logo
RU

Günün xəbərləri

Prezidentin sonuncu xəbərdarlığı

img




Və Bakcell-in vergidən “şifahi” azad olunan  şirkətlərlə pay bölgüsü
Prezident İlham Əliyevin  Nazirlər  Kabinetinin sonuncu toplantısındakı çıxışı  açıq havada  ildırım effekti verdi. Ölkə başçısı vergidən yayınanlara, şirkətlərə “krışalıq”  edənlərə sonuncu  xəbərdarlığını etdi: “ Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”. Ölkə başçısının bu çıxışını dinləyəndən sonra  xeyli vaxtdır  Qafqaz  Xəbər Agentliyinin  redaksiyasına daxil olmuş məlumatı işıqlandırmaq qərarına gəldik. Bu günədək   Bakcell  şirkəti ilə bağlı bir çox araşdırma  yazılarını oxucularmıza təqdim etmişik. Ancaq Bakcell şirkətinin maliyyə  maxinasiyaları bitmək  bilmir. Bizi  hazırda  maraqlandıran əsas  məsələ  Bakcell-in öz kvotasını vergidən şifahi şəkildə azad olunan şirkətlərin arasında bölüşdürməsidir. Bir daha təkrar edirik ki, söhbət vergidən  şifahi şəkildə azad olunmaqdan gedir. Prezidentin çıxışınının da əsas mahiyyəti bu məsələdir. Yəni kimlərinsə “krışa”lığı ilə hansısa şirkət vergidən azad olunur. Həmin şirkətlərdən biri Caspian CSN şirkətidir ki, onun kvotası 3 milyon 500 min manatdır. Yəqin ki, Caspian CSN şirkətinin adı  oxucularımıza tanışdır.  Bu şirkət  professor İlham Rəhimovun  kürəkəni Araz Mehdiyevə  və  onun şəriki Rasim Əsədova məxsusdur. Məlumat üçün bildirək ki, bu  Mehdiyev – Əsədov cütlüyünün  Azercell-də də   “Baktel”  şirkəti adı ilə aylıq limitləri var  və  “Baktel”  şirkəti də şifahi şəkildə vergidən azaddır. Qərəz,  keçək yenə də Bakcell şirkətinə və onun Caspian CSN şirkəti ilə mobil telefonlarla bağlı əməkdaşlığına. Bakcell şirkətinin  aylıq 12 milyon kvotasının 3 miliyon 500 mini  Caspian CSN-ə məxsusdur. Bəli, Araz Mehdiyev ölkəmizdə mobil telefonların monopolisti olduğu üçün Bakcell şirkəti onun üçün bu cür güzəştə gedərək  öz aylıq kvotasının 3 milyon 500 minin onlara  “hədiyyə”  edib. Ancaq bununla da Caspian CSN şirkətinin qazancı bitmir, həmin şirkət Araz Mehdiyevin şəriki Rasim Əsədova görə şifahi şəkildə vergidən azaddır. Məhz buna görə də Bakcell-in  kvota bölgüsündə heç kim Rasim Əsədovla rəqabət apara bilmir. Gələn yazımızda 7 milyon kvotaya yiyələnən  Şahin Telekom və Mobilon şirkətləri ilə bağlı  şok açıqlamalar verəcəyik. Bakcell-in digər kvotasına yiyələnən şirkətlər, “Nar Mobile”da da başqa şirkətlər adı ilə kvota sahibidilər. Bu barədə növbəti sayımızda.
“Qafqaznews” 







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər