logo
RU

Sosial

Boşanmış ailənin uşağı kimin yanında qalmalıdır? - Ali Məhkəmənin GÖSTƏRİŞİ

img




2019-cu ilin yanvar-iyun ayları ərzində ölkədə 8257 boşanma halı qeydə alınıb. Problemli məsələlərdən biri də boşanmış cütlüyün övladının kimin yanında qalması ilə bağlıdır. Boşanmalar zamanı uşaqların hansı valideynin yanında qalması ilə bağlı mübahisələr məhkəmə təcrübəsində ən çox rast gəlinən məsələlərdəndir. Hüquqşünasların dediyinə görə, məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Bir qayda olaraq, 14 yaşına çatmamış uşaqlar məhkəmə qərarı ilə analarının yanında qalırlar. BMT Baş Assambleyasının 1386 (XIV) nömrəli, 20 noyabr 1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6-cı prinsipinə görə, azyaşlı uşaq müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən hallar başa düşülür. Məsələn, ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik hüquqlarından sui-istifadə etməsi və s. hallar nəzərdə tutulur. Azərbaycanın Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə isə məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Məcəllənin  52-ci maddəsində yazılıb ki, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Ali Məhkəmənin Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Plenumunun Qərarında isə göstərilib: “Məhkəmələrə izah edilsin ki, valideynlərdən hansının yanında qalması ilə bağlı uşağın fikri dinlənilərkən Ailə Məcəlləsinin 52-ci maddəsində qeyd edilən “10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır” ifadəsi uşağın bir valideyndən digərinə alınıb verilməsi üçün yeganə əsas deyil. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini digər hallarla yanaşı məcmu halında qiymətləndirməli və uşağın üstün maraqlarını nəzərə almaqla mübahisəni həll etməlidir”. Ailə Məcəlləsinin 60-cı maddəsində isə göstərilib ki, valideynlər valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Həmçinin qeyd olunur ki, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Qanunlardan çıxarışları təhlil etdikdə, bu nəticəyə gəlmək olur ki, Azərbaycan qanunvericiliyində boşanmış ailənin uşağının konkret ata və ya ananın yanında qalacağı məsələsi yaş kateqoriyasına görə təsnifatlandırılmayıb. Oxu.Az məsələni daha da aydınlaşdırmaq üçün Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı ilə əlaqə saxlayıb. Vəkil bildirib ki, boşanmış ailənin uşağının ata və ya ananın yanında qalması ilə əlaqədar yaş kateqoriyası konkret ola bilməz: “Çünki məhkəmə hər bir məsələyə spesifik yanaşaraq hökm çıxarmalıdır. Məhkəmə hər iki tərəfin vəziyyətini nəzərə alıb qərar verməlidir. Bu o demək deyil ki, 10 yaşına qədər olan və ya 10 yaşından yuxarı uşaqlar konkret olaraq mütləq hansısa valideynin yanında qalmalıdır. Yəni uşağın kimin yanında qalması ilə bağlı standart bir yaş meyarı yoxdur”. A.Qasımlı əlavə edib ki, əgər valideynlərdən biri uşağa şiddət göstərirsə, bu hallar məhkəmədə sübuta yetirildikdən sonra həmin uşaq qarşı tərəfə verilə bilər: “Tutaq ki, ata və ya ana narkomandır və ya uşağa şiddət göstərir. Bu zaman məhkəmənin qərarı ilə həmin uşaq yanında qaldığı valideynindən alınaraq digərinə verilir”.







Xəbər lenti

img Manşet xəbərləri
Nüfuzu birinciləri narahat edən müzəffər marşal – Stalin də, Xruşov da, Brejnev də Jukova haqsızlıq edib

2019-10-19 / 17:50:38
img Cəmiyyət
Gündüz Məmmədov Ukrayna Baş prokurorunun müavini təyin olundu

2019-10-19 / 17:48:44
img Dünya
Kataloniyada yeni etiraz aksiyaları keçirilib

2019-10-19 / 17:45:33
img Dünya
Putini təhqir edən aparıcı prokurorluqda dindirilib

2019-10-19 / 17:44:18
img Ölkə
Qurban Qurbanov “avtoşluq” edən futbolçunu əsas heyətdən kənarlaşdırıb

2019-10-19 / 17:37:58
img Manşet xəbərləri
Aleksandr Lukaşenko Prezident olmaqdan yorulub

2019-10-19 / 15:26:52
img Dünya
Facebook dolları və Avropanı çökdürə bilər – YENİ VALYUTA

2019-10-19 / 15:22:09
img Hadisə
“Suriyanın şimalında terrorçular razılaşmanı pozur” – Türkiyə Müdafiə Nazirliyi

2019-10-19 / 15:14:42
img Dünya
Kişilərdə ən çox rast gəlinən 5 xərçəng növü – 40 yaşdan sonra DİQQƏT

2019-10-19 / 15:13:48
img Dünya
Belarus Rusiya ilə inteqrasiyadan imtina edə bilər – XİN başçısı

2019-10-19 / 15:12:47
img Ölkə
İstirahət günü hava yağmurlu olacaq

2019-10-19 / 13:27:26
img Dünya
Dəfn zamanı dirildi - Hindistanda şok hadisə

2019-10-19 / 13:26:42
img Manşet xəbərləri
Rusiyada bəndin çökməsinin ilkin səbəbləri açıqlanıb - 12 ölü, 13 itkin var

2019-10-19 / 13:24:15
img Cəmiyyət
Ukrayna əhalisinin sayı azalır

2019-10-19 / 13:22:49
img Dünya
Neftin qiyməti ucuzlaşır

2019-10-19 / 13:21:56
img Dünya
“WhatsApp”, “Viber” və “Messenger”ə vergi tətbiq edildi, etirazlar başladı

2019-10-19 / 13:20:53
img Günün xəbərləri
Donald Tramp CNN-ni hədələdi

2019-10-19 / 13:18:39
img Manşet xəbərləri
ABŞ Suriyadan çəkilib İsraildə hərəkətə keçdi - Netanyahu ilə KRİTİK GÖRÜŞ

2019-10-18 / 18:32:09
img Hadisə
Qeyri-adi “Qüdrət narı": möcüzəvi təsiri - Göyçayda yetişir

2019-10-18 / 18:26:54
img Ölkə
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

2019-10-18 / 18:25:44
img Dünya
“Trampın o məktubunu unutmayacağam, zamanı gələndə...” - Ərdoğan

2019-10-18 / 18:17:34
img Dünya
“Mançester Yunayted”in əfsanəvi məşqçisi danışılımış oyunların təşkilində ittiham olundu

2019-10-18 / 18:12:25
img Dünya
ABŞ-da 30-dan çox insan elektron siqaretdən ölüb

2019-10-18 / 16:27:07
img Günün xəbərləri
İtaliya A Seriyasında çıxış etmiş futbol klubu müflis oldu - RƏSMİ

2019-10-18 / 16:12:26
img Dünya
Huawei şirkətinin yaradıcısı: “6G şəbəkəsi 10 ildən sonra aktiv olacaq”

2019-10-18 / 16:11:21

Bütün xəbərlər