logo
RU

Qafqaz

Rusiya Ermənistanla nüvə sazişini təsdiqlədi

img




Rusiya Federasiyasının Nazirlər Kabineti Ermənistan ilə nüvə və radiasiya təhlükəsizliyi sahəsində informasiya mübadiləsi və nüvə qəzası barədə operativ məlumatlandırma haqqında hökumətlərarası saziş layihəsini təsdiq edib. "Report" xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı Rusiyanın rəsmi hüquqi informasiya internet portalında dərc olunub. Rusiyanın "Rosatom" dövlət korporasiyası tərəfindən təqdim olunan hökumətlərarası saziş layihəsi Xarici İşlər Nazirliyi (XİN) və digər maraqlı federal icra hakimiyyəti orqanları ilə razılaşdırılıb, həmçinin erməni tərəfi ilə əvvəlcədən işlənib. Hökumətin sərəncamı ilə "Rosatom"a XİN ilə birgə erməni tərəfi ilə danışıqlar aparmaq və razılıq əldə olunduqdan sonra Rusiya hökuməti adından saziş imzalamaq tapşırığı verilib. Hazırda regionda yeganə atom elektrik stansiyası (AES) Ermənistanda fəaliyyət göstərir. Obyekt Metsamor şəhəri yaxınlığında (İrəvandan təqribən 30 km cənubda) yerləşir. AES 1980-ci ildə işə salınıb və 1988-ci ilin dekabrında 25 min nəfərin ölümü ilə nəticələnən Spitak zəlzələsindən sonra 1989-cu ilin martında dayandırılıb. AES 1995-ci ilin noyabrında respublikada yaranan kəskin enerji böhranı səbəbindən təkrar olaraq işə salınıb. Ermənistan tərəfi AES-in dünyanın ən təhlükəsiz obyekti olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışır. Lakin, bu yaxınlarda "National Geographic" jurnalı stansiyanın işi və onun təhlükəsizlik məsələlərinə həsr olunmuş "Dünyanın ən təhlükəsiz stansiyası Metsamor AES-idirmi?" başlıqlı məqalə dərc edib. Məqalənin ilk cümləsi Ermənistan tərəfinin uydurduğu bütün arqumentləri təkzib edir və onların hamısını tamamilə əsassız edir. "Dizaynın pis uyğunlaşdırılması, yerləşmə və istismar dövrü Metsamor AES-sini dünyanın ən təhlükəli atom qurğularından biri edir", - deyə məqalədə bildirilir.

Legion.az 







Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa rekord sayda yoluxma qeydə alındı (RƏSMİ)

2020-06-02 / 18:47:20
img Dünya
Təyyarə ilə səyahətin şərtləri - Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı

2020-06-02 / 17:39:37
img Cəmiyyət
"Onlar bizim suallarımıza cavab verməlidir" - Vahid Əhmədov

2020-06-02 / 17:38:41
img Ölkə
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM

2020-06-02 / 17:37:15
img Dünya
Putin səsverməni iyulun 1-ə təyin etdi - Təxirə düşən referendumun tarixi açıqlandı

2020-06-02 / 17:35:15
img Ölkə
Deputat: “Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

2020-06-02 / 17:33:03
img Günün xəbərləri
Masallı rayon prokuroru işdən çıxarılıb

2020-06-02 / 17:32:08
img Cəmiyyət
Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

2020-06-02 / 15:24:06
img Cəmiyyət
Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

2020-06-02 / 15:01:54
img Sosial
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

2020-06-02 / 14:58:16
img Ölkə
Maska taxmayanlara cərimə təsdiqləndi - MƏBLƏĞ

2020-06-02 / 12:58:36
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi

2020-06-02 / 10:19:37
img Günün xəbərləri
Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2020-06-02 / 10:18:07
img Dünya
Nyu-York ştatında komendant saatı tətbiq olunur

2020-06-02 / 10:11:57
img Hadisə
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-06-02 / 10:10:13
img Günün xəbərləri
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

2020-06-02 / 10:08:57
img Ölkə
İyun ayının qeyri-iş günləri AÇIQLANDI

2020-06-02 / 10:07:41
img Hadisə
Azərbaycanda pul nişanları yenilənir

2020-06-01 / 19:50:50
img Cəmiyyət
Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

2020-06-01 / 19:43:20
img Günün xəbərləri
Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu

2020-06-01 / 19:30:04
img Günün xəbərləri
Daha bir rayonun prokuroru işdən çıxarıldı - Kamran Əliyevdən yeni təyinatlar

2020-06-01 / 15:22:24
img Günün xəbərləri
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək – QRAFİK

2020-06-01 / 15:18:14
img Dünya
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI

2020-06-01 / 15:16:47
img Günün xəbərləri
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

2020-06-01 / 15:15:17
img Manşet xəbərləri
Deputatdan maska cərimələrinə ETİRAZ

2020-06-01 / 15:14:27

Bütün xəbərlər