logo
RU

Manşet xəbərləri

İlham Əliyev Azərbaycan xalqını təbrik etdi

img




“Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır”
 
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Legion.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısının təbrikində deyilir:  “Hörmətli həmvətənlər! Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar. Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İnanıram ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcəkdir. Əziz bacı və qardaşlarım! Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməmizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik. Elə buna görə də bu əziz gün münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət arzulayıram. Ramazan bayramınız mübarək olsun!”







Xəbər lenti

img Günün xəbərləri
Sumqayıtda gənci təkləyib döyənlər saxlanıldı – Cinayət işi başlanıb (VİDEO)

2020-08-15 / 17:25:37
img Günün xəbərləri
Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı

2020-08-15 / 17:20:28
img Manşet xəbərləri
Jurnalist ictimaiyyət nümayəndələrinə müraciət etdi

2020-08-15 / 16:35:23
img Hadisə
Peyvəndin ölkəyə gətirilməsi üçün müzakirələr gedir - TƏBİB

2020-08-15 / 15:18:59
img Hadisə
Sabah Bakıda hava dəyişkən buludlu və küləkli olacaq

2020-08-15 / 15:15:55
img Cəmiyyət
Oturaq işin zərərlərini necə azaltmaq olar?

2020-08-15 / 15:14:23
img Günün xəbərləri
Məscidlər açılmayacaq

2020-08-15 / 15:13:18
img Dünya
Polşa və ABŞ hərbi saziş bağladı

2020-08-15 / 15:11:46
img Dünya
Messi “Barselona”nı tərk edə bilər

2020-08-15 / 15:10:48
img Ölkə
Dopinqə düşmüş azərbaycanlı idmançıların medalları əllərindən alınacaq

2020-08-15 / 15:08:39
img Manşet xəbərləri
Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

2020-08-15 / 12:24:05
img Manşet xəbərləri
Prezidentin köməkçisi rayonlara gediş-gəlişin bərpası məsələsindən danışdı

2020-08-15 / 12:23:13
img Günün xəbərləri
Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

2020-08-15 / 12:18:20
img Manşet xəbərləri
Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

2020-08-15 / 12:12:27
img Günün xəbərləri
Neft ucuzlaşıb

2020-08-15 / 11:10:00
img Günün xəbərləri
Eldar Həsənova qarşı irəli sürülən ittihamlar məlum oldu

2020-08-15 / 11:08:13
img Hadisə
Çempionlar Liqası: “Bavariya” “Barselona”ya 8 qol vurdu

2020-08-15 / 11:07:08
img Günün xəbərləri
Operativ Qərargah brifinq keçirəcək - Mühüm qərar gözlənilir

2020-08-15 / 11:04:09
img Günün xəbərləri
Kafe və restoranların fəaliyyətinə icazə verildi - BU ŞƏRTLƏRLƏ

2020-08-15 / 11:03:09
img Ölkə
Bu günün havası: yağış, külək...

2020-08-15 / 10:54:12
img Günün xəbərləri
İctimai nəqliyyat 2 gün işləməyəcək

2020-08-15 / 10:44:06
img Günün xəbərləri
Eldar Həsənov məhkəməyə gətirildi

2020-08-14 / 19:54:20
img Dünya
Belarusda hakimiyyətin ötürülməsinin koordinasiya şurası yaradıldı

2020-08-14 / 19:32:11
img Sosial
Azərbaycan əhalisinin sayı açıqlandı

2020-08-14 / 18:36:52
img Manşet xəbərləri
YOLUXMA YENİDƏN 100-ÜN ÜSTÜNƏ ÇIXDI - 3 nəfər isə vəfat edib

2020-08-14 / 17:41:36

Bütün xəbərlər