logo
RU

Manşet xəbərləri

Rəsmi Bakı YUNESKO-nun xətti ilə Ermənistanda keçirilən tədbirə etiraz etdi

img




"YUNESKO-nun xətti ilə “Mədəniyyət siyasəti və Mədəniyyət naminə siyasət” adlı üçüncü beynəlxalq konfransın Ermənistanda keçirilməsi təəssüf doğuran haldır. İşğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində Azərbaycan xalqının tarixi maddi-mədəni irsinə qarşı ifrat vandalizm siyasətini həyata keçirən bir ölkənin mədəniyyət siyasətinə həsr olunan konfransa ev sahibliyi etməyə mənəvi, mədəni, siyasi və hüquqi haqqı çatmır!" Bunu Trend-ə Ermənistanda YUNESKO-nun xətti ilə “Mədəniyyət siyasəti və Mədəniyyət naminə siyasət” adlı üçüncü beynəlxalq konfransın keçirilməsini və bu tədbirdə çıxış edən Ermənistan rəsmilərinin fikirlərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyevin sözlərinə görə, tədbirdə çıxış edərək “digər xalqların mədəniyyətinə hörmətsizliyi mədəni soyqırım” adlandıran Ermənistan rəsmisi əslində, Ermənistanın Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı həyata keçirdiyi siyasətinə qiymət verir: "Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 927 kitabxana, 9 məscid, 44 məbəd, 464 tarixi abidə və muzey, 40.000 ədəddən artıq muzey eksponatı talan edilib, viran və dağıntıya məruz qoyulub. Ermənistanın yürütdüyü “mədəniyyət siyasəti”nin nəticəsidir ki, Laçın muzeyindən talan edilmiş gümüş əl çantası Londondakı Sotheby’s auksionunda 80.000 ABŞ dollarına satılıb. Ermənistanın ərazisində tarixi Azərbaycan torpaqlarında da Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini irs eyni aqibətlə üzləşib və onlara qarşı da Ermənistan rəsmilərinin bəhs etdiyi “mədəni soyqırım” siyasəti həyata keçirilib".

XİN rəsmisi deyib ki, hərbi münaqişələr zamanı mədəniyyət mülkiyyətinin qorunmasına dair 1954-cü il konvensiyası və onun I Protokolu üzrə işğal olunmuş ərazilərdə və hərbi əməliyyatlar zamanı mədəni mülkiyyətin qorunmasına dair dövlətlərin məsuliyyəti müəyyən edilib. 1954-cü il Haaqa konvensiyası və onun II Protokolu da işğal olunmuş ərazidə mədəni mülkiyyətin qorunmasına dair xüsusi bəndə malikdir.

İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilir. Sonuncu belə qətnamə 27-28 may 2015-ci il tarixində Küveytdə keçirilmiş xarici işlər nazirləri şurasında qəbul edilib.

H.Hacıyev bildirib ki, Ermənistanın yürütdüyü “mədəniyyət siyasəti”nin əsl mahiyyəti budur və beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq, Ermənistan bu əməllərə görə məsuliyyət daşıyır.Trend.az







Xəbər lenti

img Günün xəbərləri
COVID testi “neqativ” çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

2020-08-08 / 18:57:05
img Dünya
Fransa prezidenti Livan rəsmilərini hədələyib

2020-08-08 / 18:34:15
img Dünya
Qəzaya uğrayan “Boeing 737”nin “qara qutu”su tapıldı

2020-08-08 / 18:08:11
img Dünya
ÜST bu tarixi Ümumdünya Maskadan İstifadə Həftəsi elan etdi

2020-08-08 / 18:06:00
img Qafqaz
Gürcüstanın koronavirusla uğurlu mübarizəsi...

2020-08-08 / 18:04:38
img Cəmiyyət
Qadınlar neçə gün sirr saxlaya bilir?

2020-08-08 / 18:00:38
img Ölkə
Azərbaycanda koronavirusdan sağalanların sayı 30 mini keçib

2020-08-08 / 16:46:35
img Cəmiyyət
70 yaşıma kimi ölüm haqqında düşünmürdüm... - Akif İslamzadə

2020-08-08 / 16:45:32
img Cəmiyyət
Tərlan Əhmədov istefaya göndərildi

2020-08-08 / 16:42:46
img Günün xəbərləri
Onlara 600 manatlıq iş təklifi edin, görün necə həvəslə işləyirlər... - Ekspert

2020-08-08 / 16:41:52
img Günün xəbərləri
Azərbaycanda daha 105 nəfər koronavirusa yoluxdu, 360 nəfər sağaldı

2020-08-08 / 15:42:26
img Ölkə
İstirahət günü Bakıda 33, rayonlarda 38 dərəcə isti olacaq

2020-08-08 / 14:43:21
img Günün xəbərləri
Dünən dənizdə boğulan hamilə qadını əri öldürübmüş...

2020-08-08 / 14:16:57
img Dünya
Türkiyədə dollar son 4 gündə 5,5% bahalaşıb

2020-08-08 / 13:11:46
img Manşet xəbərləri
Açıq havada kafe və restoranlar AÇILIR - Bu tarixdən

2020-08-08 / 13:10:10
img Manşet xəbərləri
Bu tarixə qədər ölkə sərhədləri bağlı olacaq - RƏSMİ

2020-08-08 / 13:08:54
img Günün xəbərləri
Rayonlara gediş-gəliş nə vaxt açılır? - Qərargah açıqladı

2020-08-08 / 13:07:54
img Ölkə
Metro açılmayacaq - Operativ Qərargah

2020-08-08 / 13:07:11
img Günün xəbərləri
Azərbaycanda məscidlər bu il açılacaqmı?

2020-08-08 / 13:06:15
img Ölkə
Toylara nə vaxt icazə veriləcək? - Rəsmi cavab

2020-08-08 / 13:04:35
img Günün xəbərləri
Dollar manata nisbətdə bahalaşa bilərmi?!

2020-08-08 / 10:48:01
img Qafqaz
Kadırovun gəlirləri 140 milyona yaxın artdı

2020-08-08 / 10:37:47
img Manşet xəbərləri
Karantin bir az da yumşaldıldı – Avqustun 10-dan bu qadağalar ləğv olunur

2020-08-08 / 10:36:21
img Qafqaz
Gürcüstanda dövlət bayraqları endirilib

2020-08-08 / 10:34:34
img Ölkə
Sumqayıtda hamilə qadın dənizdə boğularaq ölüb

2020-08-08 / 10:32:29

Bütün xəbərlər