoyadı, dəmiryolu idarəsində uzun illər yüksək vəzifədə işləmiş Vahid Məmmədovun dəmiryolçu “papka”sını “eşələyib”. qeyd edək ki, Vahid Məmmədovdan əvvəl onun qardaşı Valeh Məmmədov Biləcəri Dəmiryol Energetika bölməsindən Dəmiryol İdarəsinə Energetika  Xidmətinə rəis təyin olunmuşdu. Vahid Məmmədov Dəmiryol İdarəsinin rəisi Elbrus Abdullayev tərəfindən işdən çıxarılsa da, qardaşı Valeh Məmmədov öz vəzifəsində qalırdı. Bununla belə, o, hər gün idarə rəisi tərəfindən qardaşının ünvanına söylənilən təhqirləri eşidirdi. Həmin illərdə Dəmiryol İdarəsinin rəisi Elbrus Abdullayev  Azərbaycandan Ermənistana yanacaq satırdı. Özümüz ermənilərlə Qarabağda vuruşduğumuz halda, erməni tankını yanacaqla Elbrus Abdullayev təmin edirdi. Ancaq bu tamam başqa yazının mövzusu olduğu üçün bu barədə başqa bir araşdırmamızda oxuya biləcəksiniz. Onu da qeyd edək ki, 90-cı illərdə cəbhə hakimiyyəti qurulan kimi E.Abdullayev bu əməllərinin üstünün açılacağından qorxaraq, Ukraynaya qaçmalı olur. Cəbhə hakimiyyətə gəldikdən sonra isə Dəmiryol İdarəsinə Hamlet Həsənov rəis təyin edildi. İdarənin Lokomotiv üzrə rəis müavini isə Böyükşor Lokomotiv deposundan gətirilən Idris adlı maşinist oldu. İdris adlı bu maşinist o zamanlar idarənin rəis müavini olaraq, həm Ziya Məmmədova, həm də Valeh Məmmədova “kurator”luq edirdi. 4 aydan sonra Hamlet Həsənov vəzifədə yol verdiyi nöqsanlara görə işdən azad olundu. Onun yerinə 33 yaşlı Eldar İsmayılov təyin edildi. Ancaq sən demə, Eldar İsmayılovun da Elbrus Abdullayev kimi Məmmədov qardaşları ilə şəxsi-qərəzliyi var imiş. Mənbəmiz nəql edir ki, bir dəfə Eldar İsmayılovun idarə rəisi olduğu zamanlar qış ayların birində vaqonda səyahət edərkən, dəmiryol xəttinin işıqları sönür. Bunun ardınca isə E.İsmayılov Valeh Məmmədovu ağır sözlərlə təhqir edir və vaqondan düşürdərək, tələb edir ki, elektrikin əvəzinə işıq dirəyinə çıxsın və şəxsən qəzanı aradan qaldırsın. E.İsmayılov da keçmiş həmkarı E.Abdullayev kimi hər iclasda Vahid Məmmədovu qardaşı Valeh Məmmədovun qulağı eşidə-eşidə təhqir edir. Həmin illərdə Valeh Məmmədovun ən yaxın dostu isə Bakı Metropolitetinin rəisi Vahid Nadirli Məmmədov olub. Onlar tez-tez bir araya gəlib görüşür, dərdləşirmişlər. V.Nadirli Məmmədov Valehə təskinlik verir, pis günün ömrünün az olacağını deyir. Onu da qeyd edək ki, Eldar İsmayılovun Dəmiryol İdarəsinə rəis təyin olunmasının ardından idarənin İdris adlı rəis müavininin kurasiyası dəyişir. Lokomotiv və Energetika xidmətlərinin kurasiyası ondan alınır və sərnişin xidməti ona tapşırılır. Həmin vəzifənin kuratorluğu isə indiki nazir Ziya Məmmədova həvalə edirlər. Ziya Məmmədov Vahid Məmmədovla keçmiş dostluq münasibətlərinin xatirəsinə onun qardaşı Valeh Məmmədova yaxşı münasibət göstərir. Cəbhənin hakimiyyətdən gedişi və mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlişinin ardınca Vahid Nadirli Məmmədov Eldar İsmayılovun əvəzinə Dəmiryolu İdarəsinə rəis təyin edilir. Vahid Nadirlinin yanına dəvət etdiyi ilk şəxs isə yaxın dostu Valeh Məmmədov olur. Vahid Nadirlinin idarə rəisi təyin olunmasının ardınca Vahid Məmmədov da onun qəbuluna gəlir. Valeh Məmmədovu idarəyə 1-ci müavin təyin etməyə hazırlaşan Vahid Nadirli Vahid Məmmədov üçün Bakı hissəsini yenidən aça bilməyəcəyini deyir. Səbəb kimi isə onu göstərir ki, sabah ona yuxarıdan xəbərdarlıq gələr ki, sən iki qardaşın ikisini də xeyirola vəzifəyə gətirdin?! Beləliklə, Vahid Nadirli Bakı hissəsinin fəaliyyətini yenidən bərpa etmir. V.Nadirli bunun ardınca Valeh Məmmədova isə bildirir ki, onu özünə birinci müavin təyin etmək üzrədir. Və növbəti həftədən vəzifəsinin icrasına başlaya bilər. Ancaq “sən saydığını say, gör, fələk nə sayır?!”. Valeh Məmmədov yeni vəzifəsinin icrasına başlamamış, həftə içində qohumlarından birinin toyuna gedir. Toyda yaxşıca yeyib içən, oynayan Valeh Məmmədov evə qayıdan kimi pristup keçirir və infarktdan dünyasını dəyişir. Həmin ərəfələrdə onun ölümünə ən çox kədərlənənlərdən biri Vahid Nadirli olur. Onun ölümü həmçinin bütün dəmiryolçuları da kədərə boğur. Mantyorluqdan dəmiryolu idarəsinə energetiika üzrə xidmət rəisi vəzifəsinə qədər yüksəlməyi bacaran Valeh Məmmədova idarə raisinin 1-ci müavini işləmək qismət olmur. Tale ona bu vəzifəni çox görür… Ardı var… P.S. Bu yazının birinci hissəsini bizə istinad etmədən  dərc edən mətbuat orqanların  nəzərinə bir məsələni xatırladaq ki, yazının ilk hissəsində Elbrus Abdullayevin soyadı səhvən Fərmanov kimi gedib.  Legion.az 







Xəbər lenti

img Cəmiyyət
Ölümünə güldürən adam... - Video

2019-10-14 / 19:22:37
img Dünya
Pavel Klaçkov: "Prezident Ərdoğan söz üçün cibə girmir"

2019-10-14 / 19:18:31
img Dünya
II Yelizaveta: “Hökumətin prioriteti oktyabrın 31-də Britaniyanın Aİ-dən çıxmasını təmin etməkdir”

2019-10-14 / 19:16:21
img Hadisə
Diri-diri basdırılan körpə sağ qaldı

2019-10-14 / 19:14:28
img Ölkə
Ölümcül xəstəlik də “həyatının eşqi”nə qovuşmağına mane olmadı

2019-10-14 / 19:13:18
img Dünya
Kataloniya separatçılarına hökm oxundu

2019-10-14 / 17:23:31
img Dünya
Həbib Nurməhəmmədov növbəti rəqibinin adını açıqladı

2019-10-14 / 17:17:57
img Hadisə
Məşhur müğənni evində ölü tapıldı

2019-10-14 / 17:16:51
img Manşet xəbərləri
SSRİ-nin lideri postuna həsrət buraxılan məşhur nazirin taleyüklü səhvi... - FOTOLAR

2019-10-14 / 17:13:30
img Dünya
Putin 12 ildən sonra ilk dəfə Səudiyyə Ərəbistanında...

2019-10-14 / 17:10:12
img Ölkə
Sabah 26 dərəcə isti olacaq

2019-10-14 / 13:42:09
img Ölkə
Bakıda uşaq qidasından qurd çıxdı - Video

2019-10-14 / 12:43:50
img Ölkə
Akademik Vasim Məmmədəliyev II Fəxri Xiyabanda dəfn olunacaq

2019-10-14 / 11:13:11
img Günün xəbərləri
Azərbaycan yığması Macarıstana uduzaraq, AVRO-2020-yə vəsiqə şanslarını itirib

2019-10-14 / 11:11:04
img Dünya
Yaponiyada “Hagibis” tufanı nəticəsində ölənlərin sayı 39-a çatıb

2019-10-14 / 11:08:35
img Dünya
Bu gün iqtisadiyyat sahəsində 2019-cu il üzrə Nobel mükafatı laureatının adı açıqlanacaq

2019-10-14 / 11:07:17
img Günün xəbərləri
Neft yenidən ucuzlaşıb

2019-10-14 / 11:05:59
img Dünya
“Joker” yarım milyard dollardan çox qazandı

2019-10-14 / 11:04:45
img Ölkə
Azərbaycanda xəstəxanaya hücum: həkimlər döyüldü

2019-10-14 / 11:00:07
img Dünya
“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

2019-10-14 / 10:54:32
img Günün xəbərləri
İcra başçısının qəbulunda gözlənilməz qərar: müavin istefa verdi

2019-10-14 / 10:52:28
img Manşet xəbərləri
Azərbaycan xalqı kimlərdən zərər çəkib,MTN generallarından,yoxsa şərlənib tutulan jurnalistlərdən ?

2019-10-13 / 20:13:22
img Manşet xəbərləri
Xəstəxanaya baş həkim təyin olunub

2019-10-12 / 17:01:59
img Dünya
Keniyalı atlet marafon qaçışını iki saatdan az müddətə bitirən ilk idmançı olub

2019-10-12 / 17:00:15
img Dünya
Rusiyada dövlət əmlakını taladığı deyilən qubernator ölkədən qaçıb

2019-10-12 / 16:58:42

Bütün xəbərlər