logo
RU

Cəmiyyət

Ayaqyalın gəzməyin fəsadları

img




İsti havalarda heç kim corab və ev ayaqqabısı geyinmək istəmir. Çoxumuz istini bəhanə edib ayaqyalın gəzməyə üstünlük veririk. Amma çoxları bunun nə kimi zərərləri ola biləcəyindən xəbərsizdir. Bu siyahıda əsas yeri döyənək tutur. Ən çox ayaqlarda rast gəlinən bu problem bədənin başqa yerlərində də meydana gələ bilər. Döyənək ayaqda olan sümük zədələnmələri, ayağı səhv basmaq, ayaqqabının barmaqlara təzyiqi kimi səbəblərdən meydana gəlir. Döyənəklər əslində, dərini qoruma məqsədi daşıyır. Yəni, dəri sürtünmə və ya təzyiq səbəbindən müəyyən bir bölgədə qıcıqlanma hiss etdiyi zaman qalınlaşaraq reaksiya verir və döyənək yaradaraq o hissəni qoruyur. Uzun müddət çox dar və ya balaca ayaqqabı geyinmək ayaq barmaqlarının bir-birinə sürtünməsinə və nəticədə döyənək əmələ gəlməsinə səbəb olur. Döyənəyin bir çox əlaməti var, amma ən çox bilinən əlaməti döyənək əmələ gələn yerdə kəskin ağrıların müşahidə olunmasıdır. Ayaqqabı ayağı çox sıxdıqda ağrı da kəskin olur. Ağrıyla birlikdə dəri də qalınlaşır. Sıxan ayaqqabılar, ayaq quruluşuna uyğun olmayan, yüksək dabanlı ayaqqabılar, yalınayaq gəzmək ayaq barmaqlarında deformasiyalara səbəb olur. Ayağın çox sümüklü olması və yanlış yeriş (basma) döyənəyin əsas səbəbidir. Çoxları döyənəyi iltihabla səhv salır. Ona görə də döyənək müalicəsinə başlamazdan əvvəl problemin nə olduğundan əmin olmalısınız. İltihablı hissə təmizlənərkən qan və iltihab axacaq. Lakin döyənək təmizlənərkən ölü hüceyrələr çıxır   Əslində döyənəklərin müalicəsi olduqca asandır. Döyənəkləri kəsərək məhv etməyə çalışmağın arzuolunmaz nəticələri ola bilər. Üstəlik, bu, dərinin yaralanmasına gətirib çıxara bilər. Ən sağlam üsul döyənəyin olduğu bölgədəki ölü hüceyrəni dərini zədələmədən süngər daşıyla zamanla yox etməkdir. Döyənək yapışqanlarının tərkibində salisil turşusu olduğu üçün diqqətli istifadə edilməlidir. Həmin yapışqanların tərkibindəki turşu döyənəyi əridir. Lakin səhv istifadə döyənəyin ətrafındakı sağlam toxumanı öldürüb allergiyaya da səbəb olur. Bu da dəri problemləri olanlar və şəkər xəstələri üçün xüsusilə təhlükəlidir. Döyənəyin müalicəsi prosesində bunlara diqqət yetirin: Hər zaman doğru və rahat ayaqqabı geyinin. Ayaqları daim təmiz saxlayın. Ayaqları hər axşam kremlə nəmləndirin. Bitki yağları da döyənəyi yumşaldır. Ayaqqabı geyinən zaman ağrıyan bölgəni qorumaq üçün yara yapışqanı yapışdırın. İlıq suda ayağı bir müddət saxlamaq ölü hüceyrəni yumşaldır. Bu isə döyənəklərin süngərlə rahat təmizlənməsinə səbəb olur.(qadinlar.biz)  







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər