logo
RU

Sosial

“Azəriqazbank”dan İlham Əliyevə şikayət edildi - "Bankın işçiləri özlərindən o qədər arxayındırlar ki"...

img




“Bankın işçiləri özlərindən o qədər arxayındırlar ki, məhkəmələrdə belə iştirak etməkdən imtina edirlər”
Bakı şəhər sakini Namazova Sədaqət Hüseyn qızı “Azəriqazbank”la bağlı "Yeni Müsavat"a şikayətlə müraciət edib. Onun sözlərinə görə, bankın əməkdaşları hər vasitəyə əl ataraq girov qoyulan evləri ələ keçirir, barələrində məhkəməyə şikayət etdikdə isə saymazyana şəkildə məhkəmələrdə iştirak etməkdən yayınırlar: “2008-ci ildə iki nəfər ilə birlikdə mən də 4 otaqlı evimi girov qoyaraq “Azəriqazbank”dan 250 min dollar kredit götürdük. Bir il ərzində şəxsən mən banka 119 min 188 dollar ödəniş etdim. Ümumilikdə isə bizim tərəfimizdən banka 165 min dollar pul daxil olmuşdu. 2010-cu ildə kredit müddətinin bitməsinə 6-7 ay qalmış iki nəfər tərəfindən gecikdirmələr oldu. Nəticədə bizə bildirdilər ki, yerdə qalan borcumuz 158 min dollar gecikmələrə görə üstünə faiz gəldiyindən 240 min dollar olub. Belə olacağını gözləmirdik. 240 min dollar açıq-aşkar şişirdilmiş rəqəm idi. Bununla bağlı bank rəhbərliyinə şikayət etdikdə “kimə istəyirsiz şikayət edin, sizin müraciətlərinizə heç kim baxmayacaq, evlərinizi isə əlinizdən alacağıq” cavabını aldıq.

Vəziyyəti belə görüb Nərimonov Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bizim borcumuzun 240 min deyil, 202 min 320 dollar olduğu və bunun tez bir zamanda ödənilməsi üçün girov qoyulan evlərin hərraca çıxarılması barədə qərar qəbul etdi.

Beləliklə, digər iki şəxs kimi mənim də Məhəmməd Hadi 111, mənzi 102-də yerləşən 4 otaqlı evim hərraca qoyuldu. Qərar çıxan kimi elə həmin gün məni qətiyyətlə evdən çıxartdılar. Hətta adi bir paltarımı belə evdən çıxarda bilmədim.

Nəhayətdə evlər satıldı, lakin bizə heç bir qalıq təqdim edilmədi. Bununla bağlı Səbayel Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bankın hərrac işinin obyektiv aparılmadığı barədə qərar qəbul etdi. Lakin qarşı tərəf işi Apelyasiya Məhkəməsinə verdi. Apelasiya Məhkəməsindəki hakim işi təhlil etmədən, araşdırma aparmadan Səbayel Rayon Məhkəməsinin çıxartdığı qərarı ləğv edərək bankın xeyrinə qərar verdi. Bankın əməkdaşları açıq-aşkar bizə bildirirdilər ki, məhkəmələrdə onlara dayaq duran şəxslər var.

Ali Məhkəməyə müraciət etdim. Qarşı tərəf məhkəmələrə gəlmədi, buna baxmayaraq məhkəmə çıxarılan qərarı qüvvədə saxladı.

Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə, Ombusdman Aparatına... müraciət etdim. Lakin hələ ki, bir nəticə yoxdur.

Azyaşlı övladım var və mən onu tək kirayələrdə böyütməyə məcburam. Uzun-uzadı çəkən məhkəmələrə görə tibb bacısı işlədyim xəstəxandandan çıxmağa məcbur oldum. Mənə hazırda pensiyaya çıxan anam köməklik edir.

Qarşılaşdığım haqsızlıqla bağlı prezidentə də şikayət məktubu yazmışam. İnanıram ki, məktubum ona çatarsa haqq öz yerini tapacaq.

Sizin qəzetiniz vasitəsilə də prezidentə müraciət edirəm: “Hörmətli prezident, “Azəriqazbank”ın əməkdaşlarının özbaşınalıqlarına yalnız siz son qoya bilərsiz. Bu haqsızlığı yerdə qoymayın”. 







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər