logo
RU

Günün xəbərləri

Üç icra başçısının “qara muhasib”i kimdir?-FOTO

img




Qafqaz Xəbər  Agentliyinin  redaksiyasına Gəncəbasar zonasından  çox maraqlı məlumat daxil olub. Şəmkir  sakini Rəhim Rəhimov və onun buyruqçuları  Gəncəbasar zonasındakı  maddi çətinliklərdən, böhrandan  sui-istifadə edərək  3 rayonun (Gəncə, Şəmkir  və Göygöl ) sakinlərinin mal-mülklərini  dəyər-dəyməzinə alırlar. Görəsən, Rəhim Rəhimov kimdir  və bu qədər ilkin kapitalını  hardan əldə edib ki, 3 rayonda mülklərə sahib olur..? Araşdırmalarımız  onu göstərdi ki, bu şəxsin əsl sənəti muhasiblik olub. Ancaq sonradan Rəhim Rəhimov  Rusiyadan Gəncəbasar zonasına “qaçaqmal”   yolu ilə taxta gətirməyə başlayıb  və ilkin kapital həmin yolla  əldə edib. Bu gün Rəhim Rəhimov miliyonlara sahibdir. Amma maraqlıdır ki, bu şəxsin nə özünün, nə də  yaxınlarının adına heç bir bankda krediti yoxdur. Belə olan halda bu şəxs  belə möhtəşəm biznesi necə qura bilir, 3 rayonu necə “işğal”  edir..? Axı, məlumdur ki, sahibkarların çoxu  əsasən dövlətin ayırdığı  kreditlər  vasitəsilə bizneslərini qururlar. 
Təsəvvür edirsiniz, Gəncə şəhərində, Şəmkirdə və Göygöl rayonunda  Rəhim Rəhimovun ofisləirnin qarşısında camaat növbəyə durur ki, sonuncu ümid yeri  olan mal-müklərini  dəyər-dəyməzinə Rəhim Rəhimova satsınlar. Rəhim Rəhimov  Şəmkir camaatının əmlakını dəyər-dəyməzinə alanda onlara deyir ki, mən  Alimpaşanın ( rayonun icra başçısı )  qara muhasibiyəm, onun bütün qaranlıq maliyyə işlərini mən aparıram. Göygöldə olanda isə oranın camaatına deyir ki, Gəncə-Şəmkir DYP postunun yaxınlığında Göygölün ərazisində  rayonun icra başçısı ilə şərikli tikinti materialları bazarı açmışam. Gəncə şəhərində  isə camaata deyir ki, Elmar Vəliyevin  “qara muhasib”iyəm.
  Məlumat üçün bildirək ki, Rəhim Rəhimov  Gəncə şəhərində Tağıyev Moll ticarət mərkəzinin 70 faizinə sahibidir, Gəncənin Nizami küçəsində iki mərtəbəli dörd dükanı, Gəncə -aeroport yolunun üstündə  “Mercedes” avtomobil salonu, Şəmkir rayonunda yanacaqdoldurma məntəqəsi, Şəmkirdə şadlıq sarayı, Gəncə-Tovuz yolunda 72 hektar əkin sahəsi, Şəmkir-Tovuz yolunun üstündə 1 hektarlıq tikinti materialları  bazarının içində satış sahəsi, Gəncə-Bakı yolunda  Yevlax avtovağzalını keçən kimi tikinti materialları bazarı. Üstəlik  Bakı şəhərində isə  Torqovı  küçəsində 6 dükanı, “Caspian” ticarət mərkəzində 4 obyekti  var. Bütün bu obyektlərin icarə haqqlarından hər ay Rəhim Rəhimov 500 min dollar pul yığır. Tikinti bazarında taxta alverindən başqa  Rəhim Rəhimovun digər biznesi də var. O Ukrayna istehsalı olan dəmir-armatur biznesi ilə də məşgul olur. Gəncəbasar zonasının camaatı  maraqlı bir epizod da danışır.  Onların dediyinə görə, Rəhim Rəhimov başçının yanından çıxan kimi, mütləq nümayişkaranə  şəkildə polis rəisi ilə görüşə gedir, yəni mən “odda yanmaz, suda batmaz”am. Camaata göstərmək istəyir ki, məndən şikayət etməyin  faydası yoxdur. Sözün düzü, son günlər Rəhim Rəhimovla bağlı redaksiyamıza daxil olan məlumatlar səngimək bilmir. Gələn yazımızda Gəncəbasar zonasında özünə “Qara Muhasib” ləqəbini qoyan Rəhim Rəhimovla bağlı şok məlumatları  təqdim edəcəyik.
“Qafqaznews” 
 







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər