logo
RU

Günün xəbərləri

Deputat oğlunun dələduzluq xəbərinin yeni detalları - İDDİA

img




Bir neçə gün əvvəl mətbuatda Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovla bağlı son dərəcə ilginc məlumatlar yayılıb. 
“Qafqazinfo” xəbər verir ki, həmin məlumatda Həbib Axundovun milyonlarla dələduzluğundan söhbət gedir. Şikayətçi tərəf isə ailənin yaxın dostu olan Fərman Məmmədov idi. O qeyd edirdi ki, deputatın gömrükdə işləyən oğlu ondan 575 min manat borc pul götürsə də, qeyd olunan məbləği geri qaytarmayıb. 

Ümumilikdə isə, H.Axundov və dostu Elnur İbrahimovun müxtəlif adamlara 7-8 milyon manat pul atdığı iddia olunur. Bu işdə H. Axundovun deputat olan anasına arxalandığı qeyd edilir. Bundan əlavə, deputatın oğlunun dəbdəbəli həyat tərzi keçirdiyi, xaricdə lüks yerlərdə dincəldiyi, bahalı maşınların sahibi olduğu da yazıda qeyd olunub. Artıq bu işlə hüquq-mühafizə orqanlarının məşğul olduğu bildirilir. Bu məlumatlardan sonra deputatın oğlunun adından mətbuata açıqlama göndərilsə də, bu irəli sürülən ittihamların qarşısında tutarlı cavab sayıla bilməzdi. Əgər informasiya yanlış idisə, ona reaksiya daha ciddi təkziblə, sözügedən şəxsi məhkəməyə verməklə müşayət olunmalı idi. Ona görə də yayılan məlumatların heç də hədər yerə yaranmadığını söyləmək olar. 

Bu gün isə redaksiyamıza Həbib Axundovla bağlı maraqlı məlumat daxil olub. Məlumata görə, o, həqiqətən də biznes işləri ilə məşğuldur və “Favorit” marketlər şəbəkəsinin idarəedicisidir. Eyni zamanda Həbib Axundovun adına ölkənin əksər banklarında külli miqdarda kredit borcları var. Onun adı əsasən prezident İlham Əliyevin də bir neçə gün əvvəl hökumətin iclasında irad bildirdiyi “krışalıq” fəaliyyətində keçir. Belə ki, deputatın oğlu Gürcüstandan olan iş adamlarına “krışalıq” etməklə məşğul olur və bu işlərdə anasının adından istifadə edir. Bu yolla da işlərini asan şəkildə həyata keçirə bilir. 

Redaksiyamıza daxil olan məlumatlardan biri də həmin xəbərdə adı keçən Kənan Cəlilovla bağlıdır. Yazıda qeyd edilirdi ki, Həbib öz yaxın dostu ilə olan Kənan Cəlilovla birgə dəbdəbəli yerlərdə dincəlir. K. Cəlilov da öz dostlarısayaq bizneslə məşğul olur. Onun fəaliyyəti barədə redaksiyamıza çoxlu məlumatlar daxil olur. Hələlik onların bir hissəsini təqdim edirik. 

K. Cəlilov “AKİ İnter” Xaricdə təhsl Mərkəzinin rəhbəridir. O bu işlə qardaşı ilə birgə məşğuldur. K. Cəlilov istənilən xarici ölkədə, əsasən də Londonda olan istənilən universitetin qapısına yol tapa bilir. Belə ki, arzulayan şəxsi pulu müqabilində dünyanın ən nüfuzlu universitetlərinin tələbəsi etmək iqtidarındadır. 

Qeyd edək ki, sözügedən məsələ ilə bağlı millət vəkili Elmira Axundova bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, iş adamı Fərman Məmmədovun oğlu ilə bağlı dedikləri tam cəfəngiyyatdır və həqiqətə uyğun deyil. “Bunun təfərrüatına varmaq və onların səviyyəsinə düşmək istəmirəm. Azərbaycan hüquqi dövlətdir və hüquq-mühafizə orqanları var. Fərman Məmmədov da hüquq-mühafizə orqanlarına müraciət etsin. Eyni, zamanda bildirmək istəyirəm ki, ailəmizə qarşı bu iddiaların yalan olduğunu hər zaman sübut etməyə hazırıq. Çox təəssüf edirəm ki, bir çox saytlar dəqiqləşdirmə aparmadan, qarşı tərəfin fikrini öyrənmədən ailəmiz barədə yazılar veriblər. Bununla da birtərəfli şəkildə yalan və böhtana yer ayırıblar. Belə böhtanlar bizim ailəyə yapışan deyil. Ancaq bu, mətbuatımızın nüfuzuna xələl gətirir. Mən də jurnalistəm və mətbuatımızın bu hala düşməsinə üzülürəm. Biz jurnalistlər mətbuatımızın 140 illik yubileyi ərəfəsindəyik. Mən bu tarixi gün, tarixi bayram münasibətilə bütün jurnalistləri ürəkdən təbrik edirəm. Ona da əminəm ki, bir sıra saytlar Fərman Məmmədovun dedi-qodu fikirlərinə bəzi qüvvələrin sifarişilə bu qədər canfəşanlıqla yer ayırır. Mən üzümü həmin kol arxasında gizlənən sifarişçi qüvvələrə tutaraq deyirəm ki, quyruğunuz görünür, adınızı kişi qoymusunuz, ancaq bir xanıma qarşı arvad kimi oyun oynayırsınız. Seçkiqabağı ərəfədə belə iyrəncliyi özümə qarşı qarayaxma kampaniyası kimi qiymətləndirirəm. Əgər doğrudanda kişi kimi mübarizə aparmaq istəyirsinizsə, ortaya çıxın, kimliyinizi özünüz cəmiyyətə tanıdın. Sizin bu cür anormal fəaliyyətiniz məni tutduğum yoldan çəkindirə bilməz. Ağlınız özünüzə getməsin. Bu cür iyrənc əməliniz özünüzü ifşa edəcək. 

Əgər seçkilərə qatılmaq istəyirsinizsə, buyurun, bu meydan, bu da siz. Sadəcə, bilirsiniz ki, açıq mübarizədə uduzacaqsınız. Ona görə də mənə qarşı qarayaxma, şər-böhtanla məşğulsunuz”. Dia.az







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər