logo
RU

Manşet xəbərləri

Piyadaların ölümünə səbəb olan tikintilər - VİDEO

img




Piyada səkilərinin tikintilər tərəfindən zəbt olunması və təhlükəsizliklə bağlı hər hansı bir tədbirin görülməməsi insanların həyatını təhlükəyə atır. Getmək üçün yol tapa bilməyən insanlar isə məcbur qalıb avtomobil yolu ilə hərəkət edir. Bu da onların həyatı üçün çox böyük təhlükədir. Məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb. Sakin: "Camaat piyada səkisi ilə". Sakin: "Heç bir yanda qoruyucu şeylər yoxdur. Mən özüm əvvəllər tikintidə işləmişəm. 2-3 metr məsafə ilə edirdilər. Setkalar qoyurdular. Hanı setkalar? Olmaz düzgün deyil". Sakin: "Tikmək, qurmaq yaxşıdır. Ancaq müəyyən normativləri də gözləsələr yaxşı olar. Misal üçün ora yüngülvari qoyublar. Ordan yuxarı yoxdur. Olsa pis olmaz". Ekspertlərin sözlərinə görə, tikinti sahələrində bütün potensial təhlükə riskləri nəzərə alınmalıdır. Əgər çoxmərtəbəli bina inşa olunursa, onun ətrafında qoruyucu çıxıntılar olmalıdır. Elmar Nurəliyev - Ekspert: "Taxtadan məhəccərlər qurulmalıdır. Bu həm işçinin ehtiyatsızlıqdan yıxılmasının qarşısını alar, həm də orada çalışan işçinin əlindən hər hansı bir əşya, mal-materialın ehtiyatsızlıqdan aşağı düşərək ordan keçən piyada, əmlak və ya maşına bir zərər verməsinin qarşısını alar". Müşahidələrimiz göstərir ki, əksər tikintilərdə bu qaydalara əməl edilmir. Məsələn, elə yaşayış binalarının arasında olan tikintidə, nə qoruyucu çıxıntılar var, nə də ki hasarın üzərində hər hansı bir qoruyucu sədd çəkilib. Burada hər an hər hansı bir faciəvi hal baş verə bilər. Sulhiddin Bağırov - İş icraçısı: "İndi elə obyektlər olur ki, imkanları olmur. Onlar çəpərlənmənin üstündən "kazerok" düzəltməlidir. İnsanların təhlükəsizliyini təmin etməlidir. Bu əsas şərtlərdən biridir. Bir də 1 mərtəbə aşağıdan mütləq qoruyucu lövhə olmalıdır ki, yuxarıdan düşən cisim aşağı düşməsin, orda qalsın". Elmar Nurəliyev - Ekspert: "2-ci növbədə tikinti sahəsində olan qaldırıcı kranlar, dəmiz və taxta konstruksiyalardan ibarət olan qoruyucular möhkəm və dayanıqlı bərkidilməlidir. Onun etibarlı olmasına əmin olmaq lazımdır. Həmin dəmir, taxta konstruksiyaların, kranların quraşdırılmasında küləyin həmin istiqamətdə tutma sürətini nəzarətdən keçirmək lazımdır ki, daha etibarlı olsun". Xatırladaq ki, ötən həftə paytaxtda binalardan birinin iri şüşə parçasının yerə düşməsi 2 nəfərin ağır xəsarət alması ilə nəticələndi. Bu, ilk belə hal omadığı kimi, sonuncu da olmaya bilər. Ona görə, xüsusən çox mərtəbəli binaların yanından keçərkən, ayağımızın altına baxdıgımız kimi, başımızın üstünə də baxaq. Əks halda sonluq daha faciəvi ola bilər.  








Xəbər lenti

img Günün xəbərləri
Azərbaycanda koronavirusa rekord sayda yoluxma qeydə alındı (RƏSMİ)

2020-06-02 / 18:47:20
img Dünya
Təyyarə ilə səyahətin şərtləri - Hava nəqliyyatı üçün sağlıq tövsiyyələri açıqlandı

2020-06-02 / 17:39:37
img Cəmiyyət
"Onlar bizim suallarımıza cavab verməlidir" - Vahid Əhmədov

2020-06-02 / 17:38:41
img Ölkə
Dərslər tədris ilinin sonunadək dayandırıldı - SƏRƏNCAM

2020-06-02 / 17:37:15
img Dünya
Putin səsverməni iyulun 1-ə təyin etdi - Təxirə düşən referendumun tarixi açıqlandı

2020-06-02 / 17:35:15
img Ölkə
Deputat: “Kim işdən çıxarılırsa, arxasından milyonlar çıxır”

2020-06-02 / 17:33:03
img Günün xəbərləri
Masallı rayon prokuroru işdən çıxarılıb

2020-06-02 / 17:32:08
img Cəmiyyət
Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

2020-06-02 / 15:24:06
img Cəmiyyət
Beyinin fəaliyyətini yaxşılaşdıran 3 SUPER-MƏHSUL

2020-06-02 / 15:01:54
img Sosial
İyunda 190 manat verilməyəcək - Rəsmi açıqlama

2020-06-02 / 14:58:16
img Ölkə
Maska taxmayanlara cərimə təsdiqləndi - MƏBLƏĞ

2020-06-02 / 12:58:36
img Cəmiyyət
“Baklift-2”nin sabiq rəisinin cinayət işi baxışa təyin edildi

2020-06-02 / 10:19:37
img Günün xəbərləri
Mehman Hüseynovda ağır xəstəlik tapıldı - XƏRÇƏNG...

2020-06-02 / 10:18:07
img Dünya
Nyu-York ştatında komendant saatı tətbiq olunur

2020-06-02 / 10:11:57
img Hadisə
Manat və dollar yeni günə bu MƏZƏNNƏ ilə başladı

2020-06-02 / 10:10:13
img Günün xəbərləri
Daha bir ölkə Azərbaycan üçün sərhədlərini açdı

2020-06-02 / 10:08:57
img Ölkə
İyun ayının qeyri-iş günləri AÇIQLANDI

2020-06-02 / 10:07:41
img Hadisə
Azərbaycanda pul nişanları yenilənir

2020-06-01 / 19:50:50
img Cəmiyyət
Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu”

2020-06-01 / 19:43:20
img Günün xəbərləri
Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu

2020-06-01 / 19:30:04
img Günün xəbərləri
Daha bir rayonun prokuroru işdən çıxarıldı - Kamran Əliyevdən yeni təyinatlar

2020-06-01 / 15:22:24
img Günün xəbərləri
İyunun 6-7-də buraxılış imtahanı keçiriləcək – QRAFİK

2020-06-01 / 15:18:14
img Dünya
Bu ölkələrdə koronavirus qeydə alınmayıb - SİYAHI

2020-06-01 / 15:16:47
img Günün xəbərləri
Hər bir məzun təhsil aldığı rayonda imtahan verəcək

2020-06-01 / 15:15:17
img Manşet xəbərləri
Deputatdan maska cərimələrinə ETİRAZ

2020-06-01 / 15:14:27

Bütün xəbərlər