logo
RU

Dünya

Boris Conson Brexit üçün qanunu pozacağını istisna etmir

img




Böyük Britaniyanın Baş naziri Boris Conson Brexit üzrə danışıqların müddətini yenidən uzatmaq əvəzinə qanunun pozmaq və parlamentin qərarını yerinə yetirməmək niyyətindədir. AZƏRTAC “The Daily Telegraph” qəzetinə istinadla xəbər verir ki, bu barədə Boris Consonun rəhbərlik etdiyi hakim Mühafizəkarlar partiyasının üzvlərinə göndərdiyi məktubda deyilir. Britaniyanın baş naziri məktubunda müxalif partiyaların təşəbbüsü ilə parlamentin qəbul etdiyi və hökuməti Brexit üzrə danışıqların müddətini uzatmaq üçün Brüsselə sorğu göndərməyə məcbur edən, həmçinin Avropa İttifaqından sazişsiz çıxmağa qadağa qoyan qanun layihəsini xatırladıb. “Onlar Brexit vaxtını uzatmaq üçün məni Brüsselə yalvarmağa məcbur edən qanun layihəsini qəbul ediblər. Mən bunu heç vaxt etmərəm”, - deyə Baş nazir bildirib. “Sky News” telekanalı isə öz növbəsində qeyd edir ki, parlamentin iradəsini yerinə yetirməyəcəyi və müvafiq məhkəmə qərarının icrasından imtina edəcəyi təqdirdə Boris Consona qarşı məhkəmə iddiaları qaldırıla və o, həbs oluna bilər. Qeyd edək ki, Birləşmiş Krallıq Brexit qərarı ilə bağlı rəsmi bildiriş göndəriləndən iki il sonra – 2019-cu il martın 29-da Avropa İttifaqını tərk etməli idi. Lakin Britaniya parlamentinin İcmalar palatasının deputatları Brüssellə Boris Consonun sələfi Tereza Mey arasında əldə olunan Brexit şərtləri barədə saziş layihəsini üç dəfə rədd ediblər. Nəticədə Avropa İttifaqı Brexit prosesini əvvəlcə aprel və ya may aylarına, sonra isə oktyabrın 31-nə təxirə salmağa razılıq verib. Tereza Mey vəziyyəti dalandan çıxara bilməyərək istefa vermək məcburiyyətində qalıb, onun yerini isə Brexit prosesinin yenidən təxirə salınmasına yol verməyəcəyini və Brüsselin Londonun tələbi ilə razılaşmayacağı təqdirdə ölkəsinin Avropa İttifaqını sazişsiz tərk edəcəyini vəd edən Boris Conson tutub.







Xəbər lenti

img Manşet xəbərləri
Nüfuzu birinciləri narahat edən müzəffər marşal – Stalin də, Xruşov da, Brejnev də Jukova haqsızlıq edib

2019-10-19 / 17:50:38
img Cəmiyyət
Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu

2019-10-19 / 17:48:44
img Dünya
Kataloniyada yeni etiraz aksiyaları keçirilib

2019-10-19 / 17:45:33
img Dünya
Putini təhqir edən aparıcı prokurorluqda dindirilib

2019-10-19 / 17:44:18
img Ölkə
Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb

2019-10-19 / 17:37:58
img Manşet xəbərləri
Aleksandr Lukaşenko Prezident olmaqdan yorulub

2019-10-19 / 15:26:52
img Dünya
Facebook dolları və Avropanı çökdürə bilər – YENİ VALYUTA

2019-10-19 / 15:22:09
img Hadisə
“Suriyanın şimalında terrorçular razılaşmanı pozur” – Türkiyə Müdafiə Nazirliyi

2019-10-19 / 15:14:42
img Dünya
Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT

2019-10-19 / 15:13:48
img Dünya
Belarus Rusiya ilə inteqrasiyadan imtina edə bilər – XİN başçısı

2019-10-19 / 15:12:47
img Ölkə
İstirahət günü hava yağmurlu olacaq

2019-10-19 / 13:27:26
img Dünya
Dəfn zamanı dirildi - Hindistanda şok hadisə

2019-10-19 / 13:26:42
img Manşet xəbərləri
Rusiyada bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb - 12 ölü, 13 itkin var

2019-10-19 / 13:24:15
img Cəmiyyət
Ukrayna əhalisinin sayı azalır

2019-10-19 / 13:22:49
img Dünya
Neftin qiyməti ucuzlaşır

2019-10-19 / 13:21:56
img Dünya
“WhatsApp”, “Viber” və “Messenger”ə vergi tətbiq edildi, etirazlar başladı

2019-10-19 / 13:20:53
img Günün xəbərləri
Donald Tramp CNN-ni hədələdi

2019-10-19 / 13:18:39
img Manşet xəbərləri
ABŞ Suriyadan çəkilib İsraildə hərəkətə keçdi - Netanyahu ilə KRİTİK GÖRÜŞ

2019-10-18 / 18:32:09
img Hadisə
Qeyri-adi “Qüdrət narı": möcüzəvi təsiri - Göyçayda yetişir

2019-10-18 / 18:26:54
img Ölkə
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

2019-10-18 / 18:25:44
img Dünya
“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

2019-10-18 / 18:17:34
img Dünya
“Mançester Yunayted”in əfsanəvi məşqçisi danışılımış oyunların təşkilində ittiham olundu

2019-10-18 / 18:12:25
img Dünya
ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb

2019-10-18 / 16:27:07
img Günün xəbərləri
İtaliya A Seriyasında çıxış etmiş futbol klubu müflis oldu - RƏSMİ

2019-10-18 / 16:12:26
img Dünya
Huawei şirkətinin yaradıcısı: “6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq”

2019-10-18 / 16:11:21

Bütün xəbərlər