logo
RU

Günün xəbərləri

Nərimanov bələdiyyəsi öz ərazisinin zəbt olunmasını bilmir..?(FOTOLAR)

img




6 iyulda qafqaznews.org saytında “Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədov: “Günahkarlar cəzalandırılacaq” başlıqlı məqalə dərc olunmuşdu. Məqalədə Nərimanov rayonu Aşıq Alı küçəsi 7/19 binanın sakinləri yaşadıqları binanın həyətində baş verən özbaşınalıqdan qurtulmaq üçün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısından kömək istəyirdi. Sakinlər öz müraciətlərində qeyd edirdilər ki, binanın üç nəfər sakini məhəllədə asfaltı deşərək öz avtomobillərini saxlamaq üçün yerə iri dəmir mıxlar basdıraraq həmin ərazini özününküləşdiriblər.

Bir sözlə, icra nümayəndəsindən, yaxud bələdiyyədən icazə almadan məhəllənin həyətində qanunsuz yer zəbt edərək özləri üçün “avtopark” yaradıblar. Həmin şəxslərin kimliyi ilə bağlı da sakinlər məlumat verib. Sakinlərin dediyinə görə 90-CP-059 dövlət qeydiyyatı olan Toyota Camry avtomobilin sahibi Dövlət Gömrük Komitəsinin keçmiş əməkdaşı olub. Digər 90-RE- 987 Toyota Prado avtomobilin sahibinin Samir adlı həkim olduğunu bildirdilər. 90- UN -074 dövlət nömrəli Mercedes ML 350 markalı avtomobilin sahibi isə ticarətlə məşğul olur. Müraciətin sonunda sakinlər qafqaznews.org vasitəsilə Nərimanov RİH-nin başçısına və Nərimanov Rayon Polis İdarəsinin rəisinə müraciət edərək kömək istəyirdilər.

Qafqaznews.org saytı olaraq məsələ ilə bağlı müraciət olunan dövlət qurumlarının hansı tədbirlər gördüyü ilə maraqlandıq. Biz baş verənlərlə bağlı Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədova məlumat verdik. Rəis bildirdi ki, biz mütləq məlumatı yoxlayacağıq və günahkarlar cəzalandırılacaq. 10 iyulda isə qafqaznews.az saytı “Yerə “mıx basıran” həkim Samir Məmmədovun müalicəyə ehtiyacı var?” başlıqlı məqalə dərc edib. Məqalədə binanın həyətini zəbt edən şəxslərdən birinin adı və soyadı dəqiqləşdirilib. Bu şəxs Azərbaycan Tibb Universitetinin müəllimi Samir Məmmədovdur.

Biz Samir Məmmədovla əlaqə saxladıq. O, məqalədə yazılanları inkar elədi. Ancaq onun qonşusu Şahminəz xanım qafqaznews.org-a bildirdi ki: “ Samir Məmmədov özü mənə dedi ki, həyəti zəbt edən digər şəxslər həmin yeri boşaltsa, mən də boşaldaram”. Onu da qeyd edək ki, mülkiyyəti zəbt olunan Nərimanov bələdiyyəsi məsələyə heç bir reaksiya vermədi. Məsələ ilə bağlı Nərimanov bələdiyyəsinin sosial şöbəsinin müdiri Fəxrəddin Əliyev qafqaznews.org-a bildirdi ki, Aşıq Alı 7/19-da binanın həyətinin zəbt olunması bizə məlum deyil: “Sabah inspektorlara tapşırarıq əraziyə baxış keçirsinlər.

Amma biz belə məsələlərlə məşğul olmuruq”. Müxbirimizin “Necə məşğul olmursunuz? Bu sizin mülkiyyətinizdir” sualına şöbə müdiri belə cavab verdi: “ Elə binalar var ki, onlar başqa qurumların balansındadır. Ancaq sabah həmin əraziyə baxış keçirəcəyik”. Xatırlatmaq üçün qeyd edək ki, Nərimanov Rayon Polis İdarəsinin rəisi İsmayıl Əsədov qafqaznews.org-a bildirmişdi ki, mütləq məlumatı yoxlayacağıq və günahkarlar cəzalandırılacaq. Ancaq bu günədək heç bir tədbir görülməyib.
«Qafqaznews»





 







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər