logo
RU

Günün xəbərləri

Azərbaycanda yeni reketlər peyda olub - FOTO

img




Bu reketlər vətəndaşların evlərinə gəlirlər, telefonla zəng vururlar, hədə-qorxu gəlirlər. Hədə ilə vətəndaşdan tələb edirlər ki, hansısa banka olan borcu qaytarsınlar. Həm də ki, belə tələblər irəli sürənlər real borcu deyil, qat-qat üstün məbləğdə ödəniş edilməsini istəyirlər.
 
Milli.Az xəbər verir ki, yeni reketlərin fəaliyyəti sosial şəbəkədə geniş müzakirə olunur. Jurnalist Mahir Məmmədli yazır ki, bankların xidmәtindәn reket kimi istifadә etdiyi kollektor agentliyinin qoçuları ilә bir il әvvәl tanış olub. Bankların birinə 200 manat civarında borcu var idi: "Bir nәfәr zәng vurdu ki, sәnin banka 1300 manat (!) borcun var. Dedim ki, bu, hәqiqәt deyil. Bundan sonra mәni vә zamin dostumun Gәncәdәki ailәsini narahat etmәyә başladılar. Nәhayәt, mәlum oldu ki, bu adam bank işçisi deyil, keçmiş reket jurnalistdir vә Bakı Kollektor Agentliyindә işlәyir. İsrar elәyirdi ki, ona әlbәәl 1300 manat verim. Mәn isә Unibank-ın ödәmә aparatından 300 manat ödәdim vә kollektora nәğd pul vermәdim. Vә... bir gün hәmin adam dedi ki, 200-300 manat ver, sәnin borcunu sildirim. Şübhәlәndim, getdim banka, aydın oldu ki, borcumdan artıq ödәniş etmişәm. Artıq ödәnişi geri qaytardılar. Bundan sonra eşitdim ki, borc bağlanandan sonra keçmiş reket jurnalist, indiki reket kollektor zamin dostuma zәng vurub ki, telefon şirkәtindә işlәyirsәn, mәnә kameralı telefon ver, söhbәt bitsin. Banklar belә fırıldaqçılardan istifadә edirlәr, borcluları bezdirirlәr. Mәni aldada bilmәdilәr. Amma indiyә qәdәr aldananlar da çox olub yәqin ki".
Məsələnin kifayət qədər ciddi olduğunu nəzərə alaraq, məsələni araşdırmağa, bu cür qurumların fəaliyyətinin nə qədər leqal olduğunu öyrənməyə çalışdıq.
Hüquqşünas Ənnağı Hacıbəyli deyir ki, belə qurumların fəaliyyətinin hüquqa heç bir aidiyyəti yoxdur.
"Kimsə bankdan kreditlə pul götürübsə, bu müqavilə münasibətidir. Krediti qaytarmayan adamdan yalnız məhkəmə yolu ilə tələb etmək olar. Ya könüllü ödəməlidir, ya da ki məhkəmə yolu ilə ödəmək olar. Hansısa təşkilatlarla bankların müqavilələri ola bilər. Adətən hüquq firmaları ilə olur belə müqavilələr. Onlar da danışıqlar yolu ilə çalışırlar ki, problemi həll etsinlər. Kiməsə hədə-qorxu gəlmək, artıq pul tələb etmək, sözsüz ki, qanunsuzdur. Belə hadisələrlə üzləşən adamlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər", - o əlavə edib.  
Hüquqşünas deyir ki, "kollektor agentlikləri" hədə-qorxu gəlirlər, ancaq vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edəndə, hədə-qorxu gəldiklərini dana bilərlər. Çünki vətəndaşın əlində əgər telefon danışığının lent yazısı, video görüntü və ya başqa sübut yoxdursa, heç nə sübut edə bilməyəcəklər. Onlar da iddia edəcəklər ki, guya hədə-qorxu gəlmirlər. Sadəcə, qanun çərçivəsində tələb edirlər ki, borcu ödəsin.
Azərbaycanda fəaliyyət göstərən kollektor agentliklərindən birinin rəsmi internet səhifəsi də var. Orada fəaliyyətləri barədə belə məlumat verilir:
Soft collection (yumşaq toplama)
 - vaxtı ötmüş borclarla işin başlanğıc mərhələsi, onun gedişində kollektor agentliyi borclu ilə məsafədən ünsiyyət qurur: ona borc haqqında poçt bildirişi, SMS-məlumat göndərir, telefonla zəng vurur və elektron poçtla məktublar göndərir;
Hard collection (sərt toplama)
 - Agentliyin əməkdaşları borclu ilə onun yaşadığı yerdə və ya iş yerində şəxsi əlaqə həyata keçirirlər.
Legal collection (hüquqi toplama) 
- kollektorlar borcluya münasibətdə məhkəmə araşdırması açırlar və məhkəmədə kreditorun maraqlarını məhkəmədə təmsil edirlər.
Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, hədə-qorxu ilə pul tələb etmək cinayət məsuliyyəti nəzərdə tutur. Cinayət Məcəlləsinin 182.1. maddəsinə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Vətəndaşları da belə reketlərə qarşı diqqətli olmağa çağırırıq. Kimsə evinizə gəlib sizdən hədə-qorxu ilə pul tələb edərsə, onun barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verməniz kifayətdir.Milli.az







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər